Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Baxmağa utandığımız VƏTƏN xarabalıqları... Zaur ƏHMƏD

Tarix: 24-06-2019 11:16   
Baxmağa utandığımız VƏTƏN xarabalıqları...
Bura bizim Vətənimizdir - Ağdamdır. Xaraba qalmış, sahibsiz qalmış Vətənimiz. Mən özüm buraları görməmişəm. Amma Vətən bilirəm oranı...

Azərbaycanın hər qarışı mənim Vətənimdi, amma Ağdam doğma yurdum Cəbrayıldan daha çox Vətəndir mənə...
Atam məhz, orda vuruşub, orda son nəfəsini alıb, orda "VƏTƏN SAĞ OLSUN" - deyib, şəhid olub. Bax, bu xarabalıq üçün qan töküb, vuruşub, can verib...
Bir xarabalıq nədən bu qədər dəyərli olsun ki? Bir xarabalıq nədən içimi belə titrətsin ki? Bir xarabalıq nədən ürəyimi yerindən çıxarsın ki? Bir xarabalıq niyə mənə belə əziz, doğma gəlsin ki? Niyə bu xarabalığı sevirəm axı? Axı, o xarabalıq ATAmı alıb məndən...
Niyə? Niyə? Niyə?
Cavabını bilmirəm, ya da deməyə qorxuram, utanıram. Bu xarabalıq üstündə minlərlə igid oğullar can verib. Onlardan çoxmu biləcəm? Onlar qədər ola bilmirəmsə, heç olmasa, onlar qədər sevim. Gör nə günə qaldın VƏTƏN... Sənin xarabalıqlarını sevirik. Özü də qorxa-qorxa, utana-utana...
Babək filminə bir səhnə var. Hamının yadında olar. Əsir götürülən oğlunu Babəkin hüzuruna gətirirlər. O isə oğlunun üzünə də baxmır.
"Mən, Afşinə demişdim ki, Bəzz Qalasının xərabəsini mənə göstərsin. Son dəfə vidalaşmaq üçün. Neyçün o səni, miskin bir varlığı mənə göstərir" - deyir. Vətənin, yurdun, evin xarabasının belə dəyərli olduğunu iki cümlə ilə ifadə edir...
Biz ata-baba yurdumuzun, Vətənimizin xərabə və viranə qalan görüntülərini belə görə bilmirik. Gördüyümüz yad gözlərin gördüyü, yad əllərin çəkdikləridir. Bax elə buna görə də biz viranə qalmış Vətən xərabəliklərinə belə utana-utana baxırıq...


{sape_links}{sape_article}