Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

27 ildən sonra doğma Cəbrayılının işğaldan azad olunması xəbərini alan Sahib müəllim

Tarix: 06-10-2020 16:14   
27 ildən sonra doğma Cəbrayılının işğaldan azad olunması xəbərini alan Sahib müəllim
“Qələbə sevincini bizə yaşadan Ali Baş Komandana, qəhrəman əsgərimə minnətdaram!”

Adətən, yay aylarında məzuniyyətimizi götürüb kəndimizə dincəlməyə gedərdik. 1993-cü ildə növbəti məzuniyyətimi götürüb kəndimizə (Cəbrayıl rayonu Minbaşılı kəndinə) getdim. Bu mənim son məzuniyyət ilim oldu kəndimizə. Onda mənim 33 yaşım vardı, bu il özümün 60 illik yubileyimi keçirdim. O gündən artıq 27 il keçib. Gecə yuxularda görürdüm kəndimizi. Hər döngəsi, hər çığırı, hər daşı, hər qayası uşaqlıq xatirəmə çökmüş, dədə-babalarımızın, əcdadlarımızın bizə əmanət etdiyi doğma yurd-yuvamızı erməni faşistləri işğal etdilər.
Atam məni lap çox istəyirdi, el-obadan ilk alimlik dərəcəsi aldığıma görə mənim fikirlərimə də çox inanırdı. Tez-tez məndən soruşardı: “Görəsən biz o torpaqlara qayıdacağıqmı?” Mən də şəkk-şübhə etmədən deyirdim: “Bu sual deyil, aksiomadır, mütləq qayıdacağıq”. Təəssüf ki, mənim əminliyim özünü doğrultmadı, düz 27 il Vətən, torpaq həsrəti çəkdik. Atama bu günləri görmək qismət olmadı…
Ancaq gözlədiyimiz gün gəlib çıxdı, Qarabağ uğrunda ikinci savaş başlandı. İnsan bir varlığı itirəndən sonra onun qədrini bilir. Ötən dövr ərzində aparılan təbliğat bu gün öz bəhrəsini verdi. Düşmən elə zənn edirdi ki, zaman keçdikcə, nəsillər dəyişdikcə bu torpaqlar unudulacaq, yetişən, gələn nəsillər işğal altında olan Qarabağı və digər torpaqlarımızı geri istəməyəcək. Düşmən bu dəfə yaman yanıldı. Qarabağ uğrunda ikinci savaşın ilk günündə o illərdə dünyaya gəlmiş, anasının qundağında qaçqın düşmüş körpələrimiz- cəsur, mərd oğullarımız tank üstündə düşmənin üstünə getdi. Canı, qanı bahasına savaşa qalxdı, ölümdən, ağrıdan qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq. Sanki 30 ildir ki, vətənpərvər, cəsur, qeyrətli övladlarımız bu günü gözləyirmiş. İndi o aslanlar, qurdağızlı gənclər Ali Baş Komandanın əmri ilə səfərbər olunub düşmən üzərinə əks-hücuma keçiblər. Onlar heç kəsin torpağına göz dikməyiblər, öz el-obalarını, kənd-kəsəklərini, ata-babalarının uyuduğu torpaqları kəndbəkənd, qarış-qarış azad edirlər. Erməniləri - Vətənimizə, bütövlüyümüzə göz dikən bu torpaq oğrularını “iti qovan kimi torpaqlarımızdan qovurlar”.
Rəşadətli ordumuz əks - hücum həmləsi ilə qısa müddətdə öz sözünü dedi, düşmənə öz yerini göstərdi. Torpaqlar sürətlə işğaldan azad olur, müzəffər ordumuz durmadan irəliləyir. Ali Baş Komandan bir neçə gündür şəxsən özü verir qələbə xəbərlərini, işğaldan azad edilən ərazilərin adlarını rəsmi tvitter səhifəsində paylaşır.
Bitdi! “Status-kvo” da, Qarabağa yüksək status da! Biz bu qara yara olan xalq üçün düşmənik, bunu heç bir status, heç bir birgə yaşayış dəyişdirə bilməz. Biz onları son dığasınadək torpaqlarımızdan çıxarmayanadək məsələ tam həll olunmayacaq. Ağır yoldur, amma şərəfli və Azərbaycana yaraşan yoldur. Başqa yol yoxdur! Qələbə bizimlədir!
Deyirlər, insanın sevincdən ürəyi partlaya bilər. Dünən Ali Baş Komandan İlham Əliyev öz tvitter səhifəsində paylaşanda ki, dogma Cəbrayılımız işğaldan azad olub az qaldı ki, ürəyim yerindən çıxsın. Bunu bu niskili çəkənlər bilər. Çox ağır bir dərddir Vətən həsrəti. Anamın dünəndən sevinc göz yaşları dayanmır, qurumur. Balaca nəvəm tez- tez soruşur, “Nənə, niyə ağlayırsan? Qarabağ bizimdir, bizim olacaq”. Heç bir söz anamı bu illərdə ovundura bilməyib. Qüdrətli Ordumun komandanı, zabiti, əsgəri ağsaçlı anama bu sevinci yaşatdı. Bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qəhrəman əsgərimə minnətdaram, əsgərlərimizin silah tutan əllərindən öpürəm. Var olsun, Azərbaycan ordusu! Var olsun, Azərbaycan əsgəri!
İndiki məqamda var-qüvvəmizlə əsgərimizin, ordumuzun yanında olmalıyıq, Vətən uğrunda heç bir resursumuzu əsirgəməməliyik. İnşallah, müharibəni qələbə ilə başa çatdıraq, ərazi bütövlüyümüzü bərpa edək, bərəkətli torpaqlarımıza qovuşaq, ondan sonra həmin yerləri yenidən inşa etmək, qurmaq, yaratmaq biz inşaatçıların işidir. Universitetimizin tələbəsindən müəlliminədək hamımız bu arzu ilə yaşayırıq, yeni-yeni planlar qururuq, həsrətlə o günləri gözləyirik!
Əldə olunan döyüş uğurları onu deməyə əsas verir ki, Azərbaycan Ordusu ən çətin şərtlərdə ən vacib tarixi tapşırığı hazırlamağı və həyata keçirməyi, 30 ildə acı məğlubiyyət tarixindən əlamətdar qələbələr tarixinə keçid eləməklə ərazilərinin işğal olunmuş 20%-ni azad etməyi bacarır. Azərbaycan əsgəri bu gün mümkünsüz olanı gerçəkləşdirməklə ən yeni tarix yazır, dünya tarixi dərsliklərində görkəmli bir səhifə kimi düşəcək parlaq nümunələr göstərir.
Haydı, Azərbaycan əsgəri, haydı irəli! Qələbə günümüz yaxındadır!
27 ildən sonra doğma Cəbrayılının işğaldan azad olunması xəbərini alan Sahib müəllim
Sahib Fərzəliyev
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
Tikinti istehsalatının texnologiyası, təkili və idarə olunması
Kafedrasının müdiri, müharibə veteranı


{sape_links}{sape_article}