Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
İlham İsmayıl
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 14:58

Dünən, 17:21

Dünən, 17:08

Dünən, 14:47

Dünən, 11:53

26-02-2020, 14:59

26-02-2020, 14:24

26-02-2020, 12:05

26-02-2020, 12:03

25-02-2020, 22:36

25-02-2020, 17:25

25-02-2020, 17:24

25-02-2020, 15:58

25-02-2020, 14:26

25-02-2020, 13:17

24-02-2020, 17:30

24-02-2020, 10:45

24-02-2020, 10:43

21-02-2020, 18:12

21-02-2020, 15:24

21-02-2020, 15:23

20-02-2020, 17:11

20-02-2020, 14:41

20-02-2020, 14:21

20-02-2020, 14:15

20-02-2020, 14:14

19-02-2020, 10:24

19-02-2020, 10:20

18-02-2020, 18:16

18-02-2020, 17:57

18-02-2020, 17:48

17-02-2020, 17:19

14-02-2020, 16:52

10-02-2020, 17:01

10-02-2020, 14:35

10-02-2020, 13:39

10-02-2020, 11:15

10-02-2020, 11:12

9-02-2020, 01:23

8-02-2020, 19:35

8-02-2020, 19:32

8-02-2020, 11:03

7-02-2020, 16:58

7-02-2020, 15:39

7-02-2020, 12:40

7-02-2020, 00:32

6-02-2020, 17:55

6-02-2020, 16:41

6-02-2020, 16:23

6-02-2020, 15:50

6-02-2020, 15:32

6-02-2020, 12:24

6-02-2020, 10:41

5-02-2020, 21:29

5-02-2020, 21:20

5-02-2020, 21:14

5-02-2020, 21:12

5-02-2020, 14:46

5-02-2020, 12:26

5-02-2020, 12:24

5-02-2020, 12:03

5-02-2020, 11:59

5-02-2020, 11:53

5-02-2020, 10:42

5-02-2020, 10:39

4-02-2020, 01:15

4-02-2020, 01:04

4-02-2020, 00:28

Deputatlığa namizədlərdən “deputat siyahısı” ilə bağlı açıqlama

Tarix: 31-01-2020 00:08   
Deputatlığa namizədlərdən “deputat siyahısı” ilə bağlı açıqlama
Ötən gün sosial şəbəkədə 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərinin saxtalaşdırılacağına dair məlumat və Milli Məclisdə təmsil olunacaq şəxslərin “siyahısı” yayılıb. Xatırladaq ki, bu cür ehtimallar əvvəlki seçkilərdə də ortaya atılıb. Əksər hallarda təsdiqini tapıb da.
Bizimyol.info-un əməkdaşı bu siyahıda adları yazılmayan qeydə alınmış deputatlığa namizədlərdən açıqlama alıb.

10 saylı Binəqədi üçünü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Qorxmaz İbrahimli bildirib ki, yayılan siyahıya müvafiq qurumlar münasibət bildirməlidirlər: “Seçki öncəsi yayılan bu siyahı ilk növbədə sosial media ilə əlaqəsi olan seçiciləri tədirgin elədi. İkinci növbədə namizədin könüllülərini tədirgin elədi. Ölkə başçısı dəfələrlə deyib ki seçkilər ədalətli, demokratik keçiriləcək. Seçkiyə qara əl uzadacaq şəxslərə xəbərdarlıq ediblər. Ancaq yazıqlar olsun ki, yerlərdə olan məntəqə üzvləri və digər məmurlar keçmişdən qalmış və vəzifədən kənarlaşdırılmış şəxslərdir. Onlar insanların beynini korlayırlar, ictimaiyyəti çaşdırmaqla məşğuldurlar.

Deputatlığa namizədlərdən “deputat siyahısı” ilə bağlı açıqlama
Bu siyahı ilə bağlı təcili olaraq Prezident Adminstrasiyasının və Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətləri açıqlama verməlidirlər. Növbdənkənar parlament seçkiləri həm ölkə daxilində, həm ölkə xaricində izləyirlər. Seçki prosesində atılacaq yalnış addımlar ölkəmizin gözəl imicini, demokratiyaya doğru atdığı addımları sürətlənditmək istədiyi anda Azərbaycana arxadan zərbədir.

Biriləri çıxır siyahı paylaşırıq ki seçkilərdə bu şəxslər deputat təyin olunacaq. Seçki nədir, təyin olunmaq nədir? Mən vətəndaş olaraq, deputatlığa namizəd olaraq Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahovun açıqlama verməsini tələb edirəm”.

Qorxmaz İbrahimli sosial mediada yayılan siyahıda adları qeyd olunmuş keçmiş deputatların açıqlama verməsini də gözlədini bildirib: “Namizədliyini vermiş keçmiş deputatlar heç olmasa qeyrətə gəlib bəyanat verib geri çəkildiklərini deyərdilər. Yaşlı deputatlar “Ağsaqqal yaşda gəlib seçkiyə girmişəm, mənim mandatım dövlətimə fəda olsun” deməliydilər. Onlardan da biri bizim dairədən namizəd Madər Musayevdir. 30 ildir buradan deputatdır, yenidən bu dairədən namizədliyini verib. Bu gün danışmayan yaşlı namizədlərdən heç olmazsa 10 nəfəri namizədliyini geri götürməlidirlər, dövləti də pis vəziyyətdən çıxarmalıdırlar”.

Açıqlanan siyahı ilə bağlı deputatlığa namizəd Qorxmaz İbrahimlinin seçki qərargahı bəyanat verib. Bəyanətda bildirilib ki, əksər hallarda seçki öncəsi yayılan siyahı təsdiqini tapsa da, bu dəfə ölkədə situasiya fərqlidir: “Ölkə rəhbərliyinin zəmanəti ilə cəmiyyətdə azad və ədalətli seçkilərə inam formalaşıb, namizədlər arasında ciddi rəqabət gedir.

Hesab edirik ki, seçiciləri ruhdan salmağa, seçici fəallığını zəiflətməyə, yenidən cəmiyyətdə məyusluq əhval-ruhiyyəsinin hökm sürməsinə səbəb ola biləcək bu cür gümanlara, “siyahılara” rəsmi münasibət bildirilməlidir. Məsələyə Prezidentin Mətbuat Xidməti və MSK səviyyəsində müdaxilə olunmalıdır ki, yanlış anlaşılmalar meydana çıxmasın.

Demokratik seçki arzusunda olan, bərabər imkanlar şəraitində mübarizə aparmağa çalışan bütün namizədləri də səsimizə səs verməyə çağırırıq. Bu təşəbbüsümüzə dəstək olun ki, demokratik seçkilər və müasir çağırışlara cavab verən Parlament formalaşdırmaq yolunda açılmış fürsət qapıları bağlanmasın”.

Deputatlığa namizədlərdən “deputat siyahısı” ilə bağlı açıqlama
120 sayılı Cəbrayıl - Qubadlı seçki dairəsindən namizəd Zaur Əhməd bildirib ki, seçki seçicilərin iradəsi nəticəsində formalaşır: “Belə bir siyahının açıqlanması yalnışdır. Çünki seçkinin nəticələri vətəndaşın seçkiyə münasibətindən formalaşır. Namizədliyimi verdiyim dairədən adı ən çox hallanan namizəd YAP-ın namizədidir. Sosial mediada yayılan siyahıda onun adı salınıb. Məncə bu seçkiyə bəribaşdan kölgə salmaqdır.

Ümid edək ki seçki tam ədalətli və şəffaf olacaq. Tələsməyək! Fevralın 10-da hər şey açıqlanacaq. Onu da qeyd edim ki, bütün görüşlərdə seçiciləri seçkiyə inamını artırmağa çalışırıq. Onların seçkiyə gəlmələrini xahiş edirik ki, bu dəfə parlament seçicinin iradəsi ilə formalaşsın. Biz firkilərimizi bu cür təlqin edirik. Amma bu çür siyahılar seçicini seçkidən uzaqlaşdırır, seçiyə marağını daha da azaldır. Hesab edirəm ki bu cür siyahılara fikir vermək lazım deyil, seçkidə iştirak etmək lazımdır. Namizədlərin təkliflərini və platformalarını analiz eləyəndən sonra seçicilər öz qərarını verməlidirlər”.

61 saylı Neftçala seçki dairəsindən namizəd Kamran Əsədov ilk növbədə bildirib ki, Milli Məclisə keçiriləcək növbədən kənar seçkilər 30 illik müstəqillik dövründə ilk belə hadisədir: “Nəzərə alsaq ki, ölkə prezidenti, cənab İlham Əliyev yeni parlamentdə yeni simaların olmasını tövsiyyə edib, deməli, bu dəfə biz tamamilə fərqli bir seçki nəticələrini görəcəyik. Bilirik ki, İlham Əliyev 2018-ci ildə prezident seçiləndən sonra ölkədə yeni islahatlar dövrü başladı.

Sonuncu parlament isə bu islahatlardan geri qalırdı. Məndə bu islahatlar prosesinə inanıb seçki prosesinə qoşuldum. Düşünrəm ki, bilik və bacarığım, təcrübəm dövlətin inkişafına təkan verə bilər, ölkə təhsilinin dünyaya inteqrasiya etməsinə və inkişafına dəstək ola bilər.

Buna görə də 15 gündən artıqdır ki, namizədliyimi irəli sürdüyüm 61 saylı seçki dairsənini 48 yaşayış məntəqəsinin hər birini gəzir, 42 min seçici ilə görüşlər keçirirəm. İnsanlarda seçkiyə itmiş inamı bərpa edib, onları yenidən seçkiyə dəvət edirəm. Bunun üçün kifayət qədər maddi resurs, insan cəlb etmişik. Amma təəssüflər olsun ki, bu gün sanki rəsmiləşmiş bir siyahı təqdim edilir. Bu məndə daha çox çalışmaq, insanları seçkiyə çağırmaq istiqamətində səyləri artırmağa yönəltsə də, bəzi seçiciləri ruhdan salır. Onlar yenə də bu seçkinin xalqın iradəsinə zidd olduğunu düşünürlər. Təqdim edilən siyahının böyük əksəriyyəti prezidentin siyasətinə, iradəsinə ziddir. Bu gün təəssüflər olsun ki, kimlərisə ölkədə aktivləşən seçki prosesi və islahatlar narahat edir. Ölkədə heç bir siyasi fəaliyyəti olmayan və siyasi, sosial dayağı olmayanlar insanları məqsədindən yayındırmaq istəyirlər.

Ölkə yeni islahatlar yoluna qədəm qoyub. 15 gündür ki, 61 saylı seçki dairəsində təbliğat aparıram, seçicilər mütləq şəkildə seçkiyə gedib mənə səs verəcəkərini deyirlər. Hər bir vətəndaş prezidentin siyasətini dəstəkləyir və seçkinin ədalətli, şəffaf olacağına inanır.

Seçki öncəsi belə siyahıların təqdim edilməsi yaxşı hal deyil. Əlbəttə ki, hər kəs dairələr üzrə öz dəstəklədikləri namizədləri qeyd edə bilərlər, amma qəti şəkildə ki, bu belə olacaq, o yanlışdır. Misal üçün, 61 saylı Neftçala seçki dairəsində siyahıda qeyd olunan olmayacaq. Bunun üçün bütün gücümüzü qoyub seçicini cəlb edirik”.