"Polad Bülbüloğlundan tələb edirik ki, bu məsələdə ortaya mövqe qoysun" - Partiya sədri
Tarix: 21-05-2019 19:05
“Fuad Abbasova qarşı baş verənlər çox böyük əxlaqsızlıqdır və ermənilərin ona qarşı olan kin-küdurətinin nəticəsidir”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyada həbs edilən tanınmış jurnalist F.Abbasov haqda danışarkən deyib. H.Hacıyev bildirib ki, bu məsələdə hamımız xalq olaraq öz sərt mövqeyimizi sərgiləməliyik:
“Bu gün bizim partiyamız öz iclasında Fuad Abbsovun məsələsinə baxdı və çox qəti bir qərar qəbul etdi. Qərarımızı Xaririci İşlər Nazirliyinə göndərmişik. Bununla yanaşı, Rusiyanın Azərbaycandakı səfirliyinə məlumat vermişik. Fuad Abbasova qarşı baş verənlər çox böyük əxlaqsızlıqdır və bu ermənilərin ona qarşı olan kin-küdurətinin nəticəsidir. Bu gün artıq biz Moskvadan məlumat aldıq. Bilirsiniz ki, şəxsən mənim V.Jirnovski ilə geniş əlaqələrim var və onun mətbuat xidməti ilə söhbətim oldu. Mənə belə bir informasiya sızdırdılar ki, bu məsələnin arxasında erməni mafiyasının, diasporasının üzvləri dayanıb. Nəyə görə? Ona görə bir vaxt çeçenlərlə azərbaycanlılar arasında insident baş verəndə F.Abbasovu bunu açaraq dünyaya göstərdi ki, ermənilər azərbaycanlıların əleyhinə Moskvada böyük iş aparır və istəyirlər ki, çeçenlərlə azərbaycanlıların arasını vursunlar. Bunu F.Abbasov ictimailəşdirərək, məsələnin üstünü açdı. Ona görə də ermənilər ondan qisas almaq istəyirlər və bu qisası da aldılar.
Burda çox incə məsələlər var. Deməli F.Abbasovu döyən, ona işgəncə verən qüvvələr bunu kameraya çəkərək sosial şəbəkədə yayırlar. Bunun da səbəbi odur ki, sifariş adlıqları adamalara göstərirlər ki, verdiyiniz pulun qarşılığında sifarişinizi yerinə yetirdik. Bununla da F.Abbasovu, Azərbaycan vətəndaşını döyüb, təhqir ediblər. Biz bunu çox qətiyyətlə pisləyirik. Azərbaycanın Xarici İşlər Nazirliyindən qəti olaraq tələb edirik ki, bu məsələdə ciddi olsun. Biz Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlundan tələb edirik ki, bu məsələdə ortaya mövqe qoysun. Burda təkcə F.Abbasovdan yox, Azərbaycanın qürurundan söhbət gedir. Ermənilərin Azərbaycan xalqı üzərində nisbi də olsa qələbəsindən söhbət gedir. Düşünürəm ki, dövlət bununla bağlı öz gücünü göstərməlidir. Azərbaycan prezidentinin gücündən, nüfuzundan istifadə etməliyik. Mən qardaşıma müraciət edirəm ki, əgər biz bu barədə öz fikrimizi desək, düşünürəm ki, qardaşım daha böyük üstünlüyə malik olacaq. Dünyada xalqını sevən bir prezident kimi Azərbaycan xalqının tarixində qalacaq və öz hüququndan istifadə edərək F.Abbasovun bu cür təhqir olunmasına qarşı sözünü deyəcək. Mən Azərbaycanda olan siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, Milli Məclisdə təmsil olunan deputatlara müraciət edirəm. Hamı öz səsini ucaltmalı, F.Abbasova qarşı olan iyrənc əməllərə son qoyulması üçün Rusiyanın Azərbaycandakı səfirliyindən izahat alınmalıdır. Məsələnin baş vermə səbəbi xalqa açıqlanmalıdır. Azərbaycan dövləti hər bir vətəndaşının sahibidir. Necə ki, mənim qardaşım deyir ki, “Hər bir vətəndaşın prezidentiyəm”, ona görə də qardaşım hər bir vətəndaşının ayağına dəyən daşın aradan qaldırılmasına, zərbənin hardan dəyməsinə qəti cavab verir. O, vətənini, millətini sevən bir insandır və düşünürəm ki, qardaşım ortaya çox qəti mövqe qoyub, Azərbaycanın Xarici İşlər Nazirliyinə qəti göstərişini verəcəkdir. Düşünürəm ki, biz F.Abbasovu sonadək müdafiə edəcəyik. Əgər lazım olsa, mən özüm Moskavaya səfər edib məsələnin aydınlaşdırılması üçün dostlarımla, həmçinin V.Jirnovski ilə buna cəhd edəcəm”.
Seçilmişlər
Ən çox oxunanlar