Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

“Qarabağla bağlı siyasət dəyişməlidir” - Təhlükəsizlik üzrə ekspert

Tarix: 05-05-2020 11:45   
“Qarabağla bağlı siyasət dəyişməlidir”
Mayın 8-i Azərbaycanın hərb tarixində ən böyük məğlubiyyət günlərindən biri - Şuşa şəhərinin Ermənistan və Dağlıq Qarabağdakı silahlılar tərəfindən işğal edilməsinin 28-ci ili tamam olur. Təəssüf ki, bu müddət ərzində Azərbaycan Qarabağda – Horadiz və Lələtəpə istisna olmaqla ciddi uğura imza ata bilməyib.

Reyting.az-ın bununla bağlı suallarını istefada olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırır.

- İlham bəy, qarşıdan Şuşanın işğal günü gəlir. Bu illər ərzində nəinki Şuşanı azad edə bildik, üstəlik, ətraf rayonları da itirdik. Münaqişənin həlli ilə bağlı müzakirələr isə uşaqlara danışılan nağıla bənzəyir. Siz nə deyirsiniz, danışıqlar bu şəkildə davam etdirilməlidir, yoxsa...

- Çox təəssüf ki, hadisələrin başladığı gündən - 13 fevral 1988-ci ildən, hətta ondan da əvvəl Dağlıq Qarabağla əlaqədar Azərbaycanın apardığı yanlış siyasət bu gün də davam edir. Baxmayaraq ki, problem yaranandan bəri ölkə rəhbərləri dəyişib, müstəqillik qazanmışıq, amma hər dövr üçün problemin həlli yolunda səhv siyasət, doğru olmayan yanaşmalar səbəbindən bu gün də Qarabağ işğal altında qalır. İstənilən işdə uğursuzluq olanda səbəblər mütləq dərindən təhlil olunmalıdır: niyə bu həddə gəlib çıxmışıq, nədən uğur qazana bilmirik? Hələ indiyədək bu işə cavabdeh olan şəxslər xalq qarşısına çıxıb torpağı işğaldan azad edə bilməməyin səbəbləri barədə açıqlama verməyiblər.

Atəşkəsdən sonra, Sizin dediyiniz kimi nağıla oxşayan cavablar verilib: “hər şey yaxşıdır”, “uğurlu siyasət davam edir”, hansısa tədbirdə qarşı tərəfə verilən söz cavabı bayram kimi qeyd edilib, amma Qarabağ ermənidədir. Və işğal yalnız ərazi tutmaqla kifayətlənilməyib, həmin ərazilərdə ciddi məskunlaşma aparılıb, yatırımlar qoyulub, hətta SES kimi böyük layihələrin inşasına da start verilib.

Ən pisi isə odur ki, düşmən təmas xətti boyu çox ciddi müdafiə istehkamları, silah anbarları yaradıb, ətraf sahələr minalanıb. Belə də olmalıdır, çünki düşmən görür ki, qarşısındakı torpağını azad etmək üçün yetərli hərəkət etmir.

Düşməni sözlə tənqid etməkdən, söyməkdən asan iş yoxdur. Belə olanda, təbii olaraq düşmən öz marağı naminə bütün imkanlarından istifadə edəcək. Qeyri-təbii olan, bizim düşməni çəkindirəcək heç bir addım atmamağımızdır.

Əlbəttə ki, danışıqların bu cür davam etməsi 27 ildir bu danışıqları aparanları çoxdan düşündürməli və siyasət dəyişməlidir. Birbaşa müharibəyə keçid etməzdən əvvəl diplomatiyadan başlamaq lazımdır. Minsk Qrupuna vaxt qoyulmalı, əks halda atəşkəs müqaviləsindən çıxmağın qaçılmaz olduğu sərt şəkildə bildirilməlidir. Qarabağ münaqişəsi ildə bir neçə dəfə baş tutan görüşlər zamanı ötəri xatırlanmamalı, Azərbaycan bütün xarici siyasətində dünyaya ermənilərin işğalıçı olduğunu hər gün çatdırmalı, onların günahı üzündən 700 min insanın doğma yurdundan didərgin düşdüyünü, beynəlxalq qanunun Azərbaycana verdiyi hüquqdan istifadə edərək hərb yolu ilə ərazi bütövlüyünü təmin edəcəyini və baş verəcək bütün ağır nəticələrə görə işğalçı Ermənistanın məsuliyyət daşıyacağını elan etməlidir.

- Son illər Azərbaycandakı siyasi partiyalar, ictimai qurumlar səviyyəsində də Qarabağ mövzusu arxa plana keçib, sanki Qarabağı unudur, ondan bilərəkdən uzaqlaşırıq. İctimai-siyasi fəallar, ziyalılar nə etməlidir? Keçmiş Qarabağ döyüşçüsü kimi hər hansı bir təşəbbüslə çıxış etməyi planlaşdırırsınızmı?

- Əgər dövlət siyasətinin özündə Qarabağ münaqişəsi arxa plana keçibsə və problemin unudulması, gündəmdə olmaması üçün bütün təbliğat vasitələrindən məqsədyönlü şəkildə istifadə edilirsə, dediyiniz ictimai-siyasi qurumların, fərdlərin fəaliyyətində millətin əsas probleminin olmaması qanunauyğun nəticədir.

O ki qaldı ziyalılara, burda bir məsələni dəqiqləşdirmək lazımdır: cəmiyyət ziyalı deyəndə kimləri nəzərdə tutur? Ziyalı olmağın kriteriyaları nədir və bu ölçülərə uyğun gələn kimlərdir?

Ölkənin ictimai-siyasi münasibətləri, mənəvi dəyərləri dəhşətli dərəcədə aşınmaya məruz qoyulub və bu aşınma bütün təbəqələri bürüyüb, o cümlədən əvvəl ziyalı kimi təsəvvür etdiyimiz şəxsləri də. Tam bir biganəlik hökm sürür və ən çox da bu kütləyə təsir edib. Toplum dövlət, dövlətçilik, vətən, müstəqillik kimi dəyərlərə hədsiz laqeyid və biganədir. Dediyim dəyərlərə malik şəxslərin faizi çox azdır. Amma, çox qısa müddətdə önə çıxa biləcək və müəyyən dərəcədə birləşib ümummilli problemi həll etməyə çağırış edərək kütləni də arxasınca aparacaq, ictimai rəyə təsir edə biləcək rəy liderləri, nüfuzlu şəxslər var. Konkret təşəbbüslə çıxış etmək üçün qeyd etdiyim nüfuzlu şəxslərin birləşməsi vacibdir, çünki dünyada və ölkədə gedən proseslərin, mövcud vəziyyətinin təhlili bu nəticəyə gəlməyə əsas verir ki, dövlət olaraq bizi ağır sarsıntılar, böhran gözləyir və o zaman dövlətçiliyimizi qoruyub saxlamaq üçün indidən Qarabağ münaqişəsinin həll edilməsi həyati vacib məsələdir. Bu problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcək şəxslər tariximizə qızıl həriflərlə yazılacaq. Bunu hər kəs bilsin.

- Cari məsələlər və digər səbəblər Azərbaycan parlamenti səviyyəsində də xalqın ən böyük problemini bəzi istisnalarla arxa plana keçirib. Heç olmasa, yeni formalaşmış parlamentdə Qarabağla bağlı komissiyanın və yaxud qrupun yaradılmasına ehtiyac varmı? Üstəlik, Dağlıq Qarabağ icmasının rəhbəri də artıq Milli Məclisdə təmsil olunur.

- Cari məsələlər bütün ölkələrdə daimidir və heç vaxt bitmir. Digər səbəblər deyəndə.., lap olsun koronavirus səbəbi. 27 il ki, virus yox idi, guya Qarabağ siyasəti ön planda idi? Ya əvvəlki çağırışlarda Qarabağ problemi ümumparlament müzakirəsinə çıxarılmışdı? Sonuncu dəfə 18 il əvvəl müzakirə edilib və elə bir nəticəsi də olmayıb, amma yenə də müzakirə olunmuşdu.

Yeni parlament formalaşanda mən də fikirləşirdim ki, bəlkə Qarabağ komitəsi yaradılsa problem tez-tez gündəmə gətirilər. Amma, gedən proseslər göstərir ki, hətta iki komissiya yaransa belə, başqa məsələlərdə olduğu kimi, bu da formal xarakter daşıyacaq, görüntü, imitasiya olacaq.

“Dağlıq Qarabağın azərbaycanlı icması” formulu özü uğursuzdur. Bu adamlar nəyə görə öz dövlətində icma sayılmalıdır? DQMV bizim tərkibimizdə administrativ qurum idi və oranın erməni əhalisi özünü icma saymalıdır, biz yox. O muxtariyyət ermənilərə Moskvanın təkidi ilə verilsə də, qanunla bizim razılığımız əsasında yaranıb, onlar yaratmayıblar.

Tural Gəncəliyev komitə olmadan da deputat kimi parlamentdə məsələ qaldırıb hakimiyyətin səlahiyyətli nümayəndələrinin, əsasən də Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərliyinin iştirakı ilə Qarabağ problemini ümumparlament müzakirəsinə çıxarmağa çalışmalıdır.

- İran tərəfi təkzib etsə də, bu ölkə Dağlıq Qarabağdakı separatçı rejimlə böyük ticarət əlaqələrinə malikdir. Həm ermənilərin yaydıqları video-materiallar, həm də digər ciddi qurumların məlumatları İslam Respublikası ilə separatçı rejimin ticari və digər əlaqələrini sübuta yetirir. Araz çayı üzərindən körpülərin inşa olunduğu bildirilir, gediş-gəliş var. Azərbaycan diplomatiyasının isə məsələyə ciddi təpkisi yoxdur. Bu problemin həlli üçün nə təklif edirsiniz?

- İranın Ermənistanla olan əlaqələri ticari-iqtisadi münasibətlərlə bitmir. Bu əlaqələrin arxasında böyük hərbi-siyasi maraq dayanır. Bu məlum məsələ olduğundan, onun səbəbləri, tarixi haqqında geniş danışmaq istəmirəm. Hadisələrin ilk günlərindən, xüsusilə Qarabağın İranla sərhəd olan işğal olunmuş rayonları istiqamətində İran separatçı rejimi hər cür ilkin tələbat malları ilə, yanacaq-sürtkü materiallarla təmin edib. Dağlıq Qarabağa səfər edən bütün xarici jurnalistlər, hətta erməni jurnalistlər də səfər təəssüratlarında ən çox İran TİR-ləri ilə rastlaşdıqlarını qeyd edirlər. Sonuncu video-material da bunu bir daha sübut etdi.

Amma, ən əsası Araz çayı üzərində salınan su anbarı və köhnə tarixi körpüdən əlavə Cəbrayıl istiqamətində daha üç yeni körpünün tikilməsidir. Bu körpülərin sayının artırılması əlaqələrin intensivliyini və miqyasını sübut edir. Üstəlik, bu dəhliz İran üçün də strateji əhəmiyyət daşıyır. Sanksiya tətbiq edilən malların İrana gizli yolla gətirilməsi, məhz nəzarət olunmayan körpülər vasitəsilə həyata keçirilir. Bu daşınmalarda nüvə materiallarının olması da istisna edilmir.

Xəzər və Mehri istiqamətində beynəlxalq nəzarət mövcuddur, Araz üstündəki gediş-gəlişlərə isə nəzarət olunmur. Azərbaycan bu məsələdə İrana ciddi təzyiq etməlidir, amma edə bilmir. Ona görə də ABŞ, İsrail və digər dövlətlərin bu “dəhlizə” diqqət yetirməsi üçün addımlar atmalıdır. Ən yaxşısı isə bütün vasitələrdən istifadə edib həmin körpüləri partlatmaqdır.

Azərbaycan paralel olaraq işğal olunmuş ərazilərdə fəaliyyət göstərən 125-dən çox xarici şirkətin məsələsini mənsub olduqları dövlətlərin qarşısında qaldırmalı, fəaliyyət dayandırılmadığı halda obyektlərin dağıdılacağı ilə xəbərdarlıq etməlidir. Təəssüf ki, Azərbycan nə diplomatik yolla, nə hərbi yolla bu işlərin qarşısını ala bilmir, heç buna cəhd edildiyinin şahidi də olmamışıq.

Hansısa məşhurun bir deyimi var: “Müharibələri uduzmaq olmaz. Yoxsa, müəyyən mərhələdə adətə çevrilir”. Milləti uduzmağa alışdırmaq olmaz.
Reyting.az



{sape_links}{sape_article}