Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
İlham İsmayıl
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 14:59

Dünən, 14:24

Dünən, 12:05

Dünən, 12:03

25-02-2020, 22:36

25-02-2020, 17:25

25-02-2020, 17:24

25-02-2020, 15:58

25-02-2020, 14:26

25-02-2020, 13:17

24-02-2020, 17:30

24-02-2020, 10:45

24-02-2020, 10:43

21-02-2020, 18:12

21-02-2020, 15:24

21-02-2020, 15:23

20-02-2020, 17:11

20-02-2020, 14:41

20-02-2020, 14:21

20-02-2020, 14:15

20-02-2020, 14:14

19-02-2020, 10:24

19-02-2020, 10:20

18-02-2020, 18:16

18-02-2020, 17:57

18-02-2020, 17:48

17-02-2020, 17:19

14-02-2020, 16:52

10-02-2020, 17:01

10-02-2020, 14:35

10-02-2020, 13:39

10-02-2020, 11:15

10-02-2020, 11:12

9-02-2020, 01:23

8-02-2020, 19:35

8-02-2020, 19:32

8-02-2020, 11:03

7-02-2020, 16:58

7-02-2020, 15:39

7-02-2020, 12:40

7-02-2020, 00:32

6-02-2020, 17:55

6-02-2020, 16:41

6-02-2020, 16:23

6-02-2020, 15:50

6-02-2020, 15:32

6-02-2020, 12:24

6-02-2020, 10:41

5-02-2020, 21:29

5-02-2020, 21:20

5-02-2020, 21:14

5-02-2020, 21:12

5-02-2020, 14:46

5-02-2020, 12:26

5-02-2020, 12:24

5-02-2020, 12:03

5-02-2020, 11:59

5-02-2020, 11:53

5-02-2020, 10:42

5-02-2020, 10:39

4-02-2020, 01:15

4-02-2020, 01:04

4-02-2020, 00:28

4-02-2020, 00:24

3-02-2020, 16:03

3-02-2020, 16:01

3-02-2020, 15:56

3-02-2020, 15:44

“Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” - Rus generalı 20 yanvar qırğınından YAZIB

Tarix: 20-01-2020 20:18   
 “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq”
Müasir Rusiyanın hərb tarixini Aleksandr Lebed olmadan təsəvvür etmək mümkün deyil. Əfqanıstan müharibəsinin aktiv iştirakçısı olan Lebed 1992-ci ildə Dnestryanı və Çeçenistan müharibələrinin də aktiv iştirakçısı olub. Onun hərbi bioqrafiyasında Sovet İttifaqının son illərində baş verən Tbilisi olayları (1989-cu il aprel) və 1990-cı ilin 20 yanvarındakı Bakı qırğınının da önəmli payı var. 1995-ci ildə çap etdiyi “Za derjavu obidno” adlı xatirələr kitabında o, 20 yanvar hadisələri ilə bağlı “xatirələrini” bölüşüb. Həmin vaxt SSRİ Hərbi Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri olan general-mayor Lebed 20 yanvar hadisələrinin əsas iştirakçılarından biridir.

Xatırladaq ki, general Aleksandr Lebed 2002-ci ildə helikopter qəzasında həlak olub.

Modern.az saytı Lebedin 20 yanvar hadisələri ilə bağlı “xatirələrini” ixtisarla təqdim edir. Bu qeydlərdə Lebed 20 yanvar gecəsi işğalçı imperiya ordusunu qarşılamaq üçün yollara, meydanlara çıxan azərbaycanlıları kriminal qüvvələr kimi təqdim etməyə çalışıb.

- Bakıda planlı təşkilatçılıq işim alınmadı. Bunun bir neçə səbəbi var idi. İlk növbədə hərbi komandanlığın qərarlarının yerlərdə sabotaj olunması. İkinci tərəfdən şəhərin “inqilabçı” fəaliyyəti onun maddi bazasını tükətmişdi. Üçüncüsü, Bakının bütün “qaynar nöqtə”lərinə baş çəkən general Tyaqunov yox idi. Onun qart səsi insanlara sehrli təsir göstərirdi. Ən dəliqanlı şəxslər də onun sözlərindən sonra sakitləşirdi. Bundan başqa, o, əsl təşkilatçı idi!

Ümumilikdə, komandirlər yuxarı rəhbərlikdən kor-koranə və düşünülməmiş əmrlər alırdı. Bu əmrlərin mahiyyəti: “Orda dur, bura gəl!” formulasında idi. Əmr və göstərişlər bəzən mənə yox, yerlərdəki zabitlərə verilirdi. Müvafiq komandirlərdən əmrlərin məramını dəqiqləşdirmək istəyərkən isə tez-tez söyüşlə qarşılaşırdım. Söyüş isə bildiyiniz kimi zəiflik və başıpozuqluqdan irəli gəlirdi.

Təcrübəmə əsasən bilirdim ki, yuxarı komandanlığın necə sərt göstərişlər verilməsindən asılı olmayaraq, son nəticəyə görə cavabdeh mən olacaqdım! Ona görə də bütün təhqir və hədələrə baxmayaraq, bir şeyi dedim: diviziyanın komandiri mənəm! Bir neçə xoşagəlməz insidentdən sonra fikirlərim rəhbərliyin beyninə yeridi və diviziyanın idarə olunması asanlaşdı. Bütün nəzarət altında olan strukturlarım vasitəsilə Bakıdakı vəziyyəti aydınlaşdırmağa çalışırdım. Müxtəlif səviyyəli komandirlər, siyasi işçilər şəhər sakinlərinin həyəcanlı vəziyyətdə olduğunu, hərbçilərin ünvanına çoxsaylı təhqirlər və hədələrin səsləndirildiyini və toqquşmaların baş verdiyini məruzə edirdilər. 24 saat keçmirdi ki, daha bir neçə əsgərin xəsarət alması barədə məlumat alırdıq.

Bu şəraitdə mən Bakının dəniz vağzalını nəzarətə götürmək tapşırığı aldım. Müəyyən olunmuşdu ki, Xalq Cəbhəsinin 150-ə yaxın üzvü oradan sovet ordusuna qarşı göstərilən müqaviməti koordinasiya edirdi.

Qısa müddətdə 106-cı diviziyanın qərargahı vağzalı götürək üçün əməliyyat planı hazırlandı. Əməliyyata rəhbərliyi Kostroma alayının polkovniki Y.Savilova həvalə etdim. Tapşırığa əsasən, 24 yanvar səhərə yaxın 4:30 radələrində alay vağzal ətrafında mövqe tutdu və 5:30-a qədər oranı nəzarətə götürməyə başladı. Yalnız atəşə tutulsaydıq, cavab atəşi açmağa icazə verilmişdi, mümkünsə, hər şey qansız olmalıydı.
Hər şey hazır idi. Ön dəstələr hərəkətə başlasalar da, əməliyyata Bakıdakı qoşunların komandanı general-polkovnik Açalov müdaxilə etdi. Orada nə baş verdiyini indiyə qədər bilmirəm, amma o, şəxsən telefonda mənə “Dərhal hücumu dayandır!” göstərişi verdi. Biz də dayandıq. Səhər saat 6-da yenə həmin Açalov təəccüblü səslə yeni komanda verdi: “Siz alayı dayandırmısınız? Sizi lənətə gələsiniz, irəli!”.

Səhər 7-yə yaxın alay heç bir itki verməyərək iki tərəfdən dəniz vağzalını ələ keçirdi. Əlimizə həm də Xalq Cəbhəsinin yüksək keyfiyyətlərə malik “Sabit Orucov” gəmisi (Finlandiya gəmiqayırma zavodunda inşa olunmuşdu) keçdi. Tapşırıq yerinə yetirilsə də, həmişə belə vəziyyətlərdə olduğu kimi müxtəlif kateqoriyalı çətinliklər baş qaldırdı.



İlk çətinlik, saat 7:05-də dənizdən “Neftqazdonanma” gəmisinin bizim mövqelərimizə yaxınlaşması oldu. Sahilə 250 metr qalmış gəminin göyərtəsindəki 15-17 silahlı şəxs alaya atəş açmağa başladılar. İlk saniyələrdə çavuş və sıravi əsgər ağır yaralandılar.
(Güllə çavuşun belinə, onurğa sütununun sağından dəymişdi. Hospitalda onun 1,5 metr bağırsağını yenidən daxilə yığdılar. Sıravi əsgər isə başından güllə yarası almışdı. Bir aydan sonra o, hospitalda vəfat etdi).
Sahildə mövqe tutan bölük gəmi cavab atəşi açmağa başladı. Alay komandirinin ani qərarı ilə 4 zirehli “BMD-1” maşınının hər biri gəmiyə doğru 2 kumulyativ qumbara atdı. Gəmi alovlara qərq oldu. Sağ qalmış döyüşçülər gəmiyə bağlı olan qayığa atılaraq uzaqlaşdılar.

Hər şey bitəndən sonra əsgərlər hərbi dəniz donanması ilə müharibə etdikləri barədə zarafatlar edirdilər.

İkinci çətinlik, Dəniz vağzalı ilə yanaşı, onun restoranı da əsgərlərimizin nəzarətində idi. Restoranda isə kabab, balıq, qara və qırmızı kürü var idi. Əsgərlər isə 1 həftə idi zəif qidalanırdılar və döyüşdən sonra ehtirasa gəldikləri üçün çox ac idilər. Onlar restorandakı səhər yeməyini haqlı olaraq hərbi qənimət sayırdılar və yeməyi elə yedilər ki, orada yalnız salfetlər qaldı.

Üçüncüsü, anlaşılmaz gecikməyə görə planlaşdırılan 150-200 nəfər yerinə 20-dən bir az artıq insan həbs olunmuşdu. Məhz gecikməyə görə, çünki Xalq Cəbhəsinin əksər üzvləri saat 5-6 arası qaçıb gizlənməyə macal tapmışdılar. Kimsə əməliyyatlarını “satmışdı”. Fikirləşmişəm ki, bu işdə komandanın əli var idi. O yəqin ki, kiminsə oyununda “peşka” idi. Amma qed etməliyəm, Hava-Desant Qoşunlarının komandanını dayandırmaq üçün çox böyük adam olmaq lazım idi.

Dördüncüsü, təsərrüfat tağımlarının və batalyonlarının yaşlı, təsərrüfatçı, çox təcrübəli komandirləri yaranmış situasiyada, özləri demişkən, “müftə yolla” azalmış ərzaq ehtiyatlarını doldurmaq istəyirdilər. Biri restoranın dərinliklərindən 2 çex pivəsinin yeşiyini, ikincisi dənli kofe bankalarını götürdü. Pivə və kofeni demək olar ki, o saat qaytardıq.

Beşincisi, bu sahədə kifayət qədər təcrübəsi olan siyasi işçilər və zabitlər dəniz vağzalının administrasiyasından onların hərbçilərə qarşı iddiasının olub-olmaması ilə maraqlandılar. Lakin administrasiya çoxsaylı təşəkkürlər etməyə başladı. Xüsusən, binaya, onun pəncərələrinə və divarlarına hücum zamanı heç bir xələlin gətirilməməsinə görə. Administrasiya yalnız yeyilən səhər yeməyinə görə iddialı oldu. Onlara təklif etdik ki, qoy hesab eləsinlər ki, yeməyi cəbhəçilər yeyib və sonra qaçıblar. Vağzalın administrasiyası bu təkliflə razılaşdı və konflikt həllini tapdı.

Bizə ən çox minnətdarlıq edən isə restoranın mühasibi Qalina Nikolayevna Mamedova idi. Amma bu haqda sonra danışaram.
Fikrimcə, alay qarşısına qoyulan əsas tapşırığı yerinə yetirdi: onun fəaliyyəti nəticəsində komanda mərkəzi, müqavimətin mərkəzi, yaxud necə istəyirsiniz elə də deyin, cəbhəçilərin əsas məntəqəsi ləğv edildi. Məhz bundan sonra şəhərdəki gərginlik azalmağa başladı və həyat öz əvvəlki axarına qayıtdı.

Kostroma alayı şəhərdə keşik çəkmək üçün qaldı, qalan 2 alayla mən Qala aerodromuna qayıtdım.

Aerodroma çatmışdım ki, Moskvadan şəhərdə 19-20 yanvarda baş vermiş cinayətləri araşdırmaq üçün SSRİ Prokurorluğunun və Hərbi Prokurorluğun 39 nəfərdən ibarət ortaq istintaq qrupunun gəldiyin eşitdim. Onların əsas araşdırma obyektlərindən biri mənim diviziyamın fəaliyyəti idi. İstintaq qrupu Salyan kazarmasının yanında yerləşən mehmanxanada yerləşmişdi. Məni məhsuldar əməkdaşlıq üçün söhbətə dəvət edirdilər.



İstintaq qrupunun rəhbəri adını unutduğum general-mayor idi. İstintaq qrupunun bəzi üzvlərini tanıyır, bəzilərini isə tanımırdım.

Anlayırdım ki, hər an partiya nomenklaturasının yaxud Mixail Qorbaçovun tele-şousunun qurbanına çevrilə bilərəm. Müstəntiqləri qısa olaraq Bakıdakı vəziyyətlə tanış etdim. Onlar başlarını yelləsələr də, işi qərəzsiz aparmaqda qərarlı olduqlarını bildirdilər. Onlardan biri 150-170 kağız vərəqəni mənə uzatdı. Gözümü vərəqələrə tez-tələsik gəzdirdim və hamısının üstündə “Hərbi desant qüvvələrinin 19-20 yanvar 1990-cı ildə Bakıya daxil olarkən törətdikləri cinayətlərin siyahısı” başlığı var idi. Mətn eyni olsa da, rəqəmlər eyni idi: “Yüzlərlə ölü, minlərlə yaralı”.
İstintaq materiallarına görə şəhər sakinlərindən çoxsaylı maşın, soyuducu, xalça, pul və zinət əşyalarının qarət olunduğu bildirilirdi. Məqsəd bir idi: günahkarları tapmaq və sərt şəkildə cəzalandırmaq.

Şikayətçilərdən biri isə dəniz vağzalının restoranında mühasib işləyən Qalina Mamedova idi. Onun şikayətlərindən aydın oldu ki, Mamedovanın stolunun rəfindən işçilərə ödənilməli olan 12 min rubl avans, brilliyant qaşlı qızıl sırğalar, fransız ətirləri və s. oğurlanmışdı. Dəniz vağzalının direktoru və müavini isə öz şikayətlərində vağzalın tamamilə qarət olunduğunu qeyd edirdilər. Siyahıda 200-dən artıq müxtəlif cihaz – televizor, video-cihaz, xalça və hətta 6 divanın oğurlandığı qeyd olunmuşdu.

Divanların oğurlanması barədə şikayəti oxuyanda uzun müddət güldüm. Sonra üzümü müstəntiqlərə tutaraq bu şikayət ərizələrini zibil yeşiyinə atmağı məsləhət gördüm.

Bir neçə gün istintaqda oldum. Bakı sakinlərinin şikayətləri minlərlə idi. Onların hamısını incələmək üçün müstəntiqlərin vaxtı yox idi. Bu vəziyyətdən necə çıxmaları barədə anlayışım yoxdur. Öz vicdanlarını təmizləmək üçün 5-7 nəfərlik müstəntiq qrupu zabitlərin müşayiəti ilə Qaladakı hərbi texnikanı və anbarları bir-bir yoxladı. Heç nə tapmadıqdan sonra tez-tələsik ərazidən uzaqlaşdılar.

1990-cı il yanvarın sonu Azərbaycandakı gərginlik mərkəzdən bölgələrə doğru yayıldı. İnformasiyalar çox vahiməli idi. Ölkənin cənubunda vəziyyətin kritik həddə çatması, rayonların icraiyyə komitələrinin binalarının yandırılması, milislərin döyülməsi və s. xəbərlər gəlirdi.

Tezliklə, daha həyəcanlı xəbər aldıq: Cəlilabadda sovet hakimiyyəti devrilmişdi!..


HAZIRLADI: Vüqar İSMAYİLOV