Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

Sumqayıtdan deputatlığa namizəd: “Mən yalnız bir şeyi vəd edirəm - Vicdanla xidmət!”

Tarix: 04-02-2020 00:28   
Sumqayıtdan deputatlığa namizəd: “Mən yalnız bir şeyi vəd edirəm - Vicdanla xidmət!”
9 fevral 2020-ci ildə Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar Parlament seçkilərində təbliğat-təşviqat dövrü sona yaxınlaşır. Deputatlığa namizədlərlə bağlı xəbərləri, müsahibə və reportajları mütəmadi olaraq yayımlamağa davam edirik. Budəfəki müsahibimiz 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd jurnalist, politoloq Bəhruz Salmanovdur. Onunla seçkidə iştirakı və platforması barədə söhbət açdıq.
- Bəhruz müəllim, gəlin söhbətə parlament seçkilərində iştirak səbəblərinizdən başlayaq...
- Bildiyiniz kimi 15 ildən çoxdur ki sırf ictimai fəaliyyətlə məşğulam. Həmçinin illərdir sosial-iqtisadi, ictimai-siyasi məsələləri ictimaiyyətin diqqətinə fasiləsiz və tərəfsiz çatdıran Xeberlent.az adlı informasiya portalının baş redaktoruyam. İstər media, istərsə də digər fəaliyyət istiqamətlərimizin hər biri ilə insanlara faydalı olmağa çalışırıq. Elə millət vəkili statusu da ictimai fəaliyyətin xidmət sahələrindən biridir. Valideynlərimin verdiyi tərbiyə və hər zaman leytmotivə çevrilən "İnsan yalnız faydalı olmalıdır” fikri ruhumuza hopub və hansı işlə məşğul olmağımızdan asılı olmayaraq, bu məqam daim ön planda olub. Konkret olaraq seçkidə iştirakıma gəlincə, iki şərt səbəb oldu: ölkə başçısının çağırışı (müraciətində duyduğum hiss) və Sumqayıt ictimaiyyətinin müraciəti. Bir sözlə, vicdanla xidmət emək istəyi!
- Niyə məhz 43 saylı dairəni seçdiniz?
- Əslində Sumqayıtı, şəhərimin sakinlərini yaxşı tanıdığıma görə hər hansı dairədən namizədliyimi irəli sürmək mənim üçün elə də çətin deyildi. Sadəcə düşündüm ki, özümün qeydiyyatda olduğum ərazi üzrə daha doğru olar.
- Seçkilərə qədər rəqiblərinizdən hansını tanıyırdınız və necə düşünürsünüz, hansı namizədlər arasında daha gərgin mübarizə gedir?
- Qeyd etdiyim kimi, ictimai-siyasi fəaliyyətimlə bağlı bir neçəsini tanıyıram və münasibətimiz də pis deyil. Düşünürəm ki, fəaliyyətlə bağlı yanaşmalarımız fərqli olsa da, məsqdəmiz xidmətdir. Bu yolda rəqiblərimə də uğurlar arzulayıram !
-Sizi rəqiblərinizdən fərqləndirən status hansıdır?
- Rəqiblərimdən fərqləndirən cəhət Sumqayıtı, onun sakinlərini daha yaxşı tanımağım, şəhərdə olan müsbət və mənfi məsələlərlə daha yaxından tanış olmağım, onların bir qisminin həllində iştirakım və Sumqayıtın əksər ziyalılarının, ictimai fəallarının, media nümayəndələrinin mənə dəstək verməsidir.
- Etiraf edək ki, öncəki seçkilərdə namizədlərin çoxu seçicilər qarşısında vədlər verirdi. "Əgər məni deputat seçsəniz, yeni yollar çəkəcəm”, "körpülər tikəcəm” və s. Halbuki, bu gün deputatlarımızın çoxu seçici qarşısında hər hansı vədin verilməsini qəbul etmir. Bununla bağlı nə deyə bilərsiniz?
- Çox həssas mövzuya toxunmusuz. İnsan ictimai fərd olduğundan daim ünsiyyətdədir. Bu münasibətdə deyərdim ki, önəmli rol oynayan məqamlardan biri də qarşılıqlı inam, etimad və etibardır. Ona görə də cəmiyyətdə, insanlar arasında inam faktoru əsasdır. İnamsızlıq, güvənsizlik cəmiyyətin, dövlətçiliyin inkişafında böyük geriləmə, ləngimə yaradır. Belə ki, söz verən şəxs ona əməl etmədikdə şəxsiyyətinin nüfuzunu itirir. Bu hal kütləviləşəndə də mənəvi böhrana kimi apara bilər. Ona görə də, tutduğu postdan, çalışdığı sahədən asılı olmayaraq heç kəs heç bir halda yalan danışmamalıdır, vicdanla yaşamalıdır. Yəqin sizə maraqlı olar görən mən nə vəd verirəm. Mən yalnız bir şeyi vəd edirəm: "Vicdanla xidmət”!

- Platformanız nədən ibarətdir?
- Bizim plaformamızda vətəndaşın yaşam tərzində çətinlik yaradan hər sahədə: təhsil, səhiyyə, ekologiya, işsizlik, təqaüd, su təchizatı, hər bir azərbaycanlının yaralı yeri olan Dağlıq Qarabağ probleminin həll olunmasına cəhd edəcəyimizi bildiririk. Əslində bizim üçün yeni bir fəaliyyət deyil, media fəaliyyətimizin daha fərqli müstəviyə keçididir. Sadəcə millət vəkili satusu bu fəaliyyətimizi genişləndirmək üçün daha geniş imkan yaradır.
- Sumqayıtın inkişafı, sakinlərin sosial rifahının yaxşılaşdırılması üçün hansı istiqamətləri prioritet olaraq müəyyənləşdirmisiniz?
- İlk olaraq mətbuatda fəaliyyətimiz zamanı gördüyümüz və platformamızda qeyd etdiklərimizə diqqət ayıracağıq:
1. Təhsil. Ərazi üzrə artan əhali sayına adekvat olmayan bağça və məktəblərlə bağlı öhdəliklər.
2. Səhiyyə. Təcili yardım stansiyalarındakı avtomobillərin tam yenilənməsi və lazımi tibbi ləvazimat və ilkin yardım avadanlıqları ilə təchiz olunması. Xüsusən minlərlə sakini olan Sumqayıt şəhərində ANGIOQRAFIYA (ANJU) müayinə avadanlıqlarının olmaması əsas problemdir.
3. Sumqayıtda məşğulluq. Bildiyiniz kimi, şəhər xüsusi layihə əsasında iri sənaye parkı kimi salınıb. Bunu əsas götürərək deməliyik ki, ərazidə iş qabiliyyətli bütün sakinlərin tam işlə təmin olunması mümkündür. Təbii ki, bunun üçün münbit istehsal sahələrinin fəaliyyətə başlaması ilə. Belə olduqda şəhər sakinlərinin paytaxt və digər yaxın ərazilərə işləmək üçün üz tutmaq məcburiyyətləri də aradan qalxmış olar.
4. Kommunal təchizat. Sumqayıtın bir neçə mikrorayonunda su təchizatı ilə bağlı mövcud problem (3-cü, 9-cu, 10-cu və digər mikrorayonlarda su hələ də fasilələrlə verilir) aradan qalxmış olar. "Yaşıl Dərə” yaşaşış massivində kanalizasiya xidmətinin olmaması da bizi düşündürən əsas problemlərdəndir ki, bu məsələni də parlamentdə qaldırmaqla qısa zamanda həll olunmasına çalışacıq. Təbii ki, bu massivin problemi bununla da məhdudlaşmır və biz hər birinin həlli istiqamətində səylərimizi əsirgəməyəcəyik.
5. Ekologiya. Yaşıllığın qorunması, eləcə də yeni park və yaşıllıq zonalarının salınması da vacib bildiyimiz məsələlərdəndir. Sakinləri son zamanlar daha çox narahat etməyə başlayan ağacların kəsilməsi, havanın çirklənməsi hallarıbizim də gündəmimizdədir. Bu məsələlər bir media qurumu kimi də daim diqqət mərkəzimizdədir.
- Sizcə, işsizlikdən savayı şəhərinizin digər əsas problemləri hansılardır?
- Şəhər ziyalılarının da qeyd etdiyi kimi, xalqın gələcəyi olan gənc nəsilə vaxtlarını daha səmərəli keçirmələri, istedadlarının inkişafı üçün münbit şərait yaradılmalı və təhsillə yanaşı, fərqli yaradıcılıq istiqamətləri,sənət sahələrinə maraq artırılmalıdır. Bunun üçün də ilk olaraq onlarla tez-tez görüşlər keçirilməli, rəy və təklifləri dinlənilməli, fikir mübadiləsi aparılmalıdır. Bu gün sosial şəbəkə və müvafiq məhdud və zərərli istiqamətlərə "ərməğan” etdiyimiz gənclikdən sabah hansı haqla yaxşı nəticə tələb edə bilərik?!
- İndiyədək ictimaiyyətə şəhərin hansı problemlərini araşdıraraq çıxış yollarını bildirmisiniz və bu barədə hansı orqanlara məlumat vermisiniz?

- Açığı, bir media əməkdaşı olaraq bu, bizim işimizdir, desəm, daha düz olar.

- Seçicilərə istək və arzularınız nədir?
- Seçicilərdən ən böyük istəyim seçkilərdə fəal iştirak etmələri və inandıqları, fəaliyyətini öyrənib və həyat devizini yaxşı mənimsədikləri namizədlərə səs vermələridir.


{sape_links}{sape_article}