Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 22:23

Dünən, 14:59

Dünən, 14:58

Dünən, 14:05

Dünən, 11:31

Dünən, 11:14

Dünən, 09:10

Dünən, 08:55

1-07-2020, 20:52

1-07-2020, 11:25

30-06-2020, 23:35

30-06-2020, 17:33

30-06-2020, 14:01

30-06-2020, 11:22

29-06-2020, 15:35

29-06-2020, 14:57

29-06-2020, 13:40

29-06-2020, 13:38

29-06-2020, 13:28

29-06-2020, 11:16

28-06-2020, 12:56

27-06-2020, 14:27

27-06-2020, 14:06

27-06-2020, 12:29

27-06-2020, 11:58

27-06-2020, 11:57

27-06-2020, 11:56

26-06-2020, 14:38

25-06-2020, 22:29

25-06-2020, 15:04

24-06-2020, 17:26

24-06-2020, 17:24

24-06-2020, 16:00

24-06-2020, 13:36

24-06-2020, 12:51

24-06-2020, 10:49

24-06-2020, 10:48

24-06-2020, 10:45

24-06-2020, 10:30

22-06-2020, 18:05

22-06-2020, 14:03

22-06-2020, 12:43

22-06-2020, 12:31

22-06-2020, 11:29

22-06-2020, 11:04

21-06-2020, 22:29

20-06-2020, 00:08

20-06-2020, 00:04

19-06-2020, 23:50

19-06-2020, 19:11

19-06-2020, 19:09

19-06-2020, 17:13

19-06-2020, 15:48

19-06-2020, 15:06

19-06-2020, 12:26

19-06-2020, 11:48

19-06-2020, 11:07

18-06-2020, 18:10

18-06-2020, 15:30

18-06-2020, 11:44

18-06-2020, 00:39

17-06-2020, 17:12

17-06-2020, 16:17

17-06-2020, 15:36

17-06-2020, 14:23

16-06-2020, 17:49

16-06-2020, 17:46

16-06-2020, 16:46

Sizə yaraşmadı, Cəmil Həsənli!

Tarix: 13-10-2014 11:12   
Sizə yaraşmadı, Cəmil Həsənli!
Milli Şuranın bir neçə saat əvvəl başa çatmış mitinqi daha çox çox uzun illər Azərbaycanın ən böyük müxalifət partiyasının rəhbəri olmuş sabiq Müsavat başqanı İsa Qəmbərə edilən hörmətsizliklə yadda qaldı. İsa Qəmbər və onu müşayiət edən partiya funksionerləri tribunanın cəmi beş addımlığında dayansalar da, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli, o cümlədən mitinq iştirakçılarına yuxarıdan aşağı baxan digər natiqlər onları “görmədilər”.

Qeyd edək ki, bu istiqamətdə müzakirələr mitinqin gedişində başlasa da, aksiya yekunlaşandan sonra da davam etdi. Mitinqə qatılan sıravi müsavatçılar haqlı olaraq bir-birilərindən soruşurdular: təşkilatçılar aksiyaya sıravi vətəndaş kimi qatılan İsa Qəmbəri niyə salamlamadılar?

Amma narazı qalanlar təkcə müsavatçılar deyildi. KXCP, VHP və digər siyasi partiyaların nümayəndələri də mitinqdə ancaq AXCP-nin təbliğ olunmasına etiraz edirdilər. Əlbəttə, onlar haqsız deyildilər. Çünki mitinq iştirakçıları arasında cəbhəçilərlə yanaşı, digər müxalif partiyaların üzvlərinin, o cümlədən, YAP-çıların olduğunu mən də görmüşdüm. Həm də onlar barmaqla sayılmayacaq qədər çox idilər...

Əslində, necə olmalıydı? Əgər söhbət siyasi məhbuslara azadlıq tələb etməkdən gedirsə, bunu bütün demokratik düşərgə bir yerdə etməliydi. Məndə olan məlumata görə, Müsavat Partiyası mitinqin təşkilat komitəsinə qoşulmaq üçün Milli Şuranın rəhbərliyinə müraciət edib. Amma Cəmil Həsənli və Əli Kərimli buna razı olmayıblar. Bunun adı qısqanclıqdır. Siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən mitinqi bir partiyanın təbliğatına həsr etmək heç kimə başucalığı gətirmir. Çünki darda olan insanların adından istifadə edib, siyasi divident götürmək yaxşı əlamət deyil...

Azərbaycan kiçik ölkə, biz jurnalistlər isə müəyyən qədər məlumatlı adamlar olduğumuz üçün səhnənin arxasında nə baş verdiyini yaxşı bilirik. Aydın məsələdir ki, mitinqdə digər siyasi partiyaların təmsilçilərinin çıxış etməsinə Əli Kərimli imkan verməyib. Hətta Əli bəy razı olmayıb ki, mitinqin aparıcısı İsa Qəmbərin meydanda olduğunu dilə gətirsin. Başa düşürük, AXCP Müsavatla əvvəlki illərin haqq-hesabını “çürütmək” istəyir. Bəs, Cəmil Həsənli? Cəmil bəy nədən öz qonaqlarına “ xoş gəldin” eləmədi? Axı, o, ev yiyəsidir. Bizim mentalitetimizdə qonağa bu cür hörmətsizlik varmı? Milli Şuranın rəhbərliyi Müsavat, KXCP, VHP və digər siyasi partiyaların üzvlərini bundan sonra mitinqlərə hansı üzlə çağıracaq? AXCP-nin adının ən azı 10 dəfə çəkildiyi bir meydanda digər siyasi partiyaların adlarının heç olmasa bir dəfə dilə gətirilməsi doğru olmazdımı? Hətta mən gözləyirdim ki, Cəmil Həsənli yenicə Müsavat başqanı seçilmiş Arif Hacılını təbrik edəcək. Ona görə yox ki, Cəmil Həsənli hakimiyyətin dəstəyilə deputat olanda Arif bəy türmədə çürüyürdü. Ona görə ki, siyasi mədəniyyət anlayışı bu cür davranmağı tələb edir.

Müxalifət 21 ildi ki, birlik arayışındadır. Amma kiçik intriqalar böyük ideyaların reallaşmasına imkan vermir. Cəmi bir neçə saat əvvəl bu istiqamətdə çox vacib addım atıla bilərdi. Təəssüf ki, bu dəfə də Cəmil Həsənli böyüklük nümayiş etdirə bilmədi. Bugünkü davranışını ona yaraşdırmadım...

"Qafqazinfo"

{sape_links}{sape_article}