Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

Elşad İskəndərova yeni vəzifə verildi

Tarix: 11-10-2014 22:41   
Elşad İskəndərova yeni vəzifə verildi
Bu gün İstanbulda, Cırağan sarayında keçirilən rəsmi mərasimdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) yeni rəhbərliyinə keçirilən seçkilərin nəticələri elan edilib.

İKGF-dən APA-ya verilən məlumata görə, dünən Forumun II Baş Assambleyasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 45 üzv ölkəsini təmsil edən 60-dan artıq təşkilatın nümayəndə heyətlərinin iştirak etdiyi seçkilərin nəticələrinə görə Elşad İskəndərov yekdilliklə İƏT Gənclər Forumunun yeni sədri seçilib.

Bu gün isə İƏT Baş Katibi İyad əl Mədəni, Türkiyə gənclər və idman naziri Çağatay Kılıc, İƏT Parlament Assambleyası baş katibi Erol Kılıc, BMT-nin Sivilizasiyalararası Alyansının baş müşaviri Jan Kristof Bas, İstanbul valisi Vasip Şahin, TURGEF fondunun prezidenti Bilal Erdoğan və bir sıra digər beynəlxalq təşkilatlar, həmcinin İƏT olkələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən İƏT Gənclər Forumu Bas Assambleyasının təntənəli bağlanış mərasimində Elşad İskəndərovun beynəlxalq təşkilatın yeni rəhbəri vəzifəsinə seçilməsi rəsmən elan edilib.

Seçkilərin nəticələrinə görə sədrin müavinləri vəzifələrinə Türkiyə, Əlcəzair, İordaniya və İran nümayəndələri seçiliblər. Eyni zamanda İKGF-nin ümumi sayı 9 nəfərdən ibarət, hər biri bir ölkəni təmsil etməklə, yeni İdarə Heyəti də seçilib.

Mərasimdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatı baş katibi İyad əl-Mədəni, Elşad İskəndərovun ötən müddətdə Forumun baş katibi kimi qurumun inkişafındakı rolunu yüksək qiymətləndirib, bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb.

Eyni zamanda, o, Forum tərəfindən qəbul olunan "10 il – 10 hədəf” adlı İstanbul Gənclik Bəyannaməsinin İƏT Xarici İşlər Nazirləri növbəti Şurasında İƏT-in gənclər siyasəti sahəsində proqram sənədi kimi qəbul ediləcəyini də bildirib. Türkiyə gənclər və idman naziri Çağatay Kılıc isə öz çıxışında rəhbərlik etdiyi nazirliyin Forumun istər Türkiyə, istərsə də beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinə dəstək göstərəcəyini bildirib.

Sonra Türkiyə baş nazirinin baş müşaviri Ali Sarıkaya baş nazir Əhməd Davudoğlunun İKGF Baş Assambleyasına ünvanladığı təbrik məktubunu oxuyub. Təbrik məktubunda baş nazir Əhməd Davudoğlu İƏT Gənclər Forumunun Baş Assambleyasını təbrik etdiyini, yeni sədr seçilmiş Elşad İskəndərovla bərabər yeni İdarə Heyətinə uğurlar dilədiyini bildirib: "Qurulmasına qardaş ölkə Azərbaycan ilə bərabər öncüllük etdiyimiz İƏT Gənclər Forumunun fəaliyyətlərini təqdir edir, Türkiyənin Forumun fəaliyyətlərinə verdiyi dəstəyin bundan sonra da davam edəcəyini ifadə edirik”. Baş nazirin məktubunda daha sonra İKGF-nin qəbul etdiyi "10 il – 10 hədəf” adlı İstanbul Bəyannaməsində İƏT-ə üzv ölkələrdə və İƏT-də ən yüksək səviyyədə keçirilməsi nəzərdə tutulan proqramlara da Türkiyənin hərtərəfli dəstək verəcəyi, İstanbulun 2015-2016-cı illərdə "İslam dünyası Gənclər Paytaxtı” elan olunmasını məmnuniyyətlə qarşıladıqları vurğulanıb.

Türkiyə baş nazirinin baş müşaviri, İKGF-nin ilk sədri Ali Sarıkaya səlahiyyət müddətinin sona yetməsi ilə bağlı çıxış edərək, bu müddət ərzində Foruma başçılıq etməsindən qürur duyduğunu bildirib. Daha sonra o, İKGF sədri səlahiyyətlərinin rəmzi olan İKGF plaketini qurumun yeni rəhbəri Elşad İskəndərova təhvil verib, onun bu vəzifədə İKGF-nin inkişafına böyük töhfə verəcəyinə inandığını bildirərək, gələcək işlərinə uğurlar arzulayıb. Bundan başqa, A.Sarıkaya Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Forum təsis olunandan bəri göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Mərasimdə çixiş edən Elşad İskəndərov seçkilərdə ona etimad göstərmiş İƏT üzv ölkələrinin nümayəndə heyətlərinə, həmçinin Forumun üzvü olan beynəlxalq təşkilatlar və müsəlman diasporlarını təmsil edən gənclər təşkilatları nümayəndələrinə öz təşəkkürünü bildirib. Elşad İskəndərov İKGF-nin uğurlu inkişafına xüsusi dəstək verən Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini bildirib.

İKGF-nin yeni sədri eyni zamanda Forumun qarşıdan gələn 5 ildə fəaliyyətləri sırasında dünyada İslamofobiya ilə mübarizə, üzv ölkələrdə gənclərin təhsil və intellektual inkişafı, ekstremist və təkfirçi ideologiyaların yayılmasına qarşı mübarizə kimi sahələrin prioritet olacağını vurğulayıb. Bununla əlaqədar Baş Assambleyada qəbul edilmiş "10 il – 10 hədəf” adlı İstanbul Bəyannaməsinin xüsusi önəmi olduğunu bildirib.

Daha sonra mərasimdə iştirak edən yüksək səviyyəli qonaqlar tərəfindən hazırlanmış Bəyannamənin imzalanması həyata keçirilib.

İƏT-in 57 üzv ölkəsindən 45-də təmsil olunan İKGF, 2004-cü ildə Bakıda keçirilən Təsis Assambleyasinda yaradılıb, 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq təşkilat statusu alıb. 2009-cu ildən Baş Qərargahı Türkiyədə, 2010-cu ildən isə Avrasiya Regional Mərkəzi Bakıda diplomatik təsisatlar olaraq qeydiyyatdan keçib. DƏ-İKGF növbəti Baş Assambleyalasının 2014-cü ildə keçirilməsi haqqında qərar Forumun İdarə Heyəti tərəfindən bu ilin yanvar ayında qəbul edilib.


{sape_links}{sape_article}