Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

"Əgər seçkiyə haram qatılmasa..." - Deputatlığa namizəddən iddialı açıqlamalar

Tarix: 01-02-2020 10:46   
"Əgər seçkiyə haram qatılmasa..."
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, “Unikal” qəzetinin redaktoru Məmmədov Zaur Əhməd oğlu Unikal.org-un suallarını cavablandırıb.

GÜNpress.az həmin müsahibəni təqdim edir:

-Zaur müəllim, necə oldu Parlament seçkilərinə qatılmaq barədə qərar verdiniz? Niyə məhz bu dairədən namizədliyinizi irəli sürdünüz?

-Öncə onu qeyd edim ki, mən birinci dəfə deyil ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. 2010-cu ildə də belə bir cəhdim olmuşdu. Amma həmin dövrdə rayon rəhbərliyi və Milli Məclisin həmin dairə üzrə təmsilçisi mənə süni əngəllər yaratdılar və qanunsuz olaraq namizədliyimi qeydə almadılar. Amma bu dəfə durum fərqlidir. Həm Prezidentin müəyyən çağırışları oldu, həm ölkədə başlayan islahatların davamı olaraq, parlamentin buraxılması məndə də inam yaratdı ki, bu dəfə seçki mühiti fərqli olacaq. Bundan əlavə, mən özüm də Cəbrayıl rayonundanam. Yəni, bu dairə mənə yad deyil.

-Bildiyimiz kimi seçicilərlə görüşləriniz başlayıb. Onları seçkilərdə səs verməyə çağırmaq çətin olmur? Seçicilərin deputatlara inamı necədir?

- İnsanların seçki ilə bağlı düşüncələri fərqlidir. Əksəriyyət hesab edir ki, seçki ilə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ bizim üçün də ciddi problem oldu. Bizim seçki komandamız peşəkarlardan ibarətdir. Bu adamlar nə qədər peşəkar olsalar belə, biz seçici ilə təmas məsələsində çətinliklər çəkdik. Hətta imza toplama kampaniyasında belə insanların inam məsələsində ciddi problemlər var idi. Nə baş verəcək ki, nə dəyişib ki? Sualları qarşısında qalırdıq. Bax, bu inamsızlıq məsələsi bizə çətinlik yaratdı. Biz keçirdiyimiz görüşlərdə də müəyyən problemlərlə rastlaşdıq. Bizim dairə dağınıqdır, ölkənin bir çox yerlərində seçki məntəqələri var, əhalinin özü də müxtəlif yerlərdə məskunlaşıb. Kampaniyanı aparmağın özü də çətin idi. Bu seçki prosesində bütün adamları əhatə etmək, insanlarla görüşmək, fikirlərimizi onlara çatdırmaq çox çətin oldu. Sosial şəbəkə üzərindən, media üzərindən müəyyən çağırışlarımız oldu. Əlimiz çatmayan, özümüzün gedə bilmədiyimiz yerlərə çalışdıq ki, fikrimizi digər formada çatdıraq.

Başqa bir məsələ də təbliğat-təşviqat zamanı üzləşdiyimiz problemlərdir. Görüş yerlərinin ayrılması məsələlərində müəyyən ayrı seçkilik halları oldu. Ad çəkmək istəmirəm, amma icra orqanlarının dəstək verdiyi namizəd vardır. O namizədə yaradılan şərait digər namizədlərə, eləcə də mənə yaradılmadı. Əksinə maneələr vardı ki, bizim görüşlərimiz uğurlu alınmasın. Eyni zamanda, insanlarda qəribə bir vəziyyət yaranıb, elə bilirlər ki, əks fikir söyləyən, problemlərdən danışan namizədi dinləmək onlara sonradan problem yarada bilər. Biz çalışdıq ki, bu sindromu sındıraq. Fikrimcə, müəyyən dərəcədə buna nail ola bildik.

-Ümumiyyətlə, görüşdüyünüz cəbrayıllılar və qubadlıların hansı problemi var?

-Əslində onların millət vəkilindən gözləntiləri yoxdur, bunun da acı bir səbəbi var. Onlar bu günə kimi görməyiblər ki, millət vəkili onlara nə edə bilər. Cəbrayılı təmsil edən millət vəkilinin fəaliyyəti demək olar ki, olmayıb. Sadəcə, Milli Məclisə gəlib-gedib. Seçici ilə işləməyiblər. Seçici öz problemini Milli Məclis səviyyəsinə qaldıra bilməyib. Ona görə də millət vəkili institutuna Cəbrayılda inam yoxdur. Keçirdiyimiz görüşlərdə kifayət qədər onların problemləriylə maraqlandıq. Bunu da qeyd edim ki, bu günə kimi seçki başlamamışdan əvvəl mən Cəbrayıl-Qubadlı sakinlərinin problemləri ilə yaxından tanış idim. Belə deyim ki, millət vəkili olmayanda təbii ki, ortada sözünü deyə biləcək, onların haqqını araya biləcək institut mediadır. Onlar da mediadakı təmsilçisi kimi mənə müraciət edirdilər. Bütün hallarda əlimizdən gələn işləri görmüşük. Görüşlərimiz zamanı müəyyən problemlərin olduğunu bildik. Cəbrayıllıların kompak yaşadığı Biləsuvardakı qəsəbələrdə içməli su problemi var. Yerli icra hakimiyyəti iddia edir ki, əhaliyə verilən su keyfiyyətlidir, amma içəndə bunun əksi hiss olunur. Qəsəbələrdə işsizlik problemi də mövcuddur. Orada iş yeri açmaq imkanları məhduddur. Sahibkarlığın inkişafı üçün şərait yoxdur. Kənd təsərrüfatı ilə bağlı da imkanlar məhduddur. Qazi və müharibə veteranlarının da problemi var. Bəziləri veteranlıq hüquqlarını təmin edə bilmirlər. Özünəməşğulluq proqramının icrasında da ciddi nöqsanlar var. Ehtiyacı olan yüzlərlə insan var ki, onlar bu proqramdan yararlana bilmir. Bu sahəyə məsul olan şəxslərin rüşvət və digər istəklərinin olduğu bildirilir.

Mehdiabadda Qaranat qəsəbəsi neçə ildir salınıb, amma hələ də telefon xətti çəkilmir. St.Sumqayıtda salınan qəsəbədə mobil rabitədə problemlər var. Əslində, hər yerdə xeyli şikayət var. Bunların həlli üçün ciddi çalışmaq lazım gələcək. Bir məqamı vurğulamaq istəyirəm. Görüşlərin birində bir yaşlı anamız dedi ki, biz sənə səsə verəcəyik, amma gedib Milli Məclisdə yatma. Ona söz vermişəm, Milli Məclisə yatmağa, yaxud susub oturmağa yox, xalqın haqqını istəməyə gedirəm.

- Sizin bu problemləri aradan qaldırmaq üçün hansı layihə və ya proqramlarınız var?

-Təbii ki, problemlərlə bağlı bizim müəyyən proqramlarımız var. Platformamda da bu məsələlərin həlli üçün atacağım addımları qeyd etmişəm. Amma mən bir şey deyim, Millət vəkili hansısa problemi həll edən şəxs, yaxud icra orqanı nümayəndəsi deyil. Mən deputat seçilsəm, bütün problemlər qeydə alınacaq, analiz olunacaq, sonra problemlərin həlli 3 mərhələyə bölünəcək,bu məsələlər Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. Aidiyyatı dövlət qurumlarına müraciət edəcəyəm, sorğular göndərəcəyəm. Sonra həmin problemlərin həlli üçün konkret addımlar atacağam. Müraciət etməklə işimi bitmiş saymayacam. Qurumlar qarşısında məsələ qaldıracam ki, seçicilərimin bu problemi niyə aradan qaldırılmır? Mənim istəyim odur ki, seçiciləri narahat edən məsələləri Milli Məclis müstəvisində qaldıraq. Əgər seçicilərin problemi Milli Məclisdə səslənsə, insanları narahat edən problemlər öz həllini tapar.

- Bildiyimiz kimi, bir neçə gün öncə hansı dairədən kimlərin deputat olacağı ilə bağlı siyahı yayıldı. Sizin bu siyahıya münasibətiniz necədir? Sizcə, bu cür addımlar seçicilərə, səsvermə prosesinə təsir edəcəkmi?

-Hesab edirəm ki, bu cür siyahıların yayılması çox ciddi problem yaradır. Biz seçicilərlə görüşlər zamanı onları inandırmağa çalışırıq ki, seçkiyə gəlin, səs verin. Onları inandırmağa çalışırıq ki, bu dəfə daha fərqli və şəffaf seçkilər keçiriləcək. İnsanlarda seçkilərə olan sınmış inamı geri qaytarmağa çalışırıq. Amma seçkiyə 10 gün qalmış belə bir siyahı ortaya çıxdı. Çox təəssüf ki, hörmət etdiyimiz, ictimai nüfuzu olan şəxslər bu məsələyə dəstək verir. Biz vətəndaşlara aşılamaq istəyirik ki, sən öz taleyini özün təyin edəcəksən. Amma bu siyahı bizim bu zamana kimi gördüyümüz təbliğat işlərinə ciddi zərbə vurur. İnsanlar deyir ki, baxın, siyahı bəllidir. Bizim səs verməyimizin heç bir mənası yoxdur. Amma bu, belə deyil. Mənim fikrimcə, həmin siyahıya fikir vermək lazım deyil. Seçkiyə gəlmək, mövqe bildirmək lazımdır. Əgər hər kəs seçkiyə gedib səs versə, vətəndaşların ürəyində olan siyahı reallığa çevriləcək.

- Son olaraq, soruşmaq istərdim ki, seçkilərin nəticələrindən gözləntiniz necədir? Bu dairənin aktiv namizədlərindən biri kimi qələbə qazanacağınız nə qədər real görünür?

- Cəbrayıl və Qubadlı sakinlərinin nə istədiyini yaxşı bilirəm. Əslində bu dairədən namizəd olmağım da təsadüfi deyil. Seçicilərlə görüşlərdə çox gözəl əhval-ruhiyyə və dəstək gördüm. Keçmiş döyüşçülərdən, şəhid ailələrinin üzvlərindən, təmsil etdiyim rayonun sakinlərindən isti münasibət gördüm. Hamısı deyirdi ki, biz şəhid övladı Zaur Məmmədovu dəstəkləyəcəyik. İnsanların görüşündəki münasibətindən, sosial şəbəkədəki dəstəkdən, seçici zənglərindən əminəm ki, seçkilərə müdaxilə edilməsə, qələbə mənim olacaq. Əgər seçkiyə haram qatılmasa, ənənəvi seçki üsulu tətbiq olunmasa, bu dairədə qələbə qazanacağıma inanıram. İstəyirəm seçicilər bunu unutmasın. Əgər mənə səs verib, deputat seçsələr, Cəbrayıl və Qubadlı sakinləri Milli Məclisdə olacaq. Bir sözlə, bu günə kimi görmədikləri Millət vəkili obrazını mənim timsalımda görəcəklər.


{sape_links}{sape_article}