Xəbər lenti
8-10-2018, 11:12

4-10-2018, 19:27

2-10-2018, 20:00

18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

İsa Qəmbər 2018-də prezidentliyə namizəd olacaq

Baxılıb: 444     Tarix: 27-09-2014 14:04   
İsa Qəmbər 2018-də prezidentliyə namizəd olacaq
Müsavat Məclisinin sədri Arzu Səmədbəyli isə çıxışında bildirib ki, milli azadlıq hərəkatı iştirakçıları üçün Elçibəydən sonra sonuncu lider İsa Qəmbərdir. O, həmçinin qurultay üzvlərinə İ.Qəmbərin hesabat məruzəsi ilə bağlı qətnamə qəbul etməyi təklif edib. Əvvəlcədən hazırlanan qətnaməni tribunadan səsləndirən A.Səmədbəyli təklif edib ki, İ.Qəmbər 2018-ci il prezident seçkilərinə Müsavat-ın namizədi olsun. Bu təklif qurultay iştirakçıları tərəfindən alqışlanıb və qəbul edilib.

***

13.20

Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal isə çıxış edərək qurultay iştirakçılarına salamlarını çatdırıb və uğurlar arzu edib. O, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin azadlıq, müstəqillik uğrunda apardığı çətin mübarizədən danışıb. Həmçinin bildirib ki, Müsavat başqanı İsa Qəmbər bundan sonra da Müsavat-a, müsavatçılığa və Azərbaycanın gələcəyinə xidmət edəcək.


***

12.35

Daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış edib. O, ilk olaraq qurultay iştirakçılarını bu önəmli gün münasibətilə təbrik edib. İ.Qəmbər vurğulayıb ki, Müsavat Partiyası sıradan bir partiya deyil. Azərbaycanın mahiyyətini bildirən, dünyada yüz ildən çox yaşaya bilən bir neçə partiyadan biridir: “Müsavat Azərbaycanın mahiyyətinin ifadəsidir. Yüz ildir xalqımız bu yolu gedir”.

İ.Qəmbər Müsavat-ın qurulduğu ilk illərdən, Azərbaycanın müstəqilliyi yolunda apardıqları mübarizədən, partiya qurucularının apardıqları mübarizənin tarixindən söz açıb və deyib ki, bu mübarizədən bu günkü sələflərə pay düşməsi qürurverici hadisədir.

Ölkədə baş qalıb gedən haqsızlıqdan, insan haqqlarının pozulmasından, rüşvətxorluqdan, korrupsiyadan, ədalətsizlikdən danışan başqan qeyd edib ki, beynəlxalq aləm Azərbaycan münasibətdə prinsipial mövqe tutmur. Ancaq ölkədə haqsızlığın, ədalətsizliyin bu həddə olmasında Qərb günahkar deyil, bunun səbəbi Rusiyanın siyasətidir. O, 2003-cü ildə ölkədə keçirilən prezident seçkilərindən və onun saxtalaşdırılan nəticələrindən də danışıb. Qarabağ problemindən söz açan İ.Qəmbər problemin indiyədək həllini tapmamasını hakimiyyətin məqsədli siyasəti hesab edib.

İ.Qəmbər deyib ki, bütün çətinliklərə, qadağalara baxmayaraq, vəziyyəti dəyişmək mümkündür: “Və bu, bizdən asılıdır”.

O, nizamnaməyə uyğun olaraq iki dəfədən artıq başqanlıq yarışına qatılmadığını da xatırladıb və deyib ki, bu, ölkədə onların təqdim etdiyi gerçək demokratiya nümunəsidir: “Biz gerçək demokratiya nümunəsini təqdim edirik”. O, qurultay nümayəndələrinə müraciət edərək ümid etdiyini bildirib ki, onlar ən düzgün seçimlərini edəcək: “Mənsə Müsavat-ın əsgəriyəm, harada dur desəniz orada da duracam”.

***
12.00

Başqan bildirib ki, məkanla bağlı problemi nəzərə alaraq qurultaya digər siyasi partiyalardan qonaq dəvət etməyiblər. O, həmçinin qeyd edib ki, qurultayla bağlı bir çox təbriklər var, xüsusən Türkiyədən çoxsaylı təbriklər göndərilib. Onun sözlərinə görə, hazırda həbsdə olan siyasi məhbuslar, həbsdəki Müsavat funksionerləri, NİDA-çı dostlar da qurultaya təbriklərini göndəriblər. Eyni zamanda, həbsdəki dindar kəsimin təmsilçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri də təbrik göndərənlər sırasındadır.

***
11.40

Daha sonra tədbiri idarə etmək üçün iki həmsədr və bir fəxri sədr seçilib. İ.Qəmbər və Divan üzvü Almaz Əliqızı həmsədr, Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal fəxri sədr seçilib. Həmçinin redaksiya heyəti, say komissiyası, təşkilat komitəsi seçilib. Daha sonra qurultayın gündəliyi elan və təsdiq edilib. Gündəlikdə duran əsas məsələlər Mərkəzi Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlərdir.

***
11.20

Müsavat Partiyasının 8-ci qurultayı açıq elan edilib. Partiyanın başqanı İsa Qəmbər məlumat verib ki, 587 qurultay üzvündən 420-si qeydiyyatdan keçib. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Müsavat Partiyasının himni səsləndirilib. Həmçinin İ.Qəmbər toplantı iştirakçılarını torpaq və haqq yolunda şəhid olanların xatirəsinə sayğı duruşuna dəvət edib və onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

***
11.00

Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib ki, 587 qurultay nümayəndəsindən 480-dən çoxu artıq qeydiyyatdan keçib.

***
10.07

Bu gün- sentyabrın 27-də Müsavat Partiyası VIII Qurultayını keçirəcək. Musavat.com-un əməkdaşının verdiyi xəbərə görə, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində keçiriləcək qurultaya artıq qeydiyyat başlanıb. 587 qurultay üzvündən yüzdən artığı artıq qeydiyyatdan keçib.

Qurultay saat 11.00-da başlanacaq. Bu qurultayın bir özəlliyi ondadır ki, partiya yeni başqanını seçəcək. Başqanlığa isə dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.