Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 12:00

Dünən, 17:13

Dünən, 16:24

Dünən, 12:02

Dünən, 11:32

Dünən, 10:57

16-09-2020, 15:59

16-09-2020, 15:48

16-09-2020, 15:42

16-09-2020, 15:37

16-09-2020, 15:17

16-09-2020, 14:30

16-09-2020, 12:42

16-09-2020, 12:40

16-09-2020, 12:39

15-09-2020, 15:42

15-09-2020, 14:45

15-09-2020, 14:40

15-09-2020, 12:03

14-09-2020, 15:02

14-09-2020, 12:20

14-09-2020, 11:42

14-09-2020, 11:36

14-09-2020, 11:12

12-09-2020, 18:15

12-09-2020, 18:11

11-09-2020, 22:50

11-09-2020, 22:44

11-09-2020, 19:34

11-09-2020, 14:39

11-09-2020, 12:51

11-09-2020, 12:48

10-09-2020, 16:46

10-09-2020, 16:45

10-09-2020, 14:55

8-09-2020, 23:23

8-09-2020, 22:56

8-09-2020, 22:53

8-09-2020, 22:49

8-09-2020, 17:58

8-09-2020, 14:51

6-09-2020, 10:09

4-09-2020, 00:20

4-09-2020, 00:09

3-09-2020, 22:10

3-09-2020, 13:26

3-09-2020, 13:25

3-09-2020, 12:45

2-09-2020, 21:50

2-09-2020, 21:02

2-09-2020, 12:48

2-09-2020, 12:33

2-09-2020, 12:27

1-09-2020, 17:03

1-09-2020, 15:03

1-09-2020, 12:00

31-08-2020, 22:06

31-08-2020, 21:45

31-08-2020, 21:43

31-08-2020, 12:54

31-08-2020, 12:52

26-08-2020, 15:42

26-08-2020, 13:19

26-08-2020, 10:37

25-08-2020, 16:48

25-08-2020, 16:07

25-08-2020, 15:23

25-08-2020, 14:08

Bir xalqın taleyinə yazılan BÖYÜK ŞƏXSİYYƏT

Tarix: 12-12-2019 12:45   
Bir xalqın taleyinə yazılan
Bəzi tarixi şəxsiyyətlər var ki, onları tanıtdıran onlar haqda olan təriflərdir. Elə tarixi şəxsiyyətlər də vardır ki, həmin insanın yaşadığı dövrü seyr etdikdə, tarix özü həmin insandan danışır...

1993-cü il... Müstəqil Azərbaycan Respublikası... Ölkə faktiki olaraq bölünmək ərəfəsində idi. Psevdomillətçilik, separatizm, xarici müdaxilələr və daha hansı məqamlar... Azərbaycanı əhatə edən qonşu ölkələr bu müqəddəs ölkənin parçalanması üçün ölkədə öz qüvvələrini işə salmışdılar... Ölkə artıq siyasi cəhətdən bölünmüşdü...

Belə bir tarixi məqamda ölkəni parçalanmadan xilas edən şəxs Heydər Əliyev idi.

Heydər Əliyev hakimiyyətə gələn illərdə ölkə təkcə daxili parçalanma ilə üz-üzə deyildi. Dünya ərazicə çox da böyük olmayan yeni müstəqil olmuş bir ölkəni siyasi xəritədə görmək istəmirdi. Bir çox xristian ölkələri, hətta müsəlman ölkələri belə Azərbaycanın paraçalanmasını istəyir, bundan ötrü ölkəyə dini, milli, siyasi mahiyyət daşıyan təxribat institutları sırımaq istəyirdi. Hətta bir qədər də irəli gedərək ölkəni terrorla hədələyir, imkan düşdükdə terror hadisələri törədirdilər.

Heydər Əliyev özünün təcrübəli siyasi dünyagörüşü ilə bunun qarşısını yeni siyasi fəndlə ala bildi. Bu neft strategiyası idi. Bütün neft ölkələrini terror, siyasi çevrilişlər bürüdüyü halda Heydər Əliyev unikal siyasət işlədərək dünya güclərini özündən asılı etdi: əsrin müqaviləsi..!

“Əsrin müqaviləsi” hadisəsi neft erasında sırf yeni bir siyasi qələbə idi. Dünyanı idarə edən kapitalist dövlətlərinin özləri belə, kapitalist fərdlər tərəfindən idarə olunur. Heydər Əliyev həmin kapitalist söz sahiblərini ələ almaqla ölkəni xarici təsirlərdən qoruya bildi. Və bu siyasətin dərinliyi o qədər çox idi ki, indi də üstündən 30 ilə yaxın vaxt keçsə də, məhz Heydər Əliyevin “dünyanı iqtisadi maraq-asılılıq qarşısında qoyma” siyasətinin gerçəkliyi özünü göstərir. Bu gün Xəzərin şərq sahilində yerləşən neft-qaz ölkələrinin təbii karbohidrat resurslarının ölkəmiz vasitəsilə dünyaya ixracı Heydər Əliyevin uzaqgörən siyasətinin davamıdır. İraq, Misir, Liviya və bir sıra müsəlman neft ölkələrinin “neft” amilinə görə üzləşdikləri bəla ölkəmizdən yan keçdi. Bunu məhz Heydər Əliyevin 25 il öncə əsasını qoyduğu neft strategiyası bizdən yan etdi. Beləliklə, bir çox ölkələrin “neft amili bəlası” Heydər Əliyevin təcrübəli siyasəti nəticəsində Azərbaycan üçün “neft xoşbəxtliyi amili”nə çevrildi.

Ümummilli liderin fəaliyyətində təhsil məsələləri də xüsusi yer tuturdu. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Heç də təsadüfi deyil ki, onun təməlini qoyduğu sistemin yüksək nəticələri bu gün də özünü göstərməkdədir.
Müstəqil Azərbaycanın təhsil sisteminin qarşısında duran məqsəd və vəzifələrdən bəhs edərkən dahi şəxsiyyət Heydər Əliyev təlim prosesinin düzgün qurulmasının böyük amalların, ideyaların, vəzifələrin gerçəkləşməsi, bütövlükdə, xalqın və ölkənin sabahkı taleyi üçün son dərəcə vacib əhəmiyyət daşıdığını konkret şəkildə nəzərə çatdırmışdır: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Təhsil və tərbiyə prоsesində müəllimin peşə hazırlığı, savadı, mənəviyyatı mühüm əhəmiyyət daşıyır. “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, – deyən dahi rəhbərimizin müdrik tövsiyəsi belədir ki, əsl pedaqoq оlmaq, şagird və tələbələrə mükəmməl, hərtərəfli bilik vermək, оnları nəcib mənəvi amallara sədaqət ruhunda yetişdirmək üçün məktəblərdə müvafiq şərait, lazımi mühit yaradılmalı, müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə оlmalıdır: “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün ... Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.

Bu gün möhtərəm Prezidentimiz, Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin yürütdüyü hərtərəfli siyasətin yaratdığı Azərbaycan göz önündədir. İstər siyasi, istər iqtisadi, istər təhsil, istərsə də mədəni və digər sahələrdə yüksək səviyyədə inkişaf var.

Ümumiyyətlə, Azərbaycan təhsilinin sоn qırx ildən artıq bir dövrdəki inkişafı, yüksəlişi ümummilli liderimizin adı ilə bağlıdır. Onun layiqli davamçısı olan Cənab İlham Əliyev də bu yüksəliş dönəmini davam etdirməkdədir.

Memarlıq və İnşaat Universitetinin prorektoru İsrafil Məmmədov

{sape_links}{sape_article}