Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Xalqın dilini bilməyənlər...

Tarix: 25-05-2020 23:26   
Xalqın dilini bilməyənlər...
Zaur ƏHMƏD

Ağstafanın yeni gənc icra başçısının ingiliscə pis danışması problem deyil. Əsas odur ki, ağstafalıların dilini bilsin. Mənim fikrimi soruşsanız, onun qara camaatla dil tapa biləcəyinə inamım yoxdur...
Açıq deyim ki, mənim xarici dil imkanlarım aşağıdır. Nə ingilis, nə rus dilini düz-əməlli bilirəm. Uşaq vaxtından xarici dildə danışmağı sevməmişəm. Düzü, bir az da kompleksim var. Mənim üçün xarici dil bilməyin elə bir əhəmiyyəti də yoxdur. 50 xarici dil bil, amma öz xalqınla danışa bilməyəndən sonra boş şeydi.
Xarici işlər nazirimiz Məmmədyarov rus, ingilis, fransız və digər dilləri bilir, nə olsun? Öz dilində danışdığını nə özü, nə də xalq başa düşür.
Mən məni mənim qədər anlayacaq bir adam istəyirəm. Mən necə danışıramsa, elə danışsın, elə dinləsin, elə gülsün, elə ağlasın. Mən ağlayanda ağlayan, güləndə gülən birisini istəyirəm. Istər qocası, istər cavanı, hansı məmurdan bu elektriki almısız? Öz dilimizdə desəm, bu məmurların heç biri adama yapışmır. Eldar Əzizov kimi danışan adam Məmmədhəsən əmiyə necə yapışa bilər axı?
Bu məmurlara milli geyimimizi geyindirsən, başına buxara papaq qoysalar da, bizə yapışmayacaq. Ağızlarını açan kimi bizə yad olduqlarını hiss edəcəyik... Indi də düşmüşük Ağstafanın yeni başçısının üstünə. Hazırkı məmur korpusunun 99 faizinin bu camaatla dil tapması müşkül məsələdir. Bu, o zamana qədər davam edəcək ki, məmurlar xalqın içindən çıxan sadə, vicdanlı insanlar olsun. Bax, o günə qədər heç nə gözləməyin. Istəyir ingilis dilində cəh-cəh vursun, fransızca mahnı oxusun, boş şeydi...
Illərdir, bizdən uzaq məmurları gördük, bir xeyirləri dəymədi camaata. Dövlət də, dövlət başçısı da bunu görür, anlayır və dəyişmək qərarı verir. Amma indi də köhnələr öz oğul-uşaqlarını, yeznə-kürəkənlərini, bacoğlu, qardaşoğlularını bəzəyib-düzəyib irəli verirlər. Ortaya da belə bir mənzərə çıxır...
Nə etməli?
Dövlət başçısı kənd-şəhər gəzib kadrmı axtarmalıdır? Təbii ki, yox, bu heç mümkün də deyil. Amma bir yolu olmalı, bir yolu tapılmalıdır. Təmiz qanlı, vicdanlı, gözütox, bu millət və bu dövlət üçün canını belə əsirgəməyəcək insanlar yüz minlərlədir. Sadəcə, acgözlər, vicdansızlar, Dövlətin ətrafını elə sarıblar, elə hündür divar hörüblər ki, vicdanlı, halal adamlar görünmür. Amma bu sədi dağıtmaq lazımdır, Dövlət o tərəfdən xalq bu tərəfdən...


{sape_links}{sape_article}