Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 18:52

Bu gün, 18:31

Bu gün, 18:29

Bu gün, 18:26

Bu gün, 18:20

Bu gün, 18:18

Bu gün, 18:16

Bu gün, 17:14

Bu gün, 09:13

Dünən, 17:11

Dünən, 16:34

Dünən, 10:48

17-10-2019, 15:32

17-10-2019, 15:19

17-10-2019, 14:57

17-10-2019, 14:10

17-10-2019, 12:48

17-10-2019, 12:39

17-10-2019, 11:46

17-10-2019, 11:22

17-10-2019, 10:33

17-10-2019, 10:31

16-10-2019, 17:11

16-10-2019, 16:49

16-10-2019, 16:28

16-10-2019, 16:09

16-10-2019, 14:44

16-10-2019, 14:42

16-10-2019, 14:05

16-10-2019, 14:03

16-10-2019, 14:00

16-10-2019, 13:00

16-10-2019, 12:13

16-10-2019, 11:50

16-10-2019, 10:40

16-10-2019, 10:39

16-10-2019, 10:36

15-10-2019, 16:38

15-10-2019, 16:14

15-10-2019, 15:09

15-10-2019, 15:05

15-10-2019, 14:53

15-10-2019, 12:29

15-10-2019, 11:55

15-10-2019, 11:12

15-10-2019, 11:10

15-10-2019, 11:07

15-10-2019, 11:06

14-10-2019, 17:23

14-10-2019, 15:38

14-10-2019, 15:36

14-10-2019, 14:17

14-10-2019, 12:16

14-10-2019, 12:13

14-10-2019, 11:30

14-10-2019, 11:28

12-10-2019, 12:31

12-10-2019, 12:28

12-10-2019, 09:11

11-10-2019, 19:51

11-10-2019, 19:50

11-10-2019, 19:49

11-10-2019, 18:55

11-10-2019, 16:21

11-10-2019, 15:41

11-10-2019, 14:13

11-10-2019, 12:46

11-10-2019, 11:25

"...sən kimsən Qarabağ əlilini yumruqlayırsan?" - SOCAR-a etirazlar davam edir

Tarix: 02-10-2019 10:03   
"...sən kimsən Qarabağ əlilini yumruqlayırsan?"
Sentyabrın 27-də, saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşlarının bir qrup Qarabağ müharibəsi əlillərini döyməsi cəmiyyətdə geniş etiraz doğurdu. Bu xoşagəlməz insident gündəmin əsas mövzusuna çevrilərək ictiamiyyətin diqqət və qınağı zorakılığı həyata keçirənlərə qarşı yönəldi. Bunula belə ara-sıra SOCAR əməkdaşlarını müdafiə etməyə cəhd göstərənlər də oldu. Hətta onlar Qarabağ əlillərini qanunu tapdalamqda, siu-istifadəyə yol verməkdə ittiham etməyə çalışdı.

Odur ki, tanınmış vəkil Ceyhun Yusifovdan baş verən xoşagəlməz həmin hadisə ilə bağlı fikirlərini öyrənmək üçün etdiyimiz müraciətimizə müsahibimiz bunları bildirdi: " Mən uzun müddət Nəqliyyat Nazirliyində və Torpaq Komitəsində xüsusi mühafizə olan torpaqların bölgüsü idarələrində hüquq şöbəsindən hüquqşünas və baş məsləhətçi vəzifələrində çalışmışam. Hüququ qoyaq bir kənara orda Qarabağ əlilinə açıq-aşikar zorakılıq var. Tikintinin aparılması qanunudur, qeyri-qanunidir, ver məhkəməyə, sən kimsən Qarabağ əlilini yumruqlayırsan?! Xüsusi mühafizə olunan neft və digər boru kəmərlərinin mühafizə zolağı 25 metrdir. Nazirlər Kabinetinin qərarında boru kəmərinin diametri təzyiqin həcminə uyunluğu mühafizə zolağını müəyyənləşdirir. Əgər həmin ərazi mühafizə zolağıdırsa, digər tikililər necə aparılıb? SOCAR-ın 20 ildən çoxdur ki, Təhlükəsizlik İdarəsi fəaliyyət göstərir. Onda belə çıxır ki, subyektiv yanaşma var. Həmin yerin dörd tərəfi tikilib. Bunun adı nədir? Bir anlıq Aerokosmik çıxarışdan baxsaq görərik ki, təhlükəsizlik idarəsinin yüzlərlə əməkdaşları olduğu halda son on ildə SOCAR-ın balansında və ya mühafizə zolağında olan minlərlə ev necə tikilib. Necə olur ki, onların belə qadağanedici səlahiyyətləri ola-ola daşınmaz əmlak tikilib? Ona görə də SOCAR qanunun aliliyinə hörmət edib təhlükəsizlik idarəsinin işini təkmilləşdirməsi daha yaxşı olardı nəinki belə rəzilliyə əl atardı.

Mən əvvəllər Nəqliyyat Nazirliyində və Torpaq Komitəsində xüsusi zolaqlı torpaq sahələrinin mühafizə xidməti şöbəsinin rəisi olmuşam. Bu sahə spessifik sahədir. Mənim fəaliyyətimin əsas hissəsi bu sahə ilə bağlı olduğu üçün nəzər və diqqəti bu istiqamətə yönəltmək isərdim. Məsələnin əsas tərəfi dediyim kimi mənəvi tərəfidir. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır, ona görə də bu kateqoriyalı insanlarla hörmət və ehtiramla davranılmalıdır. SOCAR-ınTİ-nin qanusuz hərəkətlərindən kifayət qədər şikayətlər mövcuddur. Şəxsən mən onların özbaşınalıqları ilə bağlı bu ay Binəqədi rayon prokurorluğuna müraciət etmişəm. Vətəndaşın şəxsi mülkiyyətində olan sahəyə də hətta qanunsuz müdaxilə faktı var.

Hesab edirəm ki, Qarabağ əlillərinə qarşı həyata keçirilən qanunsuzluğa diqqət yönəldilməsi daha yaxşı olardı. Cinayət Məcəlləsinin 222.2-ci maddəsində mühafizə zolağında tikintiyə müvafiq icazə vermiş şəxslərin də hüquqi məsuliyyəti nəzərdə tutulub. Əgər Qarabağ əlilinin əməlində cinayət təqibi varsa, o zaman hüquqi yaradan vəzifəli şəxs də, yəni bələdiyyə də məsuliyyətə cəlb edilməlidir. Bələdiyyəyə gücləri çatmır, Qarabağ əlillərinə qarşı xoşagəlməz hərəkət edirlər.

Ümumiyyətlə, SOCAR-a qanunvericiliklə elə bir səlahəyyət verilməyib ki, qanusuz tikilinin qarşısını alsın, yaxud da qanunu olub olmadığını müəyyənləşdirsin. Belə olan halda hüquqi mübahisələndirməni məhkəmə müstəvisində açmaq əvəzinə bu tip ictimai qınağa yol açan hərəkətlərə yol verilməsi düzgün deyil. Bəlkə məhkəmə qərar verəcək ki, tikinti aparılan ərazi mühafizə zolağına düşmür, belə olan təqdirdə kim cavab verəcək və necə cavab verəcək. Təəssüflər olsun ki, bəzi hüquqşünaslar da tələsik birtərəfli mövqe bildirib. Hesab edirəm ki, hüquqi araşdırma bu istıqamətdə aparılmalıdır”.