Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

Ramzan Kadırovun sərhəd insidentinə münasibəti - VİDEO

Tarix: 14-06-2019 17:13   
Ramzan Kadırovun sərhəd insidentinə münasibəti
Çeçenistan prezidenti Ramzan Kadırov REAL-a eksklüziv müsahibəsində Dağıstan sakinlərinin iki muxtar respublika arasındakı inzibati sərhədlə bağlı yaranan insidentə cavab verib.

Çeçenistanda vəziyyət, əslində, sabitdir və sülh şəraiti hökm sürür. Biz, təkcə iqtisadiyyatla məşğul olmuruq, həm də ölkənin tarixi, dini, mədəni ənənələrini bərpa edirik. Müəyyən dövlətlər 20-30 il ərzində Çeçenistanı Rusiyadan ayırmağa çalışıblar. Lakin onların həmin institutları məğlub olub. Terrorizmə qarşı mübarizədə yeganə qalib gələn çeçen xalqı, Çeçenistan Respublikası olub. Onlar hər cür vasitə ilə bizə mane olmağa çalışırlar. Hətta, ölkədə təsadüfən bir uşaq ölərsə, deyirlər ki, onu hakimiyyət öldürüb. Və ya müəyyən bir şizofreniyalı xəstə huşunu itirib yıxılarsa, bunun da səbəbini Kadırovun rəhbərliyində görürlər. Çeçenistanın özündə deyil, onun ətrafında olan gərginlik barədə hansısa məqalədə oxuyanda isə insan təəccüb edir ki, doğurdanmı bizdə vəziyyət belədir. Dağıstanda sərhəddəki ən son hadisələrə gəldikdə isə, Rusiyanın müəyyən qanunları var. Biz sərhədlərdə işarə lövhələri yerləşdirməliyik. Və belə də etmişik. İşarələr olmayan dövrdə də, əslində, buna çox da əhəmiyyət verən yox idi. Çünki hər iki region bir-birinə qardaşdır. Baxmayaraq ki, hazırda onların arasında müəyyən daxili həyəcanlar var. Dağıstanda 8 post yerləşir, bizdə isə 2 post var. 2 postdan biri isə kəndin daxilindədir. İndiyə qədər nə İnquşetiyada, nə də Dağıstanla sərhədlərdə postlarımız olub. Lakin İnquşetiyada bu postlar olub. Bizim sərhədlərimiz həmişə açıqdır, qardaş əhval-ruhiyyəsindəyik.

İyulun 11-də kimlərəsə bu lazım idi. Sanki, çeçenlər Dağıstana müdaxilə ediblər. Əslində Qafqazda müştərək baza olub və bu bazanın mərkəzi əsasən Dağıstanda yerləşib. Bizimkiləri ora dəvət ediblər. Əslində, bizimki-sizinki məsələsi yoxdu. Terrorizm terrorizmdir. Və onlar 11 iyulda qəsdlə iğtişaş qaldırmaq üçün bir neçə gəncdən istifadə ediblər. Dağıstan rəhbərliyi özü də bildirir ki, hətta, əvvəlki dövrlərdə də bu torpaqlar bizim olub. Əvvəl quberniya olub, daha sonra bizim ərazimizə çevrilib. Dardüşüncəli gənclər isə uydurma nağıllara inanıblar və döyüşməyə başlayıblar.

Mən özüm də nə vaxtsa məlumat işarələri ilə mübarizə aparmışam. Çeçenistan Respublikası ərazisində Dağıstanla sərhəddə 300 metrlik abidə kimi bir tikili var. Üzərinə Kizlər yazılıb. Biz orada iməclik keçirir, bu tikilini təmizləyir, rəngləyirdik. Onun ətrafında vaxt keçirirdik. Onlar bu yeri yaddan çıxarıblar.

Onlar sərhəddəki alüminium lövhəni götürüblər və iğtişaş qaldırıblar. Bunda, ümumilikdə, Dağıstan cəmiyyətini və ya rəhbərliyini təqsirləndirmək olmaz. İğtişaş qaldıran bir qrup olub və onun da ətrafında müəyyən insanlar toplaşıb. İnquşetiyada da belə olmuşdu. Hazırda asayişi pozan şəxsləri saxlayıblar.

İnquşetiya müxalifətinə də bildirirdim ki, özünüzə problem yaradırsız və sizə görə gənc insanlar əziyyət çəkirlər. Onlar inanmırdılar, deyirdilər ki, xeyr gedəcəyik, orada döyüşəcəyik, öləcəyik. Dedim ki, hökumətə qarşı bu mümkün deyil. Sizi əmin edirəm ki, bir müddət sonra sizi həbs edəcəklər və sonra hərə öz evinə qaçacaq. Siz isə orada öz problemlərinizlə qalacaqsınız. Həqiqətən də belə oldu. Həmin şəxslər istintaq təcridxanalarındadır. Nalçikdə, Osetiyada indi hamı öz evində sakit yaşayır. Onların valideynləri isə vəkillərə pul ödəyirlər. Çeçenlərə, inquşlara, Yevkurova qarşı törədilən hadisələrin arxasındakı vətənpərvərlik bu idi.

Həmin hadisələr də, müəyyən şəxslərin səhvlərini, korrupsiyanı üzə çıxarmaq, müəyyən mənfəət əldə etmək məqsədilə törədilmişdi. Biz onlara baş qoşmuruq.

Əgər bizim ərazimizdə, qaydaları pozan olarsa, buna cavab verəcəyik. Bəzən belə hadisələr baş verəndə, o saat qabardılır ki, axı müsəlmanıq, müsəlmançılıqdı, belə şeylər yaramaz və sair... Amma unudurlar ki, qanunları pozmaqla başqa müsəlmanı özünü qəzəbli aparmağa, cəza tədbirləri görməyə vadar edirlər... Öz səhvlərini ört-basdır etməyə çalışırlar. Lakin səhvlərin hamısı göz qabağındadır. Çeçenistan ən sakit, sülh şəraitinin hökm sürdüyü, təhlükəsiz yerdir. Qroznı şəhərini sülh mərkəzi adlandırırıq. Siz bu saat Qroznı şəhərinin ən ucqar rayonuna gediniz, sizə ən hörmətli şəxs kimi yanaşacaqlar, sizin gəlişinizə şad olacaqlar, kimsə sizi bir sözlə və ya adicə baxışla incidə bilməz. Bizdə adət-ənənələr qorunub saxlanılır. Əcdadımızın bizə nə qoyub getdiyini bilir və buna hörmət edirik. Ona görə də qonaqların gəlməsini, turistləri – Azərbaycandan qardaşlarımızın gəlməsini, ölkəmizi gəzməsini, tədbirlərdə iştirak etmələrini gözləyirik. Mən istənilən ictimai təşkilatla, gənclər təşkilatları ilə, tələbələrlə şəxsən görüşməyə hazıram. Gəlsinlər, tarixi öyrənsinlər və sonra öz həmyaşıdlarına, həmfikirlərinə, ictimaiyyətə çatdırsınlar.


{sape_links}{sape_article}