Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

"Vətədaşı dövlətə qarşı qaldırmaq yolunu tutublar" - Teyyub Əliyev

Tarix: 15-04-2020 14:30   
"Vətədaşı dövlətə qarşı qaldırmaq yolunu tutublar"
"Mirşahin bəy vətəndaşla dövlət arasında təfriqə sala biləcək fikirlər səsləndirir, həddini aşıb, onun yerini göstərməyin vaxtı çoxdan çatıb!".

GÜNpress.az saytında Real TV-nin rəhbəri Mirşahin Ağayevin son günlər ölkəmizdə hər bir vətəndaşı maraqlandıran məsələlərlə bağlı açıqlamalarını oxudum. İlk baxışdan elə görünə bilər ki, cənab Ağayev dövlətçilik mövqeyindən çıxış edir, dövlətin mənafeyini güdür. Əslində isə "açıqlamaları" ilə vətəndaşla dövlət arasında təfriqə sala biləcək fikirlər səsləndirir. Dövlətimizin koronavirusla mübarizəyə dair Tədbirlər Planı çərçivəsində işsiz insanlara adambaşına 190 manat məbləğində vəsait verilməsi məsələsinə toxunan cənab Ağayev bildirib ki: "...əslində, vətəndaşlar dövlətdən bu vəsaiti istəməməlidirlər". O, fikrinə davam edərək bildirib:"Bilirsiniz, "mən evdə qalıramsa, axı mənə pulu kim verəcək? sualının cavabı bu olmalıdır ki, axı sənə küçədə pulu kim verir? Axı küçədə də sən işləmirsən, tum çırtlayırsan, əlini cibinə qoyaraq gəlib-gedənə baxırsan və bununla da sıxlıq yaradırsan. Yəni, söhbət ondan gedir ki, biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil"..." Bu saat biz dövlətə nə isə verməliyik, dövlətdən nəsə istəməli deyilik".

Nə əcəb "hərşeyşünas" Mirşahin bəy dövlətin millət üçün olduğunu, dövləti yaradanın və ayaqda saxlayanın, onun ehtiyatlarını formalaşdıranın millət (vətəndaş) olduğunu unudur!? Nə üçün nəzərə almır ki, vətəndaşının firavan yaşamasının (imkan daxilində) təmin edilməsi dövlətin əsas, müqəddəm borcudur? Vətəndaş dövlətini ilk növbədə ona xidmət üçün yaradır və bu vəzifənin yerinə yetirlməsi üçün dövlət vətəndaşlarına müvafik şərait yaratmağa, hər şeydən əvvəl, əmək qabiliyyətli insanların məşğulluğunu təmin etməyə borcludur. Son illər bu sahədə müəyyən işlər görülsə də, ölkəmizdə işsizliyin səviyyəsi rəsmi rəqəmlərdən çox-çox yüksəkdir. Nə üçün vətəndaş işləmək əvəzinə küçədə "tum çırtlamalıdır"? Və ya, işləməyən vətəndaş indiki halda dövlətə nə verə bilər Mirşahin bəy? Heç yerdə işləməyən vətəndaşını dövlət taleyin ümidinə buraxa bilərmi? Əgər buraxarsa bunun hansı arzuedilməz nəticələrə gətirib çıxara biləciyini təsəvvür edirsinizmi cənab Mirşahin bəy? Bu mövqeyi ilə "hərşeyşünas" Mirşahin bəy, bilrəkdən və ya bilməyərəkdən əslində dövlətimizin koronavirusla bağlı yürütdüyü siyasəti sabotaj etmək, cəmiyyətdə inamsızlıq toxumu səpmək, vətədaşı dövlətə qarşı qaldırmaq yolunu tutub və bu, qətiyyətlə pislənməlidir!

Mirşahin bəyin antivətəndaş mövqeyi onun problemli kreditlərlə bağlı məsələyəyə münasibətində də özünü biruzə verir. O, fəxrlə qeyd edir ki: "...problemli kredit probleminin əleyhinə qətiyyətli mövqe tutan yeganə adamlardan biri mən idim. Mən istəmirdim ki, Azərbaycanda problemli kreditlər həll olunsun, mən istəyirdim ki, problemi krediti vətəndaş özü həll etsin". Bu bəy unudur ki, problemli kreditlərin meydana çıxmasının səbəbkarları vətəndaşlar deyil, aparılan yanlış iqtisaddi-maliyyə-bank siyasətidir. Nə yaxşı ki, bunu nəzərə alan dövlət bu problemin tam olmasa da, müəyyən dərəcədə yumşaldılması üçün müəyyən tədbirlər həyata keçirib.
Müsahibəsində Mirşahin bəy özünün əsl simasını çox gözəl ifadə edib, deyib ki:"Mənə maraqlı deyil ki, kimsə sosial şəbəkədə məni söyür", yəni demək istəyir ki, mən heç kəsi saymıram, hamıdan ağıllıyam.Bərəkallah!
Özündən müştəbeh olan Mirşahin bəy vətəndaşlarımızı təhqir etməkdən belə çəkinmir, deyir ki; "Vətəndaş dövlətin rəhbərliyinə özünün terrorçu düşüncəsini dirəməməlidir". Görünən odur ki, Mirşahin bəy artıq həddini aşıb, onun yerini göstərməyin vaxtı çoxdan çatıb!


{sape_links}{sape_article}