Xəbər lenti
18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

Hökumət kar olanda

Baxılıb: 961     Tarix: 04-12-2014 22:11   
Hökumət kar olanda
Aktiv hərbi əməliyyatlar gedən dövrdə ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan şəxslərin ailə üzvləri, Qarabağ qaziləri onlara dövlət icbari sığorta pulunun verilməsi tələbi ilə uzun müddətdir mübarizə aparırlar.

Davamlı olaraq, aidiyyatı orqanlara müraciətlər olunur, görüşlər keçirilir, müzakirələr aparılır. Hətta iş o yerə çatıb ki, hər yerdən əlini üzən şəhid ailələri, Qarabağ qaziləri Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirmək məcburiyyətində qalıblar. Ancaq bu ölkənin var olması üçün canlarından keçən şəhidlərin bu dövlətə əmanət qoyub getdiyi ailə üzvləri aksiya yolu ilə də səslərini hökumətə çatdıra bilmirlər. Daha doğrusu, hökumət onsuz da "zəif eşidən" qulağını elə tıxayıb, "tor gələn" gözünü elə yumub ki, nəinki şəhid ailəsini görür, heç şəhidlərin narahat ruhunu da duymur...


Nəhayət, Milli Məclisdəkilər insafa gəldilər. Sonuncu iclasda şəhid ailələrinin Milli Məclisin qarşısında aksiya keçirərək qaldırdığı problem parlamentin iclasında müzakirəyə çıxarıldı. Deputat Vahid Əhmədov şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan sığorta pullarının ödənilməsinin problem olaraq qaldığını söylədi: "Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır. Bu, elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər".


Amma Milli Məclis sədri Oqtay Əsədov şəhid ailələrinin bu probleminə görə hökuməti heç olmasa, imitasiya xətrinə də olsa, qınamaq əvəzinə, onlara qahmar çıxdı. Dedi ki, məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil: "Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik".


Yəni, qətiyyən narahat olmayın. Vətən uğrunda canından keçənlərin ailələri 20 il bu vəsaiti almayıblar, bundan sonra 10 il də almasalar, dünya dağılmaz. Şəxsən mən, cənab Məclis sədrinin məsələyə mövqeyinə bundan başqa qiymət verə bilmirəm. Türklərin yaxşı bir məsəli var: "Ateş düşdüyü yeri yakar". Ola bilsin ki, Oqtay müəllim və şəhid ailələrinin bu tələblərinə etinasız yanaşan parlamentarilərimiz bu ailələrin hansı maddi və mənəvi əzablardan keçdiyini anlamırlar. Əks təqdirdə, bu qədər etinasız olmazdılar.


Ey hökumət yetkililəri! O dediyiniz 11 min manat itirilən övladın, ailə başçısının, atanın, qardaşın yerini verə bilməz. Bu ailələrə dəyən mənəvi zərbəni heç bir hökumət qarşılamaq iqtidarında deyil. O məbləğ ailələrin bu illər ərzində itirdiyi maddiyyatla da tərs mütənasibdir. Amma "qədirbilən" hökumətimiz şəhid ailələrinin haqqı olan o vəsaiti verməkdən belə boyun qaçırır. Halbuki Vətəni, Milləti, Müstəqilliyi uğrunda Şəhid olanlar dövlətin "Döyüşə get!"- tapşırığından boyun qaçırmamışdı. Övladının, ailə başçısının, atasının, qardaşının Şəhid xəbərini eşidən bu ailələr fəryad qoparsalar da, "Vətən sağ olsun!" deməyi bacarmışdılar.


Nə yazıq ki, hökumətimiz şəhidlərin əmanətinə layiqincə sahib çıxmır, onlara qarşı comərd davranmır. Ən pisi isə odur ki, bu millətin ən şərəfli ailələrinin səsini eşitmir, onları küçələrdə haqq davasına çıxmağa məcbur edir. Bu isə sadəcə olaraq, ayıbdır...