Bu gün girovlara “hökm” oxunacaq
Tarix: 29-12-2014 13:15
Bu gün Azərbaycanın işğal altındakı torpaqlarında erməni silahlı birləşmələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “hökm” oxunacaq.
Modern.az-ın məlumatına görə Dağlıq Qarabağdakı separatçı rejimin Xankəndi şəhərindəki “1-ci instansiya məhkəməsi” kəlbəcərli girovlar barəsində “hökm”çıxaracaq.
Xatırladaq ki, axırıncı “məhkəmə” iclası zamanı “prokuror” Karen Qabrielyan Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib.
Seçilmişlər
Ən çox oxunanlar