Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 15:10

Bu gün, 14:56

Bu gün, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

Amerikanın “The Hill” qəzeti “Ermənistan həmişə təcavüzkar olub” sərlövhəli məqalə dərc edib

Tarix: 14-09-2014 01:05   
Amerikanın “The Hill” qəzeti “Ermənistan həmişə təcavüzkar olub” sərlövhəli məqalə dərc edib
Amerikanın nüfuzlu “The Hill” qəzeti ABŞ Azərbaycanlıları Şəbəkəsinin hərbi analitiki Denis Caffenin “Ermənistan həmişə təcavüzkar olub” sərlövhəli məqaləsini dərc edib (http://thehill.com/blogs/congress-blog/foreign-policy/217157-armenia-has-always-been-the-aggressor).

APA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu yazı ABŞ-ın erməni təşviqatı və təbliğatının “yeni peyda olmuş ulduzu”, oxucuları çaşbaş salmağa cəhd göstərən Mark Ditsenin məqaləsinə cavabdır. D.Caffe yazır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Azərbaycanın Qarabağ regionunda 800 min azərbaycanlıya qarşı etnik təmizləmə aparması faktı fakt olaraq qalır və bu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə - 822, 853, 874, 884 saylı qətnamələrlə təsdiqlənib.

O qeyd edir ki, suveren ölkələrin separatçı regionlarında – Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Donbasda olduğu kimi, ermənilər də Azərbaycan ərazisində oyuncaq rejim yaradıblar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin analitiki bildirir ki, Azərbaycanı “təcavüzkar” kimi qələmə vermək cəhdləri uğursuz olub. Belə ki, bu, həqiqətə uyğun deyil. Əksinə, Ermənistan rəhbərliyi daim Azərbaycana qarşı düşmənçilik edir.

Müəllif yazır ki, məsələn, avqustun 7-də Ermənistanın müdafiə naziri Mingəçevir su anbarına potensial hücum barədə azğın bəyanat verib; 2012-ci il noyabrın 8-də prezident Serj Sarkisyan “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə demişdi ki, Ermənistan Azərbaycana “qeyri-proporsional” ağır üsulla hücum edir. 2012-ci ilin oktyabrında isə general Artak Davtyan hədə-qorxu gəlib bildirmişdi ki, “Ermənistanın silahlı qüvvələri düşmənin 300 kilometr və daha uzaq radiusda yerləşən strateji və iqtisadi obyektləri ilə yanaşı, hərbi hissələrinə də raket zərbəsi endirə bilər”. D.Caffe yazır: “Buna görə də Ermənistan azğın bəyanatlar verməkdə “şöhrət” qazanıb”.

Analitik qeyd edir ki, Ermənistan Raket texnologiyalarına nəzarət rejimi qarşısında qəbul etdiyi öhdəlikləri pozaraq qeyri-qanuni yolla “SCUD-B” (“P-11”) ballistik raketləri və bəlkə də “İskander-M” (“SS-26 Stone”) raketləri alıb.

D.Caffe Azərbaycan haqqında M.Diksenin yalan bəyanatlarını təkzib edərək yazır ki, Azərbaycana hərbi yardım göstərilməsini qadağan etmiş 907-ci düzəlişin qüvvəsi 2002-ci ildə dayandırılıb və o vaxtdan indiyədək Azərbaycan ABŞ-dan “Humvee” hərbi maşınlarından tutmuş keşikçi katerlərə və radarlaradək müxtəlif hərbi avadanlıq alıb. Hazırda Amerikanın bir neçə hərbi firması Bakıda keçirilən “ADEX 2014” müdafiə sənayesi sərgisində iştirak edir.

Məqalədə daha sonra deyilir ki, ABŞ Ermənistana qarşı sanksiyalara hazırlaşırdı. Belə ki, Ermənistanın Avropadan silah alıb onu qeyri-qanuni yolla İrana satması məlum olub. Sonradan İraqa gedib çıxmış bu silahdan Amerikanın üç əsgəri yaralanıb və bir əsgəri (Metyu Stroyter) ölüb. Ermənistan rəhbərliyi və xüsusən də Ermənistan prezidenti ətrafında pozuntuların və qalmaqalların siyahısı uzundur.

Sonda müəllif yazır ki, erməni lobbisinin pulları Ermənistanın təcavüzkar olması və Azərbaycan ərazilərini işğal etməsi faktını dəyişə bilməz.


{sape_links}{sape_article}