Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Əflatun Amaşovun yeni təşəbbüsü

Tarix: 24-09-2014 15:01   
Əflatun Amaşovun yeni təşəbbüsü
Mətbuat Şurası xarici ölkələrdə saxlanan Azərbaycan mətbuatı məxəzlərinin ölkəyə gətirilməsi işini davam etdirir. “Media forum” saytına açıqlamasında şuranın sədri Əflatun Amaşov bu ideyanın gerçəkləşməsi üçün fond yaradıldığını deyib: “Azərbaycan mətbuatına aid məxəzlərin böyük əksəriyyəti Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Polşa və digər Avropa ölkələrində saxlanır. Artıq Türkiyədən, İstanbuldan “Şərqi-rus” qəzetinin 15 sayını, “Həyat”ın müəyyən nüsxələrini tapıb gətirmişik. Bu məxəzlər həm ayrı-ayrı insanlarda, həm də kitab mağazalarında, digər mənbələrdə olur. Məxəzlərin ya orijinalını, ya da surətini gətirmək fikrimiz var. Artıq müəyyən yerlərə məktub göndərmişik. Gələcəkdə bir neçə nümayəndəmizi həmin arxivlərə göndərəcəyik ki, mətbuatımıza aid məxəzləri axtarsınlar, məsul şəxslərlə əlaqə yaradıb arxivləri necə əldə etmək haqda məlumat versinlər”.

Əflatun Amaşov bildirib ki, indiyə qədər tapılıb gətirilən məxəzlər Mətbuat Şurasında saxlanır: “Mətbuat Şurası tapılan arxivlər hesabına gələcəkdə mətbuat muzeyi təşkil etməyi planlaşdırır. Biz müəyyən müddət bu arxivi özümüzdə saxlamağı düşünürük. Əgər məxəzlər çoxalarsa, dövlət arxivlərinin birinə təqdim etmək mümkündür. Həm də ona görə ki, özümüzdə saxlasaq, onları lazımi qaydada qorumaqda çətinlik çəkə bilərik. Bu qəzetlərin çapından yüz il ötüb, saxlanması üçün xüsusi şərait olmalıdır. Bütün bu məqamları nəzərə alıb məxəzlərin saxlanma formasını müəyyənləşdirəcəyik”.

Sədr qeyd edib ki, indiyə qədər görülən işlər Mətbuat Şurasının daxili ehtiyatları hesabına həyata keçirilib: “Yəqin ki, gələcəkdə müvafiq qurumlara müraciət ediləcək, dəstək alınacaq. Bu da nə qədər məxəz tapa biləcəyimizdən asılıdır. Digər tərəfdən tapdıqlarımızı pulla alırıq. “Şərqi-rus”, “Həyat” qəzetləri üçün də ödəniş olub. Belə də olmalıdır. Çünki həmin arxivlər bizim mülkiyyətdə deyil. Əgər satılırsa, pul verib alacağıq, əks halda surətlərini götürəcəyik. Məxəzlərimizi tapsaq, bizə satsalar, vəsait üçün mənbə tapacağıq.

Jurnalistika tariximizin bir hissəsidir, ona görə bu sahədə də arxivimizi bərpa etməliyik. Gələcəyi tam görmək üçün keçmişi bilməliyik. Təəssüf ki, Azərbaycan arxivlərində qəzetlərin xeyli hissəsinin orijinalı yoxdur, bəzilərini kəsib bərbad hala salıblar. Arxivlərdə bu məxəzlərə heç də xoş münasibət bəslənməyib. Sovet dönəmində də milli arxivlərimiz, məxəzlərimiz diqqətdə saxlanmayıb”.


{sape_links}{sape_article}