Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

«Azərbaycanda daxili çaxnaşma yaratmaq istəyən qüvvələr var» - Hafiz Hacıyev

Tarix: 06-12-2014 13:00   
 «Azərbaycanda daxili çaxnaşma yaratmaq istəyən qüvvələr var» - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mətbuat xidmətinə müsahibə verib.

- Hafiz müəlim, məlum olduğu kimi, Müsavatda Qubad İbadoğlunun tərəfdarları növbədənkənar qurultay keçirmək təşəbbüsündə bulunublar. Bu barədə nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, Müsavatda baş verənlər bu günün işi deyil. Bütün bunlar illərlə yığılıb qalmış problemlərdir. Nəhayət ki, Müsavatdakı vicdanlı insanların səsi çıxdı. Partiya yaranandan bu günə qədər İsa Qəmbərin siyasi alverlə məşğul olduğunu hamı bilirdi. Mən özü bu barədə detallı məlumata malikəm. Bu daradə qara Tofiqlə, Sülhəddin Əkbərlə, İbrahim İbrahimli ilə məsləhətləşmələrimiz oldu. Onlara da açıq dedim ki, bu adam bizim nüfuzumuzdan istifadə edərək alverə girişir. Bu, 10 il əvəlin söhbətidir. Zman keçdi, mənim dediklərim öz təsdiqini tapdı. Sonralar Qabil Hüseynli ilə dəfələrlə söhbət eləmişik ki, bu adam siyasi alverə girişib partiyanı qurban verəcəq. İsa Qəmbərin nə millət, nə dövlət, nə ölkənin müstəqilliyi maraqlandırır. Hamı İsa Qəmbərin kimliyini bilirdi. Ona görə də bir mərhələdə Sülhəddin Əkbər, İbarihim İbrahimli, Qabil Hüsenyli və digərləri partiadan getdilər. Bu belə olmalıydı, oldu da. Düşünürəm ki, bundan sonra da İsa Qəmbərin xəyanətləri üzə çıxacaq. Ordan uzaqlaşanların əksəriyyəti mənim də yanıma gəliblər söhbətləşmişik. Qazax rayonundan 30-40 nəfər bizim partiyaya keçiblər. Həmin şəxslərin kimliyini də yaxın günlərdə açıqlayacağıq. Bu insanların taleyi üzərində siyasi oyun qurmaq ən böyük mənəviyatsızlıqdır.

- Yeni Başqan Arif Hacılı növbəti problemə ol açdı və istefalar davam elədi. Sizcə, niyə belə etiraz doğurdu?

- İsa Qəmbər özü kimi siyasi alverçinin birini partiyanın başına gətirdi. Qubad İbadoğlu bu məs ələrdə haqlıdır. Onlar İsa Qəmbərə saxtakarlığın olduğunu bildiriblər, amma problemi qabartmamağı tapşırıb. Bizim hakimiyətimiz dövründə də İsa Qəmbərin pul yığanı Arif Hacıyev idi. O çirkli bir insandır. Araşdırma aparın görün, bağları nə ilə alıb, villaları necə əldə edib, Nizami küçəsindəki dördotaqlı mənzili ona kim bğşlayıb. Bütün bunlar Müsavatdakı vicdanlı insanlara bəllidir. Ona görə hərə bir tərəfə dağılır. Məndə olan məlumata görə yaxın günlərdə Demokratik Müsavat Partiyası adlı eni təşkilat yaratmaq istəyirlər. Yenə də deyirəm, nə qədər ki, Arif Hacıyev İsa Qəmbər kimi siyasi alverlə məşğul olacaq, qardaşlarını başına toplaycaq, Müsavat tamamilə məhv olacaq. Müsavatdan gedənlərlə söhbətim zamanı bildirdim ki, yeni partiaya ehtiyac yoxdur, əsl müsavatçılıq ideologiyasının daşıyıcısı olan MMP-də birləşmək lazımdır.

- Müsavat ətrafında baş verən gərginlik Əli Kərimliyə sərf edir. Sanki bu vəziyyəti öz xerinə istiqamətləndirmək istəir…

- Bu, onun çoxdankı xarakteridir. Əli Kərimlinin əsas marağı odur ki, özünü ana müxalifət kimi qələmə versin, Qərbə özünü daha matah bir şey kimi satsın. Rəsulzadə ideasının daşıyıcısı olan bir partiyanın məhv olmasına sevinir ki, bundan sonra rahat şəkildə müxalifət adından çıxış edəcək. Müsavatdan çıxanların da Milli Şuraya getməsi mümkündür. Əli Kərimli bunun üçün də dəridən qabıqdan çıxır. O vaxt İsa Qmbəri Milli Şuradan kənarlaşdırdı, sonra ictimai rəydə gözdən saldı. Qərb dövlətləri də Azərbaycanda satqın axtaranda birinci Əli Kərimlinin qapısını döyürlər.

Ümumiyyətlə, "Milli Şura”ya milli satqınlar yığışıb. Vaxtilə orada olan insanlar Əi Kərimlinin və Həsənov Cəmilin birləşib siyasi alver etməsinin şahidi oldular. Həmin insanlar düşünürdülər ki, bu iki nəfərin alverindən onlar da bəhrələnəcəklər. Amma bu, heç də belə olmadı. Ona görə də "Milli Şura”da olanların əksəriyyəti peşman olduqlarını açıq və səmimi olaraq etiraf etdilər. Ümumiyyətlə ağıllı, özünə hörmət edən adamlar heç bir zaman Əli Kərimli, eləcə də Həsənov Cəmil kimi erməni qaynatasının yanında özünü görə bilməz. Bildiyiniz kimi, bu yaxınlarda Həsənov Cəmil ABŞ-a getmişdi və orada sarsaqlamışdı. Bu haqda bizdə məlumatlar var. Həmin şəxs orada Azərbaycan haqqında başından böyük qələtlər edib. "Milli Şura”nın juliklər, satqınlar şurası olduğunu onun digər üzvləri də hiss edəcəklər. Mən sadəcə olaraq onlara çağırış edirəm. Onlara sözüm budur ki, əgər özünə hörmət edən adam Azərbaycanın bir milyondan artıq vətəndaşını yurdundan didərgin salan ermənilərin qaynatasının yanında qalırsa, bu, xalqımıza qarşı təhqir və xəyanətdir. Müsbət haldır ki, Azərbaycan xalqı da bu xəyanətin fərqindədir.

- Bir məqama da toxunmaq istərdim. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində müxtəlif məsəllər toxunuldu. Sözügedən məqalə bardə düşüncələrinizi öyrənmək istərdim…

- Ramiz Mehdiyevin məqaləsində kifayət qədər önəmli məsəllər öz əksini tapıb. O müxalifətin tənqid edib, amma gərə radikal müxalifəti, konstruktiv müxalifətdən ayıraydı. Məsələn, biz heç bir xarici kəşiyyatdan, donor təşkilatlardn maliyə almamaşıq, fəaliyətimiz də mili maraqlarımıza xidmət edib. Ramiz Mehdievin nəzərdə tutduğu müxalifət, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbərdir. Amma bir məqamı da qed edim ki, biz demokratianın beşiyi olan Amerikaya da müharibə elan edə bilmərik. Milli maoaqlarımızı ən yüksəkdə tutaraq, siyasətimizi davam etdirməliyik.

Amma onu da nəzərə çatdırım ki, Azərbaycanda daxili çaxnaşma yaratmaq istəyən qüvvələr var. Onlar Cəmil Həsənli, Əli Kəritmli kimilərinin əliylə bunu reallaşdırmaq istəyirlər. Amma bəyan edirəm ki, Kərimov Əli, Cəmil Həsənli kimdir ki, Azərbacanda hakimiyəti devirsinlər. Təbii ki, buna baxmayaraq, hazırlıqlı olmaq lazımdır. Bizdə olan məlumata görə, Azərbaycanda dövlət çevrilişinin cizgilərini cızırlar. Səfirlərlə görüşümdə onların sətiraltı ifadələrində də hiss edirəm ki, bunlar çox böyük hazırlıq mərhələsinə qədəm qoyurlar. Biz də ağıllı işləməliyik, onları qcıqlandırmadan, öz maraqlarımıza uyğun siyasətimizi yeritməliyik.



{sape_links}{sape_article}