Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Üç aydır toy yoxdur, müğənnilər necə dolanır?

Tarix: 19-05-2020 10:56   
Üç aydır toy yoxdur, müğənnilər necə dolanır?
Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbiylə Azərbaycanda toylar daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna görə də, gəlir yeri yalnız konsertlər, toylar olan musiqiçilər üç aydır işsiz qalıb.

GÜNpress.az xəbər verir ki, “Qafqazinfo” bu məqamda ölkənin bir neçə tanınmış mədəniyyət üzvünə müraciət edərək, sözügedən qadağaların onların maliyyə vəziyyətinə təsir edib-etmədiyi ilə bağlı maraqlanıb. Eyni zamanda, onlardan vergi ödəyiciləri üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən, həmçinin maliyyə yardımından faydalanıb-faydalanmadıqlarını xəbər aldıq.

Xalq artisti Brilliant Dadaşova qeyd edib ki, toyların yoxluğu onun maliyyə vəziyyətinə böyük təsir göstərib:

“Əlbəttə ki, dünyanı sarsıdan bu bəla bizim ailəmizin büdcəsinə böyük zərbə vurdu. Studiya, TV və başqa xərclərim olduğuna baxmayaraq, yanvar ayından mənim heç bir gəlirim olmayıb. Nəzərə alsaq ki, bizim ailəmiz sadəcə üç nəfər: yoldaşım, oğlum və məndən ibarətdir. Lakin çoxsaylı ailə üzvlərimizin, yanımda çalışanların sosial tələbatlarını ödəmək bizim üçün çətinləşdi. Nə yaxşı ki, həyat yoldaşımın, oğlumun maaşları dövlət tərəfindən ödənilirdi. Mənim də “Xalq artisti” fəxri adına görə aldığım 150 AZN iki ildən çoxdur ki, toplanırdı. Onu da kartdan çıxarmağa başladım. Nəticədə yenə də çətin vaxtımızda dövlətimiz bizə arxa-dayaq oldu”.


Müğənni Xatirə İslam toylarla bağlı vəziyyətin uzun müddətdir ürəkaçan olmadığını bildirib:

“Son 3 ay yox, bundan əvvəl də toylarla bağlı vəziyyət ürəkaçan olmayıb. Durğunluq dekabr ayından etibarən başladı. Bu dövrlərdə pulum demək olar ki, bazarlıqlara getdi. Uzun müddətdir vergi ödəyicisiyəm. Konpensasiya ilə zəng vurub maraqlandım, amma düşündüm ki, hamı çətin vəziyyətdədir. Mən də ora verdiyim pulu gedib yenidən alım?! Vallah utandım. O pulla cəmi iki bazarlıq edəcəkdim, bəs sonra?”


Müğənni Günay İbrahimli:

“Vergi ödəyicisiyəm və ödənişlərimi vaxtında edirəm. Karantindən öncə də vergini ödəmişəm. Amma koronavirusla əlaqədar ödənilən maliyyə yardımından yararlanmamışam.

Toy və konsertlərin olmaması ilə bağlı maliyyə vəziyyətimə gəldikdə isə gəlir yoxdur, amma xərclər dayanmır. Bizim qazancımız hər kəsə məlum olduğu kimi toy, xına məclisləri, ad günü və tədbirlərdəndir. Bu tədbirlər də hazırda yoxdur. Bu günümüzə şükür. İnanıram ki, bu vəziyyət tezliklə düzələcək”.


Murad Arif:

“Xaraktercə hər zaman ehtiyyatlı davranmağı xoşlayıram. Bilirsiniz ki, sənət insanları ilin 6 ayı onsuz da işləmir, qazancsız yaşayır. Bu səbəbdən istər-istəməz müəyyən ehtiyatlarımızı yaratmalıyıq. Söhbət məndən gedirsə, mahnılar bəstələyirəm, bu tipli kommersiya sifarişlərim olur. Daha sonra aparıcılıq edirəm, layihəmin sponsoru var. Bu şəkildə gəlirim olur. Həyatımı tamamilə məclislərə bağlamamışam. Müəyyən mənada səhnə üçün darıxmışam. O baxımdan işsizəm.

Mütəmadi olaraq vergimi ödədiyim üçün nəzərdə tutulmuş məbləğ bizə də yönləndirildi. Miqdarını açıqlamayacam, yaradılan şərait üçün təşəkkür edirəm. Kifayət qədər yaxşı məbləğdir ki, sənətçi yaradıcılığına davam etsin. Yəni məbləği aldım, tamamilə razıyam”.



Müğənni-xanəndə Gülay Zeynallı:

“Maliyyədə təbii ki, azalma var, çünki artım yoxdur. Sənətçilərin qazancı da toylardandır. Amma bir məsələ var ki, hər zaman çətin günləri fikirləşdiyim üçün kənara bir şeylər ayırmışdım. Dar günümü fikirləşən insanam. Bu səbəbdən çətinlik çəkmədim. Qadağa davam etdiyi halda bəlkə də, maliyyə problemləri ortaya çıxacaq. İki-üç aya həmin qaydalar aradan qaldırılmasa, maddi sıxıntılarım yaranacaq. Digər bir məsələ barədə danışım. Nə yardım, nə güzəştlər barədə maraqlanmamışam. Bundan daha ehtiyacı olan insanlar yararlansın”.



Müğənni Nadir Qafarzadə:

“Biz də hamı kimi əziyyət çəkirik. Bir pulun üstünə pul gəlmədikdə, o pul tükənir. Biz bankir deyilik ki?! Mən ümumiyyətlə 5 aydır toydan pul qazana bilmirəm. Fevralda 1, martda 1 toy oxudum. Aprel, may ayları da boşdu. Düşünürəm ki, yayda da belə davam edəcək. Sonra Məhərrəmlik ayı olacaq. Hardasa toylar noyabr ayında olacaq. Demək olar ki, biz bir il işsiz qalacağıq. Pul tükənir, ehtiyata ayırdığımızdan xərclədik, hətta yardım da etdik. Öz qohum, doğmalarıma köməklik göstərdim.

2003-cü ildən vergi ödəyicisiyəm. Mənə də dövlət tərəfindən 690 manat ödənildi, təşəkkür edirəm. Təbii ki, o pulu ehtiyacı olanlara xərclədim. Bölüşməyi bacaran insanam. Mənə elə gəlir ki, bir azdan özümün də pula ehtiyacım olacaq. Çünki bir neçə ailəni dolandırıram”.



Müğənni Nura Suri:

“Üç aydır toya, tədbirə getmirəm. Maliyyə vəziyyətimizə təsir edib. Amma bir məsələ var ki, xərclərimiz də azalıb. Evdən bayıra çıxmırıq. Ancaq işçilərin maaşını veririk və evə bazarlıq edirik. Salona getmirəm, heç yerə artıq pul xərcləmirəm. Bir neçə ailəyə də yardım etmişəm, etməkdə də davam edəcəm.

Vergi ödəyicisiyəm, lakin güzəştlər barədə müraciət etməmişəm. Bu barədə düşünürdüm, lakin fikirləşdim ki, gərək yoxdur. Bir çox məşhur koronavirusla mübarizəyə pul ayırdı. Düşündüm ki, müraciət etməsəm, bu da bir yardım sayıla bilər”.



Müğənni Rəsul Əfəndiyev:

“Üç aydır ki, toya getmirik. İnanın, çox darıxmışıq. Maliyyə vəziyyətində də dəyişiklik var. Hamı bilir ki, müğənnilərin qazanc mənbəyi toylardır. Amma ümid edirik ki, hər şey qaydasına düşəcək. Hansısa güzəşt barədə müraciət etməmişəm, İnşallah buna ehtiyac da olmaz”.



Müğənni Nigar Camal:

“Maliyyə vəziyyətimdə dəyişiklik yoxdur. Koronavirusla əlaqədar ödənilən yardımı isə həqiqətən pula ehtiyacı olan şəxslər almalıdır. Hansı ki, karantin onlara ciddi ziyan vurub. Allah hər kəsin köməyi olsun. Tezliklə bu pandemiyadan qurtulaq”.


{sape_links}{sape_article}