Xəbər lenti
Dünən, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

YAP-ın gözəgörünməz ağsaqqaları

Baxılıb: 1249     Tarix: 05-03-2015 12:14   
YAP-ın gözəgörünməz ağsaqqaları
Uzun zamandır ki, rəhbərə qarşı çıxmaq, hakimiyyət sahiblərindən narazılıq etmək adəti tərgidilmişdi. Hamı taleyi ilə barışıb, başını aşağı salıb, bir tikə yavan çörəyini yeməklə məşğuldur.

Mən günəmuzd işləyən, bir gün evdən çölə çıxmayanda ailəsi ac qalan, arxada beş manat pulu olmayan, kasıb, yetim, kimsəsiz bir vətəndaşın hakimiyyət qarşısında itaətkar olmasını, etiraz etməkdən çəkinməsini başa düşürəm. Amma kifayət qədər imkanı, az-maz nüfuzu, dolanışığı olan, bir sözlə, yaltaqlanmaq məcburiyyətində qalmayanların hakim iradə qarşısında bu qədər aciz duruma düşmələrini anlamıram. Daha çox vəzifədə qalmaq, mandat sahibi olmaq, hətta daha çox pul qazanmaq üçün bu qədər cılızlaşmağı qəbul edən "ağsaqqal"lar da var.

Çox uzatmaq istəmirəm. Hakim Yeni Azərbaycan Partiyasından deputat olan şəxslərin növbəti parlament seçkilərinə qatılıb-qatılmayacaqları ilə bağlı açıqla-maları onların nə qədər aciz durumda olduqlarını göstərir. Məsələn, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Musa Qasımlı: "Seçkilərdə iştirak etməyə dair hələ qərar verməmişəm. Ağsaqqallar, seçicilər məsləhət bilsələr, namizədliyimi verəcəyəm".

123 saylı Kəlbəcər seçki dairəsi Cavid Qurbanov: "Seçkilərə yenidən qatılmağım ilk növbədə partiyanın qərarından asılı olacaq. Yeni Azərbaycan Partiyası hansı qərarı verəcəksə, ona uyğun addım atacam. Mən partiyanın verəcəyi qərarın əleyhinə çıxası deyiləm ki?".

10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat seçilən Madər Musayev: "Növbəti seçkilərdə namizəd olmağımı seçicilərim istəyəcəksə, mən də buna uyğun hərəkət edəcəyəm. Seçkilərə 8-9 ay qalıb. İndidən konkret nəsə deyə bilmərəm. Bu gündən sabaha ümid yoxdur. Qismət olarsa, yenidən deputat seçiləcəm. Hər halda, evdə oturmayacam ki".

82 saylı Ağcabədi seçki dairəsindən seçilmiş deputat Tahir Rzayev: "Mənim namizədliyimi YAP irəli sürüb. Hakim partiyanın üzvüyəm. Partiyamızın Nizamnamə prinsiplərinə əməl edən adamam. Sona kimi də buna əməl edəcəm. Əgər YAP məni layiq bilib namizədliyimi irəli sürərsə, növbəti parlament seçkilərinə qatılacam. YAP mənə etimad göstərməsə, seçkilərə gedən deyiləm".

64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilən Rüstəm Xəlilov: "Düzü, bu haqda hələ heç nə deyə bilmərəm. Təbii ki, müəyyən fikirlərim var. Hələ qəti qərara gəlməmişəm. Bircə onu deyə bilərəm ki, deputatlıq çox şərəfli, çətin və məsuliyyətli bir vəzifədir".

Maraqlı məqamlardan biri də odur ki, hətta YAP üzvü olmayan, 93 saylı Bərdə şəhər seçki dairəsindən seçilən Zahid Oruc da hakim partiyadan işarə gözlədiyini deyir. Bitərəf deputatın "Əgər YAP hesab edəcəksə ki, biz gələcək siyasi ida-rəçilikdə parlament hakimiyyətində təmsil olunmaqla bu millətə və dövlətə xidmət edə bilərik, bu qərarımız müsbət olacaq və prosesdə iştirak edəcəyik. Əks qərar verilsə belə, bu, bizim əqidəmizdə, siyasi kursumuzda dəyişiklik yaratmayacaq. Zahid Orucun siyasətdəki mövcudluğuna gəldikdə, şübhəsiz ki, siyasi həyatda qalmaq və fəaliyyətimi davam etdirmək düşüncəsindəyəm", - deməsi, Azərbaycanda özgür siyasi iradənin olmadığına əyani sübutdur.

Mənim kimsənin siyasi iradəsi ilə işim yoxdur. Amma ağsaqqal çağında, nəvə-nəticə sahib olan bir şəxsin hansısa mücərrəd ağsaqqallardan icazə gözləməsi ikrah hissi oyadır. Odur ki, Allah heç kimi ağsaqqal vaxtında "gözəgörünməz ağsaqqal"arın ümidinə qoymasın...