Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

“Banklar əmanətlərə əl uzadıb, hökumət hər iki tərəfi düşünməlidir”

Tarix: 16-02-2016 19:45   
“Banklar əmanətlərə əl uzadıb, hökumət hər iki tərəfi düşünməlidir”
Bəzən çətin dolanışıq, ehtiyac, bəzən də irihəcmli işlərin görülməsi üçün böyük həcmdə vəsait tələb olunur. 400-500 manat əmək haqqı ilə dolanan orta statistik azərbaycanlı bu maaş hesabına təbii ki, ev, avtomobil, iri biznes şəbəkəsinin sahibi ola bilməz. Yaxud bu məvacib hesabına oğul-qızına ürəyi istəyən həyatı yaşada bilməz. Bu gün bir çoxlarımız universitetdə ödənişli əsaslarla oxuyan tələbənin pulunu, ağır xəstəliyin müalicəsinə lazım olan vəsaiti, qızımıza cehiz vermək, oğlumuzu evləndirmək, gəlinə qızıl-zinyət əşyaları almaq üçün lazım olan pulu məhz kommersiya banklarından götürürük. Daha doğrusu götürürdük... Nəzərə alaq ki, bankların böyük hissəsi kredit verilişini dayandırıb. Çünki banklar çətin vəziyyətdə ikən əhalinin onlara etibar etdiyi əmanətlərə əl uzadıb. Qeyd edək ki, hazırda kommersiya banklarında 6 milyon 600 min əmanətçinin bütövlükdə 9,5 milyard əmanəti qorunur.

İqtisadçı Natiq Cəfərli Modern.az saytına bu sahədə vəziyyətin olduqca çətin və çıxılmaz hal aldığını bildirib:

“Devalvasiyadan əvvəlki dövrlərdə Azərbaycanda 900 milyon manata yaxın geri qaytarılmayan kreditlər vardı. Həmin dövrdə artıq banklarda problemlər yaşanırdı. İki dəfə devalvasiyanın olması, əsasən də dollarla olan kreditlərə böyük zərbə vurdu. İnsanlar onsuz da dollarla götürdükləri kreditlərin faizlərini ödəməkdə çətinlik çəkirdi. Götürdükləri kreditlər isə devalvasiyadan sonra iki dəfə bahalaşdı. Bu çox böyük bir rəqəmdir. İnsanlar isə bunun altından qalxa bilmir.

İş yerlərinin qapadılması, iqtisadi aktivliyin azalması kreditlərin geri dönüşündəki problemləri daha da artırdı. Ötən ilin sonunda problemli kreditlərin həcmi 2 dəfəyədək artmışdı. Daha sonra rəqəmlər 1,7 milyar manatı keçdi. Bu ilin əvvəlinə rəsmi rəqəmlər olmasa da, mən əminliklə deyirəm ki, problemli kreditlərin həcmi 2 milyar manatı keçib. Onsuz da insanların kifayət qədər problemi var. Hökumətin və Mərkəzi Bankın səhf pul-kredit siyasəti ilə iqtisadi aktivlik azaldı və banklardan kreditə çıxış imkanları məhdudlaşdırıldı.

Azərbaycanda təqribən 2 milyon 300 min nəfərin adına kredit borcunun olduğunu nəzərə alaraq, deyə bilərik ki, bəzən bu insanların bir neçə baklarda borcu var. Nəzərə alaq ki, bəziləri bir bankdan götürdüyü kredit hesabına digər banklardakı borclarını bağlayıblar. Bu da banklarda risk menecmentinin çox aşağı səviyyədə olmasını göstərir. İndi isə kreditləşmə siyasəti çox sərtləşib, insanların kreditə çıxış imkanları məhdudlaşdırılıb. Bu da iş yerlərinin və əldə edilən gəlirlərin xeyli dərəcədə azalması ilə bağlıdır.

Nəticəsi etibarilə kreditləşmə zəiflədikcə iqtisadi aktivlik də aşağı düşür. Bu vizual olaraq da görünür. Artıq ölkənin müxtəlif yerlərində pərakəndə ticarət obyektlərinin bağlanmasının, icarəyə verilməsinin, satılmasının şahidi oluruq. Əsasən də avtomobil, elektrotexnika, mebellərdə kreditlərin səviyyəsi o qədər düşüb ki, bir çoxları artıq qapadılıb. Prezidentin iqtisadi islahatlar üzrə müşaviri Natiq Əzimovun açıqlamasına görə, mart ayında daha rahat kredit siyasəti aparılacaq, manatın dövriyyəsi qaldırılacaq. Hesab edirəm ki, bu zaman kreditləşmə ilə bağlı yeni qərarın şahidi olacağıq”.

Ekspert Azərbaycanda bu sahədə olan problemlərin çoxluğuna və birdəfəlik həllinin mümkünsüzlüyünə diqqət çəkib:

“Mərkəzi Bank uçot dərəcəsini 5 faizə qaldırmaqla kreditləri daha da bahalaşdırdı. Paralel olaraq insanların iş yerlərinin və qazanclarının itirilməsi kreditlərin geri qayıdışını daha da çətinləşdirəcək.

Hökumət kreditləşməni artırsa, iqtisadi aktivlik artacaq, amma bankların vəziyyəti çətinləşəcək. Humanitar siyasət daha da sərtləşsə, iqtisadi aktivlik daha da zəifləyəcək. Bu da daha çox iş yerinin qapadılmasına gətirib çıxaracaq. Belə çətin və hər iki tərəfin ziyanına olan məqama gəlib çatmışıq. Buna görə də hökumət və Mərkəzi Bank zərgər dəqiqliyi ilə hər iki tərəfi düşünməyə borcludur. Amma təəssüf ki, hələ bunu görmürük. Yəni, nə Mərkəzi Bankın, nə də hökumətin məsələ ilə bağlı “yol xəritəsi”nin olması haqqında məlumatımız yoxdur”.

Devalvasiyadan sonra götürülən kreditlər barədə rəsmi rəqəmlər olmasa da, iqtisadçı deyib ki, bu say həddindən artıq azalıb:

“Məndə olan məlumata görə, ikinci devalvasiyadan sonra götürülən kreditlərin həcmi bir deyil, bir neçə dəfələrlə azalıb. İqtisadi aktivlik o qədər aşağı düşüb ki, hətta şəhərin mərkəzindən ucqarlara qədər görünən mənzərə də bunu təsdiq edir.

Nəzərə alaq ki, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadi fəallıq əsasən kreditlər hesabına formalaşırdı. İşləyən vətəndaşların kommersiya banklarında kredit tarixçəsi olur. Sadəcə, Azərbaycanda problem ondan qaynaqlanırdı ki, illərdir yığılıb qalan məsələlər gözardı edildi. Bir şəxsin adına bir neçə bankda borclar yığılıb ki, bu da pis menecmentlik fəaliyyətinin nəticəsidir. İstənilən halda kreditlərin verilməsi iqtisadi aktivliklə müşayiət olunurdu. İnsanlar ev, maşın alırdı, evini təmir edirdi, övladına toy edirdi və s. Kreditlərin artması üçün daha çox qazanmalı və iş yerləri yaradılmalıdır. Bununla da bağlı ciddi problemlər müşayiət olunur”.


{sape_links}{sape_article}