Xəbər lenti
18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

"Bu gün Elnur Aslanovun yerinə mənə qarşı fantastik cərimələr istənilir"-Baş redaktor

Baxılıb: 898     Tarix: 17-12-2014 16:21   
"Bu gün Elnur Aslanovun yerinə mənə qarşı fantastik cərimələr istənilir"-Baş redaktor
Bu gün Türkiyədə Gülənə qarşı başladılan “Tahşiyə” əməliyyatı zamanı Azərbaycandan bəzi şəxslərin də adı hallanıb. Türk mediasının məlumatına görə, fətullahçı polislər “Tahşiyə” Yayın Evi ilə bağlı əməliyyat apararkən, Azərbaycandan da bəzi şəxsləri həbs etmək istəyib. Bunlardan biri də jurnalist Aqil F. olub. Aqil.F-nin isə Azərbaycanda Fətullah Gülənin təriqətinə qarşı müntəzəm olaraq yazılar verən “Yeni Çağ” qəzetinin redaktoru Aqil Ələsgər olduğu ehtimal edilir.
Bizə verdiyi açıqlamada Aqil Ələsgər bu məsələ ilə bağlı bir sıra mətləblərə aydınlıq gətirdi:
“Mən 2007-ci ildə Fətullah Gülən təhlükəsindən danışarkən, bu gün ondan zərər görənlər belə dəstəkləmirdilər. Mən Gülən Camaatının iç üzünü açdığım üçün zamanla müxtəlif şəkildə həm təhdid edildim, həm də adımın hallanmadığı terror təşkilatı qalmadı. Mənə PKK-çı, “Ergenekon”çu, “Əl-Qaidə”çi, Mason, MOSSAD agenti, ən sonda Ərdoğanın adamı deyirdilər. Bir adam da soruşmayıb ki, axı bir-birinə zidd olan bu qədər təşkilatı bir jurnalist necə birləşdirə bilir? O Tahşiyə məsələsi ilə bağlı demək istəyirəm ki, o zaman yazmışdılar ki, “Ergenekon” ilə “əl-Qaidə”ni Azərbaycanda Aqil birləşdirir. Yəni, mənim elə bir gücüm var imiş ki, bütün dünyada bir araya gələ bilməyən örgütləri burada mən təkbaşına koordinasiya edə bilirmişəm. Çox absurddur. Ancaq fakt budur ki, bütün bunlar məhkəmə sənədlərində öz əksini tapıb. O hadisələr baş verən zaman mən dəfələrlə Türkiyəyə səfər edib, Xocalı soyqırımı ilə bağlı konfranslar təşkil etmişəm. Azacıq suçum olsaydı, inanıram ki, kimsə bir yetim jurnalistin gözünün yaşına baxmazdı. Əllərində fətullahçıların iftirasından başqa heç bir şey olmadığından nə “Ergenekon”, nə də “Tahşiyə” məsələsi ilə bağlı mənimlə bağlı heç bir hüquqi prosses başlamayıb. Ancaq həmin dövrdə Azərbaycanda Elnur Aslanov və Ceyhun Osmanlı vasitəsi ilə mənim həbs edilməyim planlaşdırılmışdı və Nəsimi məhkəməsinə də müraciət edilmişdi. 147 və 148-ci maddələrlə haqqımda cinayət işi qaldırılmışdı. Hazırlıq iclasından sonra “Şəhidlər” məscidində axşam namazında Elnur Aslanovun adamı ilə görüşdük və mənə açıq təklif edildi: Fətullah Gülən ilə bağlı yazıları dayandır, səndən əl çəkək. Bəli! Açıq kontekstdə Gülənlə bağlı yazıları dayandırmağım tələb edildi. Çox güclü olduqları və mənim həbs olunmağım Elnur Aslanovun bir zəngindən asılı olduğuna dair mesaj verdilər. Mən də məhkəməni bitirmək üçün razılıq verdim. Bir həftə də yazmadım və onlar da söz verdikləri kimi ərizəni geri götürdülər. Elə həmin axşam da Gülənlə bağlı 4 dosye yayınladım və bu onları çox qəzəbləndirdi. Mənimlə görüşən şəxs Aslanovun buna çox qəzəbləndiyini bildirdi və dedi ki, “Elnur müəllim sənin adını elə qara siyahıya saldı ki, bundan sonra dövlətin heç bir proyektindən yararlana bilməyəcəksən. Heç bir lahiyəni heç bir qurum təsdiqləməyəcək. Dövlətin heç bir media qurumu səni görməyəcək. Sənin bundan sonra həbsdə ya da azadlıqda olmağının heç bir fərqi olmayacaq”. Və təxminən 6-7 ildən bəri, Elnur Aslanov getsə belə, o təcrid siyasəti davam edir. Bu gün atılan o iftira da o illərin məhsuludur. Qısacası, Gülən özünə qarşı çıxan hər kəsi bir araya toplamaq və iftiraçı elan etmək onların adətidir. Terrorçu, “Əl-Qaidəçi” lider adlandırdığı şəxs televiziyadan gördüyümüz qədəri ilə xəstə və təkbaşına özünə stəkandan su tökə bilməyəcək qədər aciz insandır. Onların da, bizim də tək suçumuz Güləni ifşa etməkdir. Ona görə də, qırx dərədən su gətirərək, özlərini təmizə çıxarmaq və bizi ləkələmək istəyirlər. Dediyim kimi, əgər azacıq suçum olsaydı, bu yeddi-səkkiz ildə 50 dəfə Türkiyəyə gedib-gəlmişəm, hər hansısa da bir maneə ilə rastlaşmamışam. Bu gün Elnur Aslanovun yerinə mənə qarşı fantastik cərimələr istənilir. Bu da bir daha Azərbaycanda Prezidentin iradəsinə rəğmən fətullahçıların mövqelərini hələ də itirmədiklərini göstərir”.