Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Böhtan ayaq tutdu, amma... yeriyə bilmədi!

Tarix: 14-03-2015 14:05   
Böhtan ayaq tutdu, amma... yeriyə bilmədi!
2015-ci ilmartın 5-də saat 11:01-də saytlarda "Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virusların yayılması aşkarlanıb - FOTO" başlıqlı xəbər dərc edilmişdir. Xəbərdə deyilir ki, "Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub" və "virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur".
Xəbərdə həmçinin qeyd edilir ki, "Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir."
İlk növbədə qeyd etmək istərdik ki, şəfaflıq və halallıq şəraitində fəaliyyət göstərən Naviqator Mobif Servises şirkətinin mobil telefonlarda yayıldığı iddia edilən "pornoqrafik virus"la heç bir əlaqəsi yoxdur. Xəbərdə “virus"un hansısa texniki vasitələrlə "telefona daxil olması" və orada abunəçinin balansından "pul sildiyi" və "erotik məzmunlu video"nun peyda olduğu iddia olunur. Bildiririk ki, əvvəla, belə bir "virusa" biz rast gəlməmişik və ikincisi də, bu "virus"un Naviqator Mobile Servisə və onun əməkdaşlarına məxsus olması böhtandır.
О ki qaldi "hot-ero.net" internet səhifəsinə, bu sayt nə Naviqator Mobil Servises şirkətinə, nə də onun rəhbərliyinə məxsus deyil, Naviqator Mobil Servises.sadece "sms" göndərmək yolu ilə bu sayta abunə olmaq imkanı yaradan xidmətləri bu saytın sahiblərinə təqdim edir. Buna görə də, saytdan istifadə edərkən istifadəçi ödənişin təsdiqlənməsi üçün Naviqator Mobil Servises şirkətinə məxsus "edugate.az" səhifəsinə keçid edir və yalnız xidmətləri almaq istəyini təsdiq etdikdən sonra yenə geri-əvvəlki səhifəyə qaytarılır. Bununla da hər bir istifadəçi mütfəq qaydada telefon nömrəsindən pul vəsaitinin silinməsinə özü razılıq verir.
Naviqator Mobil Servises-üçüncü şəxslərə xidmətlərini təqdim etdikdə onların məzmununu yoxlayır. Bu xidmətlərin məzmunu həmçinin mobil operatorlar tərəfindən də yoxlanılır. Bu baxımdan yuxarıda adı çəkilən saytlar da yoxlanılmışdır və orada "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmiş "pornoqrafik materiallar əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar" kimi dəyərləndirilə bilən pornoqrafik məzmunlu video və şəkillərin olmadığı müəyyən edilmişdir.
Naviqator Mobil Services ölkəmizin qeyri-neft sektorunun ən prioritetli sahələrindən biri olan İKT sahəsində fəaliyyət göstərən ən uğurlu və inriovativ şirkətlərdən biridir. Şirkətin təqdim etdiyi xidmətlər sırasında iş axtaranlara dərc olunan yeni vakansiyalar haqqında məlumatı "SMS”-lə ani çatdıran –“Job-SMS" xidməti kimi müasir tələblərə uyğun operativ xidməti vardır.
Saytda verilən xəbərdə "millyonlar qazanmaq" barədə irəli sürülən iddialara gəlincə isə, bunun əsassız olduğunu hörmətli Azərbaycan oxucularının diqqətinə çatdırmalıyıq. Belə ki, dövriyəmizin əksər hissəsi partnyorlarımızın xidmətlərinin ödənişinə yönəlir, qalan hissəsindən isə qanunvericiliyə uyğun olaraq (Bəli, mövcud qanunvericiliyə uyğun olaraq!) müvafiq ödənişlər, sosial xərclər, о cümlədən yüksək ixtisaslı İKT mühəndislərinin əməyinin ödənilməsi həyata keçirilir.
Təəssüf hissi ilə bildiririk ki, araşdırma aparılmadan yayılan bu qərəzli xəbər yayan və böhtan xarakteri daşıyır, Naviqator Mobil Servises şirkətini və onun rəhbərliyini hüquqi məcrada müvafiq addımlar atmaq məcburiyyətində qoyur. Bununla belə yenə inanırıq ki, böhtan kampaniyası və onun başında duran qərəzli qüvvələr haqq və ədalətin nəfəsini duyaraq, geri çəkiləcəklər!..
Tahir Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


{sape_links}{sape_article}