Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

İlham Rəhimova qarşı ittiham, iş adamının Qubada “işğalçı“ maraqları

Tarix: 25-11-2014 22:11   
İlham Rəhimova qarşı ittiham, iş adamının Qubada “işğalçı“ maraqları
Moskvanın böyük "bazarkomlarından" olan və azərbaycanlı bazar əhlinin qəniminə çevrilırək, oliqarxa çevrilən İlham Rəhimov öz pullarına arxayın olub, indi də Quba rayonuna tamah salıb.

Quba sakinləri bildirir ki, Ilham Rəhimovun Qubadakı özbaşınalıqları ucbatından yerli camaatda narazılıq baş qaldırıb. Oliqarxın adamları zorla, adamlara hədə-qorxu gələrək torpaqlar zəbt edib, insanların şəxsi mülkiyyətinə sahib olmaq istəyir. Qubalılar deyir ki, Ilham Rəhimov Rusiyada öyrəndiyi "bespredel” davranışlarını Azərbaycanda da işə salır.

Aldığımız şikayət üzərinə Qubada apardığımız araşdırma nıticəsində məlum oldu ki, Rəhimovun özbaşına hərəkətləri Qubada ciddi narazılığa səbəb olub.

Yersiz gəldi, yerli qaç

İlham Rəhimovun zorbalıq prinsipinin mahiyyəti məhz bundan ibarətdir. Villasının yaxınlığındakı, başqalarının, üstündə tikili olmayan və başqalarının halal torpağına, yaşıllaşdırılan bir sahəyə göz qoyub. Özü də təsadüfə baxın ki, özünə məxsus kənd təsərrüfatı təyinatlı torpağı hansı yollasa təyinatını dəyişərək, ağacları qıraraq tikililərlə doldurduğu ərazidən fərqli olaraq, bağ ərazisi kimi saxlanılan qonşunun torpağına gözü düşüb. Araşdırma zamanı öyrəndik ki, heç bir meşə və yaxud başqa kateqoriya torpağına aid deyil, 1 santimetr və 1 ağac belə dövlət mülkiyyət sənədindən kənara çıxmır və elə İ.Rəhimovun ərazisinə aid nə sənədi varsa, bu torpağın da var.

Bu sahə qanuni icarə əsasında Azərbaycan Qərb Universitetinə məxsusdur. Baxmayaraq ki, bəziləri əsassız yerə bu yerin meşə fonduna aid olduğunu və zəbt edildiyini söyləyir. Amma sənədlərdən öyrəndik ki, icarə əsasında Universitetin İnsan İnkişafı İnstitutu (Təhsil Naziri işləmiş mərhum L.Rəsulova da istefasından sonra bu institutun direktoru olub) bu sahədə eksperimental bağçılıq sahəsi yaradıb, meşə zolağını da elə bu insanlar öz özəl ərazilərində yolun səsini, qonşuları eşitməmək, görməmək üçün son 15-16 ildə minlərlə ağac əkərək salıblar. Birisi öz ərazisində qonşuları eşitməmək, görməmək üçün yaşıl zolaq yaradır, birisi də deyir ki, mən səni, sənin yaşıl zolağını da görmək istəyirəm. Bu nə ədəbsizlikdir?

Burada müxtəlif cür ağac və bitki növlərinin şəraitə davamlılıq məziyyətləri öyrənilir, müxtəlif təsərrüfat fəaliyyətlərinin effektivlik dərəcəsi müəyyən edilir, yerli şəraitlə uyğunlaşdırılmış növlər yetişdirilir. ( Bizə göstərilən sənədlərdən görünür ki, bu ərazi əvvəllər sovxoz mülkiyyətində olub və kənd təsərrüfatı təyinatlıdır, sonralar pay torpaqları kimi əhaliyə paylanıb və ərazi halallıq prinsipləri qorunaraq (yerli əhali də bunu təsdiq edir) qanuni qaydada payçılardan satın alınıb.) Onu da deyək ki, hazırda bu ətrafda yalnız bu sahənin kənd təsərrüfatı təyinatı qorunub saxlanılır. Hədsiz sayda ağac əkilib, çay kənarında (çayın sahili yumasının qarşısını almaq üçün) və digər özəl sahələrdə zəhmət bahasına son 18 ildə meşə zolağı yaradılıb.

Deməli, İlham Rəhimovun bu torpaqlara da göz qoyması əbəs deyilmiş. Bu məqsədlə də o, gözünü doydurmaq üçün adamlarına fit verib ki, başlayın zəbtə. Dəxli yoxdur, zorla-xoşla, nə yolla olur-olsun. Beləliklə də "hüquqşunas” Rəhimovun başqasının mülkiyyətini zəbt etmək əməliyyatı başlayıb. O əvvəlcə adamları hasara alınmış özəl mülkiyyətin hasarlarını söküb, sonra qəsdən villasının çirkab sularını bu sahəyə yönəldib, dayanmayıb, üstəlik özgəsinin yerinə balkon da çıxarıb.

(Qeyd edək ki, gördüyümüz sənədlərdə Azərbaycanda bu insanın qanunsuz əməllərinin qanuni yolla qarşısının alınmasına çalışılıb. Yerli polis hasar sökənləri yaxalayıb, özgə mülkiyyətinə zərər vurduqlarına görə cinayət işi qaldırılıb, cərimə edilib. Sonradan isə Universitet humanistlik göstərərək hasar sökən şəxsləri, öz təqsirlərini etiraf etdiklərinə görə bağışlayıb).

Amma nə biləydilər ki, Rəhimovun özbaşınalığının, zorba əməllərinin həddi-hüdudu yoxdu. Yaşadığı qonşu ölkədə öyrəndiyi "bespredel” işə düşüb. Yenə başqasının hasarlarının özbaşına sökülməsi davam etdirilib. Məgər hüquq təhsilli Rəhimov bilmir ki, özgəsinin mülkiyyətinə müdaxilə edib, zərər vurmaq cinayətdir? Necə hüquq professorudur, necə ziyalıdır?

Deməli, bu adlar və titullar maskadır, hər dəfə geyinilir və çıxarılır. Yəni Rəhimov deyir ki, mən yersiz gəldim, sən yerli qaç.

Özgə mülkiyyətinə hücumun məqsədi nədir?

Hər halda bu bir xislətdir. Bəlkə milyonçu xisləti, bəlkə adi xəstəlik. Mənəviyyat xəstəliyi də demək olar buna. Adi qonşuluq qaydalarını ayaq altına ataraq qonşunun mülkünə hücum edirsən, 15 il duran hasarı qonşu ilə razılaşmadan belə uçurursan, sənə sənəd təqdim olunur. Polis gəlib adamlarını həbs edir, xuliqanlığa görə üzr istəyirsən. Hətta dağıdılan hasarı öz hesabına bərpa etməyi təklif edirsən, (mülk sahibləri bundan imtina edərək hər şeyi özləri bərpa edib) sonra bilə-bilə ki, bu heç bir meşə torpağı, zəbt olunmuş ərazi və ya daha nəsə deyil, qanuni mülkdür (tutaq ki, bu məqama qədər bunu bilmirdin) yenidən çirkli, yalan üzərində qurulan murdar kampaniyaya başlayırsan. İyrənc iş bu deyil, bəs nədir?

Suçlu ola-ola qarşındakının, özəl mülkiyyətinə heç bir prinsipə məhəl qoymadan cinayətkarlıqla müdaxilə etdiyin insanların əleyhinə kampaniya aparmaqda məqsədin nədir? Belə çıxır ki, yerli çıxıb getməlidir yersiz gəlir? Yoxsa evin sahibi deməlidir ki, yaxşı mənim hasarlarımı sök, pəncərələr aç, balkonlar çıxar, çirkab suları axıt. Təki sən razı qal. Bu hansı kitaba sığır? Bu necə qonşuluğa başlamaqdır? Özgə mülkiyyətinə bu cür hücum etməyin məqsədi nədir? Halallıq, məhrəmlik prpnsiplərini necə pozmaq olar? Və bu kəs özünə hüquqşunas, zəngin ziyalı deyir?

Belə anlamaq olar ki, bu kəsin psixi problemləri var. Azərbaycanda qonşular arasında məhrəmliyi qorumaq, özgə həyətinə, evinə soxulmaq nədir, baxmaq belə ayıbdır, böyük ayıb. Əgər mənzərəli böyük ərazi istəyirsən, pulunu ver, elə bir yer seç al ki, səni qane etsin. Aldığın yer səni qane etmirsə, öz ərazində meyvə ağaclarını qırmısansa, başqasının hesabına məhrəmlik, qonşuluq, özəl mülkiyyət hüquqlarına hörmət qaydalarını pozaraq özünü quldur kimi aparmaq nə deməkdir? Dəfələrlə özgə həyətinə hasarı aşaraq daxil olmaq və orada ağacları zədələmək, tikililəri dağıtmaq hansı ölçüyə sığır?

Hər şey bir tərəfə, bu Moskva bazarlarının "bespredel xozeyni" əl atdığı çirkin yollarla nəyə nail olmaq istəyir? Yerli sakinlər deyir ki, 1996-cı illərin əvvəllinədək bağ yerləri olmuş, indi dəbdəbəli villaların göbələk kimi çoxalmağa başladığı Qəçrəş kəndinə doğru yolun sağında və solundakı ərazilərdə bir dənə də ağac qalmamışdı. Ən bahalı və necə deyərlər "prestijli” də elə bu yerlər idi. Qudyalçayına daha yaxın, dərənin altında daha rütubətli ərazilər o qədər də maraqlı görünmədi villa tikənlərə. Qərb universitetinin tapşırığı ilə elə həmin illərdə burada bir neçə pay torpağı sahiblərindən halallıqla satın alınıb. İlham Rəhimovlardan fərqli Universitet torpağın təyinatını min bir fırıldaqla dəyişməyib, elə kənd təsərrüfatı üçün istifadə etmək qərarına gəlib, gözəl eksperimental bağlar salıb ki, 10 ildən sonra məhsul verməyə başlayacaq. Univerisitet buradan gəlir götürmür, olan meyvəni də nəzdindəki məktəbə, uşaqlar üçün təhvil verir. Sıx, yaşıl meşə zolaqları salınıb ərazidə, daha nəhəng villalar tikılməyib. Mövcud, çiy kərpicdən olan bir mərtəbəli binanı təmir edib istifadə edir. At tövləsini təmir edib istifadə edir. Rütubətli olması insanlara xeyrli olmasa da, ağaclara düşərli olub bu yerin şəraiti. İndi bu İlham Rəhimov qonşuluğa gəlib kimin qoruyub saxladığına gözü düşüb?

Ərazidə heç bir kənd, yaşayış olmayıb villalara qədər, yəni mal-qara saxlayan da olmayıb, indi də yoxdur. Olsa da özəl mülk sahibi özü bilər, hansı qanuni fəaliyyət göstərir. Mal saxlamaq istəyirsə, İlham Rəhimov müvafiq yer tapsın, alsın, istəsə lap fil saxlasın. Bunun buradakı halal insanlara nə dəxli?

Təbii ki, bu halda suallarımızın cavabı birmənalıdır. Özbaşınalıq, Quba camaatına bilərəkdən və bəlkə də məqsədli şəkildə sataşmaq.

Öyrəndik ki, Rəhimovun villasının ətrafı elə digər villalarla əhatələnib. Yəni onun genişlənməyə başqa istiqaməti olmadığından üzünü camaatın (Universitetin) min bir əziyyətlə yetişdirib saxladığı bağ-baxçaya yönəldib. Yan-yörəsindəki "ideoloqları” da məsləhət bilib ki, guya "yalan ayaq tutar yeriyər”, başla böhtan kampaniyasına. Amma gördüklərimiz doğrudan da uydurulan yalanların yalan olduğunu və böhtan kampaniyasının tərkib hissəsi olduğunu təsdiqləyir. Saxta isimlərlə yerli camaat adından şayiə yaymağa çalışılır ki, guya sakinlərin mal-qarasının çaya gedən yolu bağlanıb, ağaclar məhv edilib. Gördüklərimiz isə onu deməyə əsas verir ki, camaatın, mal-qaranın yolunu bağlayan ağacları qıraraq yerində bir-birindən böyük villalar tikənlərdir. Bu villaların biri də Rəhimovundur ki, məhz o, sakinlərin adından danışmaq kimi saxta yolla bu ətrafda qalan yeganə təbii mənzərəni zəbt etmək fikrinə düşüb.

Məlumat aldıq ki, Rəhimovun adamları qonşuluqdakı Qərb Universitetinin istifadəsində olan ərazinin hasarını sökərkən içəridəki ağacların qolunu, gövdəsini, budağını ciddi zədələdikləri üçün Universitet məcbur olub həmin ağacların yerinə yeni ağaclar əkib. Mədəni davranışdan uzaq, utanmaz quldurlar polisin müdaxiləsindən sonra təkrarən bərpa olunmuş hasarı aşaraq özgə ərazisinə yenidən soxulub, (bu artıq residivizm, yəni xəstəliyə çevrilmiş quldurluq deməkdir) yeni əkilmiş fidanları da sındırıb. Görünən odur ki, Azərbaycanda özəl həyatın qorunmasına yönəlmiş qanunlar kobudcasına pozulub, çəkilişlər aparılıb (Görəsən nəyi çəkirmişlər? Özlərinin qol-qabırğasını sındırdığı ağacların kötüklərinimi, yoxsa yenidən əkilmiş ağacların özü tərəfindən sındırılmış budaqlarınımı?). Açıq şantaj kampaniyasıdır.

Sual olunur: əgər bu Universitet sənin ucbatından kəsilmiş ağacların yerinə yeni ağaclar əkibsə, bunu özü niyə sındırmalıdır ki? Bizcə əslində bunu İ.Rəhimovun qoçuları yaxşı kadr alsın deyə edib. Maraqlısı budur ki, bu nəyə hesablanıb? Nəticədə bu nə verməlidir?

Harınlamış birisi belə situasiyada "mən sənin yerini alıram, sat burdan çıx” deyə bilər. Ona cavab verirlər ki, razıyam, ya razı deyiləm. Razı deyiləm, deməli nöqtə, məsələ bağlandı. Bu halda sadəcə harınlamış milyardçı ilə üz-üzə dayanmırsan. Artıq qarşında harınlamış vicdansız, bütün çirkli vasitələrə əl atan, qonşuya yaraşmayan işlərlə, əməllərlə ikrah hissi oyatmaq yolunu tutmuş birisi görünür.

Yaxınlıqdakı kəndlərin sakinlərindən biri olan Məhəmməd Əlməmmədov deyir ki, bu ərazi hasara alınsa da, burada əksəriyyəti meyvə ağacı olmaqla xeyli sayda ağac əkilib, yaşıllıq salınır. Təbiətə heç bir ziyan dəymir. Elmar Cəfərov isə bildirir ki, bu ərazidə bir neçə yerdən adamların, mal-qaranın çaya çıxması üçün keçidlər qoyulub. Bir də öyrəndik ki, hasarların çəkilməsində də məqsəd meyvə ağaclarını mal-qaradan qorumaqdır. Digər bir məqam isə ondan ibarətdir ki, bu yol qırağı sahə quldurların iddia etdiyi kimi nəinki 5 kilometr, heç də kilometrlərlə uzanmır, ümumi sahə cəmi 9-10 hektardır ki, bu da yerli camaatın əksəriyyətinin mülkiyyətində olan torpaq sahəsi ilə eynidir. Hətta 5 kilometr olsa belə, əgər pulunu verib torpağı satan vətəndaşdan alınıbsa, bunun kimə nə dəxli var?

Azərbaycanda indi nəinki 10-20, hətta 1000 hektar torpağı olan fermer var. Sənədlər isə göstərir ki, bu ərazi hələ 1998-ci ildən sahibindən qanuni yolla alınıb.

Şəxsi maraqlar üçün sifariş, yoxsa...

Bəlkə də Rəhimovun sifarişli kampaniyasının şəxsi maraqlardan irəli gəldiyini, yəni genişlənmək arzusu ilə Qubanın torpaq sahələrinə sahib olmaq istəyindən irəli gəldiyini demək olardı. Amma bu şəxsin Azərbaycan üçün qaranlıq olan reputasiyası, Rusiya ilə çox möhkəm əlaqələri onu deməyə ehtimal yaradır ki, Rəhimov şəxsi maraqlarından daha çox başqa maraqlara, yəni kimlərinsə marağına xidmət edir.

P.S. Universitet məcbur olub yenidən hüquq-mühafizə orqanlarına öz hüquqlarının qorunması üçün müraciət edib.

Yuxarıda qeyd etmişik ki, Universitet hüquq-mühafizə orqanlarına müraciət edib və onların iştirakı ilə öz hüquqlarını bərpa etmişdi. Və ərazisinə müdaxilə edən, soxulan, ağacların qırılmasına səbəb olan hasar sökənləri bağışlamışdı.

Aldığımız məlumata görə, Universitet yenidən öz hüquqlarını bərpa etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edib və bu dəfə heç kəsi bağışlamaq fikri yoxdu.

Pia.az


{sape_links}{sape_article}