Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 15:20

Dünən, 14:51

Dünən, 12:04

Dünən, 11:48

28-10-2020, 15:25

28-10-2020, 15:22

28-10-2020, 12:39

27-10-2020, 10:30

27-10-2020, 10:25

27-10-2020, 10:22

26-10-2020, 22:58

26-10-2020, 19:00

26-10-2020, 17:19

26-10-2020, 13:17

26-10-2020, 13:15

26-10-2020, 13:12

23-10-2020, 17:00

23-10-2020, 16:59

23-10-2020, 16:57

23-10-2020, 16:21

23-10-2020, 10:49

22-10-2020, 16:36

22-10-2020, 16:30

22-10-2020, 16:28

22-10-2020, 16:26

21-10-2020, 16:00

21-10-2020, 15:52

20-10-2020, 15:20

20-10-2020, 14:12

19-10-2020, 14:59

19-10-2020, 14:57

16-10-2020, 11:24

15-10-2020, 17:12

15-10-2020, 17:09

15-10-2020, 15:07

15-10-2020, 14:44

14-10-2020, 16:01

14-10-2020, 14:38

13-10-2020, 12:25

13-10-2020, 11:36

13-10-2020, 11:14

13-10-2020, 10:55

13-10-2020, 10:44

9-10-2020, 20:48

7-10-2020, 17:27

7-10-2020, 16:08

7-10-2020, 16:03

7-10-2020, 15:58

7-10-2020, 15:57

6-10-2020, 16:14

6-10-2020, 15:51

6-10-2020, 15:13

6-10-2020, 12:35

6-10-2020, 12:32

6-10-2020, 12:28

5-10-2020, 14:57

4-10-2020, 14:58

4-10-2020, 14:50

3-10-2020, 19:10

3-10-2020, 19:06

3-10-2020, 19:04

2-10-2020, 17:34

30-09-2020, 15:48

30-09-2020, 13:07

30-09-2020, 13:02

29-09-2020, 12:19

29-09-2020, 12:17

28-09-2020, 20:15

YAP-ın gəncləri bəyanat yaydı

Tarix: 21-09-2020 15:14   
YAP-ın gəncləri bəyanat yaydı
Yeni Azərbaycan Partiyasının gəncləri bəyanat yayıb.

Yeni Azərbaycan Partiyasından GÜNpress.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Son zamanlar işğalçı Ermənistanın siyasi, hərbi, informasiya və digər sahələrdə Azərbaycana qarşı yönəldilmiş təxribatları daha intensiv xarakter alıb. Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesini tamamilə pozan bəyanatları bu ölkənin Azərbaycanla cəbhə xəttində və sərhəd bölgələrində mülki Azərbaycan vətəndaşlarının və yaşayış məntəqələrinin hədəfə alınması ilə törədilən hərbi təxribatlarla müşayiət olunmaqdadır.

Bu ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, düşmənə sarsıdıcı zərbə vurulub. Azərbaycan Ordusu düşmənin növbəti təxribatlarının, eləcə də kəşfiyyat-diversiya qrupunun məkrli əməliyyatının da qarşısını alıb, Ermənistanın sərhəd bölgələrində məqsədli şəkildə təxribatlar törətmək planlarını ifşa edib.

Bununla belə, öz çirkin əməllərindən əl çəkməyən Ermənistan dövləti 30 ilə yaxındır ki, işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun ərazilərindən qanunsuz hərbi birləşmələrin və terrorçu təşkilatların sığınacaq və təlim məkanı kimi istifadə etməkdədir. Bu məqsədlə Suriyadan, Livandan muzdlular, ASALA və digər terror təşkilatlarının üzvlərinin işğal olunmuş ərazilərdə kütləvi yerləşdirilməsi həyata keçirilir. Beyrutda baş vermiş məlum partlayışdan sonra Dağlıq Qarabağda erməni ailələrinin məskunlaşdırılması istiqamətində yeni kampaniyaya başlayan Ermənistan Livan ermənilərini də öz işğalçı siyasətinin alətinə çevirməkdədir. Ermənistanın bu fitnəkar əməli BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilmiş sənədlərə tamamilə ziddir.

Ermənistanın bütün təxribatlarına Azərbaycan, öz xalqının birliyi, iradəsi, dövlətinin və ordusunun gücü ilə layiqli cavab verir. İyul döyüşlərindən sonra Azərbaycan cəmiyyətinin dövlətə və orduya dəstək nümayişi, on minlərlə gəncin könüllü olaraq orduya yazılması düşməni təşvişə salmışdır. Heç bir təxribat Azərbaycan dövlətini ərazi bütövlüyünün bərpa olunması istiqamətində ardıcıl, qətiyyətli və ədalətli mübarizəsindən döndərə bilməz. Yeni Azərbaycan Partiyasının gəncləri olaraq, işğalçı Ermənistanın istənilən təxribatının qarşısını almağa, düşmənə sarsıdıcı zərbə endirməyə qadir olan qəhrəman Azərbaycan Ordusunun sıralarında Vətənimizin ərazi bütövlüyü naminə Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir əmrini fədakarcasına yerinə yetirməyə hazır olduğumuzu bir daha bəyan edirik. Qoy yağı düşmən unutmasın ki, sıralarımızdakı yüzlərlə, minlərlə Mübariz İbrahimovlar, Polad Həşimovlar Ali Baş Komandanın bir əmri ilə işğalçıları darmadağın etməyə tam hazırdır".

{sape_links}{sape_article}