Xəbər lenti
4-12-2018, 11:20

4-12-2018, 11:17

20-11-2018, 13:31

20-11-2018, 13:28

8-11-2018, 12:21

8-11-2018, 12:20

8-10-2018, 11:12

4-10-2018, 19:27

2-10-2018, 20:00

18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

“Şənbə-bazar günü vaqon da boşaltmışam...”-Elton Məmmədov

Baxılıb: 2629     Tarix: 10-10-2014 12:17   
“Şənbə-bazar günü vaqon da boşaltmışam...”-Elton Məmmədov
Son zamanlar Nəqliyyat naziri Ziya Məmmədovla bağlı mətbuatda bir sıra informasiyalar dolaşmaqda, Məmmədovların artıq hakim düşərgədə mövqelərini itirdikləri ilə bağlı fikirlər səslənməkdədir. Bununla bağlı millət vəkili Elton Məmmədovla görüşərək bir sıra məqamlara aydınlıq gətirdik.

- Elton müəllim, övladlarınızdan razısınızmı? Bir müddət öncə Aynarla bağlı müəyyən məsələlər gündəmə gəlmişdi…
- İki övladım, oğlum var. Hər ikisi mən Tomskda yaşayanda anadan olublar. Mən, 30 yaşımda ailə qurmuşam. Dədə-baba qaydası ilə gözəl bir azərbaycanlı qızı ilə ailə qurmuşam, övladlarımın hər ikisi Sibirdə anadan olub. Böyük oğlum Elnur ali təhsillidir. Beynəlxalq hüquq ixtisasına sahib olub. Həm bakalavr, həm magist pilləsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycanın idman ictimai həyatında üzdə olan gənclərdəndir. Bilirsiniz ki, özü də Avropa çempionudur. İki dəfə Azərbaycanda birini ötən il, birini bu il dünya səviyyəsində qranpri keçirib. Həmin tədbir çərçivəsində dünyada tanınmış 130-dan çox idmançı Azərbaycana gəlib. Hesab edirəm ki, Elnur Məmmədov o sahədə gördüyü işlər özünün sözləri ilə desək, ölkə rəhbərinin idmana olan qayğısı, gənclərin ölkə rəhbərinin siyasəti ətrfında sağlam şəkildə birləşməsi istiqamətində səyləri artırmaqdan ibarətdir. Hər bir Azərbaycan gənci üçün bundan nümunəvi iş ola bilməz. Hər ikisi savadlıdır, bir neçə dil bilirlər. Hərdən Allahdan mənə vəh gəlir ki, Allah da onlardan razıdır, buna görə də mən də bir valideyn kimi sevinirəm. Ən azı övladlarım cəmiyyət üçün təhlükəli deyil. Yüksək tərbiyyəyə malikdirlər, bəli-xeyrlə danışırlar. Oxuduqları məktəblərdə və ali təhsil ocaqlarında isə müəllimlər və rəhbərlər tərəfindən təşşəkkürnamə alıblar.
Aynar beynəlxalq iqtisadi əlaqələri qurtarıb. Bir müddətdə Londonda müvafiq kurslar keçib, üç dil bilir. Bu il Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirdi.
Hər ikisi ailəlidir. Elnurun iki oğlu, Aynarın bir qızı var. Ailə həyatları da gözəldir. Mənimlə həyat yoldaşım birgə onların ailələrinin təməlinin möhkəm qurulması yönündə öz töhfələrimizi vermişik.
- Azərbaycanın ən çox sevdiyiniz şairi kimdir?
- Zəlimxan Yaqub.
- Hansısa bir şeirini bilirsinizmi?
- Zəlimxan Yaqubun çox şeirini bilirəm. Özünə də böyük hörmətim var. Ümumiyyətlə, mənim bütün Azərbaycan ədəbiyyatına böyük hörmətim var. Mən nəyə görə Zəlimxan Yaqubun üzərində dayandım. O, Azərbaycanda Səməd Vurğundan sonra 50 yaşında şöhrət ordeni almış ilk xalq şairidir. Səməd Vurğunla Zəlimxan Yaqubun dəsti-xətti, fəlsəfi yanaşması da çox yaxındır.
- Dünyada bir qloballaşma baş verir, Şərq Avropaya, Avropa Şərqə inteqrasiya edir. Sizcə, Azərbaycan belə bir şəraitdə öz dəyərlərini itirmirmi?
- Bəli, dünyada qloballaşma prosesi gedir. Qloballaşan dünyanın ən əsas məsələlərindən biri enerji resurslarıdır. Burda təbii sərvətlərin də, insanların da enerji resursu ola bilər. Söhbət ondan gedir ki, bütün bu resurslardan səmərəli istifadə etmək lazımdır. Xüsusən də insan resurslarından səmərəli istifadə etmək lazımdır. O baxımdan, Azərbaycan qloballaşan dünyaya öz töhfəsini verir. Bir dövlət kimi formalaşaraq, vahid Azərbaycan xalqı kimi bu dövlətin tərkibində dünyaya inteqrasiya edir. Dünyanın hər bir məkanına müdaxilə zamanı öz dəyərləri ilə daxil olur. Azərbaycan Avropa Şurasına daxil olanda ulu öndər Heydər Əliyevin dəyərli sözlərindən biri də o oldu ki, biz Avropa Şurasına öz dəyərlərimizlə daxil oluruq. Bizim çoxlu milli bəşəri dəyərlərimiz var. Bu günə kimi qorunub saxlanan irsimiz var. Hörmətli Mehriban xanımın bu sahədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu mənada, biz qloballaşan dünyada öz dəyərlərimizi qoruyuruq. Ona görə də düşünürəm ki, inteqrasiyamız çoxşaxəli olduğu üçün Azərbaycan ona çox həssaslıqla yanaşır, öz dərəyləri müstəvisində inteqrasiya edir. Yəni, bu inteqrasiyada öz modelini qoruyub saxlayır.
- Russonun maraqlı bir fikri var ki, azadlıq o demək deyil ki, istədiyini edəsən, azadlıq odur ki, istəmədiyini sənə elətdirməyin qarşısını ala biləsən. Bu baxımdan Elton Məmmədov nə qədər azad insandır?
- Mən kifayət qədər müstəqil fikir söyləyə bilən insanam. Öz əqidəmlə özümü idarə edənəm, idarə olunan deyiləm. Filosoflardan biri deyir ki, tarix olanı, alim mümkün olanı, fəlsəfə isə olmalı olanı yazır.
- Fəlsəfəyə bu qədər meylli ola-ola nə əcəb bu qədər dindarsınız?
- Dindar deyəndə, bəli, Qurani Kərimi kifayət qədər mütaliə edənəm. Bayaq qeyd etdim ki, bizim nəslimiz Əfəndilər nəslidir. İndi də bacı uşaqları, qardaşuşaqlarından gənc yaşında ziyarətə gedib gələnlər,ərəb-fars dillərini gözəl bilənlər var. Bunu göstərə də bilərəm, özləri ilə tanış olub söhbət də edə bilərsiniz. Mən belə düşünürəm ki, bütün təbiətin və elmin açarı Qurani Kərimdədir. Mən fizika elminin dərinliyinə vardıqca bütün kainatın müdaxilələrindən tutmuş, formulalarına kimi bir daha yəqin etdim ki, müqəddəs Qurani Kərimdə kainatda nə varsa, hamısı yazılıb. Fizika elminin 99,9 faiz açarı da Qurani Kərimdədir. Ona görədə Qurani Kərimi oxuyandan, peyğəmbərin hədislərinə nəzər salandan sonra İslamın nə qədər dərin olduğunu görürsən. Yəni, Allahını tanıyan, ona səcdə edən adamam. Allah Təala buyurur ki, dərgahıma əl açan zaman fikirləş ki, zamanında sənə əl açanlara sən köməklik etmisənmi. Bax, Allahın bu kəlamını özüm üçün bir yol seçmişəm. İnsanlar mənə müraciət edəndə bu kəlamı göz önünə gətirərək əlimdən gələni edib yardım göstərməyə çalışıram. Onu da deyim ki, kiməsə yardım etməyə müvəffəq olanda özümü çox xoşbəxt bir insan hesab edirəm. İstər maddi, istər işəgötürmə, istər məsləhət baxımından əlimdən gələni etmişəm. Allah Təala buyurur ki, insana düzgün istiqamət vermək ən böyük savabdır. Mütləq deyil ki, pul, yaxud başqa bir nemət formasında zəkat verəsən. Kimsə əqidəsi zəif, savadı az olan bir gənci hansısa yolla əyri yola çəkib, dövlətə qarşı çıxmağa sövq edirsə, sənin onu doğru yola gətirməyin Allah qatında müsbət qiymətləndirilən əməllərdəndir.
- Amma çox qəribədir ki, son zamanlar İslamla terror arasında bir bərabərlik yaranıb…
- Yenə də deyirəm, bunların hamısı cəmiyyətdə çaşqınlıq salmaq üçündür. İslamın terrora, torrorun İslama heç bir aidiyyatı yoxdur. Allah Təala buyurmur ki, terrora əl at. Allah bir halda buyurur və günah bilmir ki, torpağın işğal altında olarsa, onu azad etmək sənin haqqındır. Hədisdə buyrulur ki, xəlq etdiyim bəndələr arasında nifaq yaranmaması üçün məşvərət keçirin və bu zaman yaranan məsələ çözülər, nifaqa son qoyular. Allah bu nifaqı məsləhət görmürsə, sən necə bunu əsas tutaraq, terrora, müharibəyə gedə bilərsən? Ona görə də İslamla terrorun eyniləşdirilməsini yanlış hesab edirəm.
- Bayaqdan söhbətinizdən hiss elədim ki, içinizdə həyat yoldaşınıza qarşı dəhşətli inam, sevgi var. Necə etmisiniz ki, bu qədər dövr ərzində sevgi azalmayıb?
- Mənəviyyat, qəlbimdə olan məhəbbət, analıq. Ana müqəddəsdir, ana əzizdir, kəlamını elə-belə deməyiblər. Nəyə görə deyirlər ki, cənnət anaların ayağı altındadır. Evlənib burdan Sibirə getmişəm. Müsbət 20 dərəcədən mənfi 40-45 dərəcəyə düşən xanım qız ona dözüb. Çox çətin günlərim olub, dövlət işində işləyə-işləyə başqa bir neçə işdə çalışmışam. Şənbə-bazar günü vaqon da boşaltmışam ki, ata-anama sovqat göndərim, yaxud oxuyan bacı-qardaşıma yardımçı olum. Hamımız belə böyümüşük. Heç kim birdən-birə hazıra nazir olmayıb. Tələbə həyatı, kitab-dəftər almaq, hamısı zəhmətlə qazanılan pullarla alınıb.Həmin keşməkeşli günlərdə həyat yoldaşım mənə dəstək olub. Bilmişəm ki, isti ocağımda arım, namusum, qeyrətim, mötəbər şəkildə qorunur. Ona görə də Vətənə, həyat yoldaşıma məhəbbət, onun Allahın izni ilə dünyaya gətirdiyi övladlarımıza olan isti qayğısı mənim sevgimi qoruyub saxlayır. 30 ildir ailə həyatı qurmuşam və hər zaman Allahımdan razı olmuşam ki, mənə belə bir ailə həyatı qismət edib.
- Elton müəllim, bir millət vəkili olaraq, Nəqliyyat naziri Ziya Məmmədova nə arzu edərdiniz?
- Arzu edərdim ki, bu sədaqəti, rəhbəri olduğu sahədəki uğurlu fəaliyyətini davam etdirsin. Allah ömür versin, inşallah davam etdirəcək. Bununla yanaşı, sağlamlığına fikir versin və Azərbaycanımızın inkişafı yolunda öz töhfələrini versin.
unikal.org