Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 19:39

Dünən, 19:17

Dünən, 16:16

Dünən, 16:14

Dünən, 16:09

Dünən, 11:21

Dünən, 10:55

Dünən, 10:50

Dünən, 00:44

Dünən, 00:41

29-05-2020, 17:54

29-05-2020, 17:39

29-05-2020, 14:50

29-05-2020, 14:17

29-05-2020, 11:48

26-05-2020, 18:41

26-05-2020, 13:10

26-05-2020, 13:07

25-05-2020, 23:26

25-05-2020, 23:19

25-05-2020, 22:13

25-05-2020, 22:08

25-05-2020, 22:01

24-05-2020, 11:46

24-05-2020, 10:41

24-05-2020, 10:34

24-05-2020, 10:28

23-05-2020, 20:18

23-05-2020, 20:15

23-05-2020, 16:20

23-05-2020, 15:31

23-05-2020, 15:26

23-05-2020, 15:18

23-05-2020, 15:16

23-05-2020, 15:14

22-05-2020, 16:43

22-05-2020, 16:16

22-05-2020, 16:01

22-05-2020, 12:31

22-05-2020, 11:08

22-05-2020, 11:07

21-05-2020, 16:48

21-05-2020, 16:32

21-05-2020, 15:58

21-05-2020, 14:35

21-05-2020, 13:41

21-05-2020, 11:21

20-05-2020, 21:55

20-05-2020, 21:52

20-05-2020, 21:24

20-05-2020, 19:35

20-05-2020, 17:26

20-05-2020, 17:19

20-05-2020, 17:15

20-05-2020, 15:33

20-05-2020, 15:29

20-05-2020, 15:02

20-05-2020, 13:50

20-05-2020, 12:23

20-05-2020, 12:21

20-05-2020, 12:19

20-05-2020, 00:08

19-05-2020, 23:28

19-05-2020, 17:01

19-05-2020, 16:46

19-05-2020, 16:17

19-05-2020, 15:59

19-05-2020, 15:16

Kəndlilər və şəhərlilər...

Tarix: 12-04-2020 18:08   
Kəndlilər və şəhərlilər...
İllərdir, bəlkə də yüz illərdir ki, bu bölgü, bu müqayisə aparılır. Kim haqlıdır? Kəndliləri müdafiə edən, yoxsa onlara yuxarıdan aşağı baxanlar? Hər iki tərəfin əsaslı arqumentləri var.
Mən onlarla böyük şəxsiyyət adı çəkə bilərəm ki, kənddən gəliblər, bəziləri sonradan özlərini şəhərli hesab ediblər, bir qismi ölənə qədər "kəndçi" qaldılar.
Kim olursan ol, insansan. Hər kəs dünyaya eyni gəlib, eyni də gedir. Sadəcə, aralıq dövründə yaşam tərzi fərqli olur. Nə isə...
Xalq artisti Afaq Bəşirqızının məlum açıqlamasını oxudum. İnanmaq istəyirəm ki, Afaq xanım kənd camaatını aşağılamaq istəməyib. Sadəcə, ifadə tərzi bir qədər yanlış olub. Amma onun fikirlərinə müxaliflik edənlər də haqlıdırlar. Paytaxtda, "novostroyka"larda yaşamaq təkcə A.Bəşirqızının övladları üçün deyil ki...
Hamı göz qamaşdıran Bakıda yaşamaq istəyir. Kimisi 200 kv.mlik "novostroyka" mənzildə yaşayır, kimisi də onun "padvalında".
Kənd camaatının şəhərdə nə işi var? Bu sualı çox verirlər. O sualı verənlərin də çoxunun dədə-babası elə kəndən gəlib bura. Gəliblər, yaxşı ediblər. Sənə nə var?
Dediyim kimi, kefindən, öz istəyi və arzusu ilə gələnlər az deyil. Amma inanın ki, məcburiyyətdən gələnlər daha çoxdur. Bölgələrdə iş-güc yoxdur. Onu da qeyd edim ki, daha camaat özünü ağır işə vermək də istəmir. Səhərdən axşama kimi tarlada, sahədə günün altında işləyib günü 10-15 manat qazanmaq insana ağır gəlir. Həm də axşamlar solğun kənd həyatında yaşamaq istəmirlər. Bax, həm məcburiyyətdən, həm də öz kefindən paytaxta axışan kənd camaatı beləcə "gözə batır".

Afaq Bəşirqızını böyük sənətkar hesab eləmirəm. Mən özüm incəsənət mütəxəssisi deyiləm, amma yaxşı tamaşaçıyam. Odur ki, böyük sənət və böyük sənətkar aləmində Afaq xanım orta səviyyəli aktrisadır. Amma Afaq xanım zaman-zaman ortaya müstəqil ziyalı mövqeyi qoya bilib. Məhz, bu mövqeyinə görə hörmətə layiqdir. Amma bu, ona kimlərisə aşağılamaq haqqı da vemir. Belə baxanda, onun aşağılamaq niyyətində olduğunu düşünmürəm. Doğrudur, Afaq Bəşirqızı təkəbbürlü, özündənrazı duruşa malik xanımdır. O duruşla kiməsə öyüd-nəsihət verəndə qıcıq doğurur. Məncə, öyüd-nəsihəti verəndə insan bir az yumşaq olmalıdır, yuxarı tonda irad tutanda hər kəsin narazılığı və hikkəsi ilə üz-üzə qalırsan. Odur ki, bu prosesə hər iki tərəfin haqlı yönləri var. Amma fərqlilklər də göz önündədir.

Burada iki foto yerləşdirmişəm. Biri özündərazı tonda öyüd nəsihət verən Afaq Bəşirqızı, digəri isə onun yaratdığı hər il bir qarın doğan kəndçi Söylü. Zahirən fərqlidirlər, amma batində hər ikisi eynidir.

Zaur ƏHMƏD

{sape_links}{sape_article}