Mehriban Əliyeva yaralılara baş çəkdi
Tarix: 20-05-2015 13:15
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ötən gün Bakıda baş verən yanğın nəticəsində yaralanaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən zərərçəkənlərə baş çəkib.
Yayılan məlumatı tibbi mərkəzin personalı da təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev yanğın yerinə baş çəkmişdi.
Xatırladaq ki, Bakı şəhərinin Binəqədi rayonunda, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb.
Seçilmişlər
Ən çox oxunanlar