Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

Yeni dövlət qurumu yarandı-sərəncam

Tarix: 06-05-2015 14:34   
Yeni dövlət qurumu yarandı-sərəncam
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi yaradılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi isə torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumların da sayı artıb. Bu sıraya Təlim-Tədris Mərkəzi və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi əlavə edilib. Yeni strukturların yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi haqqında yeni Əsasnamə təsdiq edilib. Eyni zamanda Dövlət Komitəsinin aparatının və Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi 726 ştat vahidindən 851 ştat vahidinə çatdırılıb.

Başqa sözlə, Dövlət Komitəsinin aparatı işçilərinin say həddi 245 ştat vahidi, ərazi bölmələrinin işçilərinin say həddi 345 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti aparatının işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi aparatının işçilərinin say həddi 55 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi 61 ştat vahidi müəyyən edilib.

Onu da qeyd edək ki, dünən Mia.az Əmlak Məsələləri Dövlət Komitəsində yeni qurumun yaradılacağı xəbərini yazmışdı.

(http://mia.az/w118941/Q%C9%99rib_M%C9%99mm%C9%99dovun_aspirant%C4%B1_v%C9%99_%C5%9F%C3%B6b%C9%99_m%C3%BCdirin%C9%99_v%C9%99zif%C9%99_veril%C9%99c%C9%99k/)

Həmin xəbərdə o da bildirilmişdi ki, yeni quruma ləğv edilən Torpaq və Xəritəşəmə Komitəsinin Bakı şəhər şöbəsinin sabiq rəhbəri Natiq Məlikov rəhbər təyin ediləcək. İndisə aydın olur ki, Mia.az-ın xəbəri kiçik istisnalarla (Prezident sərəncamı ilə komitənin tərkibində departament deyil, agentlik yaradılıb) təsqiqlənməkdədir.


{sape_links}{sape_article}