Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

"Qərbin Azərbaycanda yaratdığı siyasi partiyalarla heç vaxt bir arada ola bilmərik"

Tarix: 01-02-2015 00:12   
"Qərbin Azərbaycanda yaratdığı siyasi partiyalarla heç vaxt bir arada ola bilmərik"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Trend-ə müsahibəsini təqdim edirik.

- Müasir Müsavat Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak etməyi planlaşdırırmı?

- Əlbəttə, bizim partiyamız parlament seçkilərində iştirak etmək barədə qərar verib. 2015-ci ildə görəcəyimiz işlər barədə partiyanın İdarə Heyəti tərəfindən tədbirlər planı təsdiq olunub. Partiyamız parlament seçkilərinə hazır vəziyyətə gətirilib. Başqa müxalifət partiyalarından fərqli olaraq, bizim rayon təşkilatlarımız monolit, güclüdür, qarşısına qoyduğu məsələləri həll edə bilir. Sadəcə həmin rayonlardan kimlərin namizədliyini verəcəyimizlə bağlı məsələ qalır. Yəni biz istəyirik ki, namizədliyini verəcəyimiz üzvlərin həmin dairələrdə, insanlar arasında nüfuzunun hansı səviyyədə olduğunu müəyyən edək. Hazırda müəyyən vasitələrlə onların reytinqini öyrənirik. Biz, həmçinin təbliğat-təşviqat qrupları yaratmışıq və hazırda təbliğat-təşviqat işləri ilə bağlı konsepsiyalar hazırlayırıq. Yəni seçkilərə hazırlıq işləri davam etdirilir.

Bu gün Azərbaycanda müxalifət partiyaları arasında ən çevik, qarşısına məqsəd qoyan və o məqsədə çatmaq üçün planı olan partiya Müasir Müsavat Partiyasıdır. Yəni milli müxalifətin missiyasını öz üzərinə götürən Müasir Müsavat Partiyası istəyir ki, Azərbaycan xalqının problemlərini parlamentdə səsləndirsin və orada ona əlac tapsın. Calışacağıq ki, bu istiqamətdə müəyyən fikri olan, müstəqil düşüncəyə malik, heç bir xarici dövlətin, kəşfiyyatın əlinə keçməyən insanları parlamentdə görək və millətimizə xeyir verə bilək.

- Hazırda bir sıra müxalifət partiyaları parlament seçkiləri ilə bağlı blok yaratmaq istiqamətində iş aparır. Sizə də bu cür bloka qoşulmaq təklifi gəlibmi?

- Bütün partiya sədrləri hamısı mənə mesaj göndərirlər ki, gəlin bu məsələləri birgə müzakirə edək. Amma bir çox partiyalar var ki, sədrdən başqa heç kim yoxdur. Yəni o partiyaların nə idarə heyəti, nə siyasi şurası, nə də üzvləri var. Onların təkliflərinə cavab olaraq mən də deyirəm ki, sizin partiyanız partiyadırsa, sizin idarə heyətinizlə bizim idarə heyətimizin, sizin siyasi şuranızla bizim siyasi şuramızın üzvləri görüşsün, danışıqlar aparsın. Məsələ bu məqama gələndə baxırsan ki, bir sədrdir, bir də partiya. Yəni bu cür partiyalar çoxdur. Bizim siyasi nüfuzumuzdan, partiyanın çevik üzvlərindən istifadə etmək istəyən bir sıra partiyalar da var. Biz də buna getmirik. Real partiyalarla əlbəttə ki, danışıqlar aparırıq, aramızda müəyyən anlaşılmazlıqlar var. Amma blok məsələsinə gəlincə, hələ bu məsələ ilə bağlı müəyyən yoldaşlarla, partiya daxilində məsləhətləşmələr gedir. Görək axırı nə olur. Bu, tək məndən asılı deyil.

Əlbəttə, mən istəyərdim ki, Azərbaycanda milli maraqlara xidmət edən qüvvələr bir arada olsun. Amm bunu görə bilmirəm. Mən həmişə milliyyətçi bir adam, millətini, dövlətini sevən bir adam olmuşam. Mən indi başqaları ilə separat danışıqlara gedə bilmərəm.

- Siz də qeyd etdiniz ki, milli qüvvələri bir arada görə bilmirsiniz. Sizcə bunun səbəbi nədir?

- Onların hərəsinin bir yiyəsi var. Onlar qərbə xidmət edən, Avropanın müəyyən dairələrinə xidmət edən insanlardır. Misal üçün, Milli Şuranı götürək. Milli Şura qərbdən, Avropadan gələn tapşırıqları icra edən bir təşkilatdır. O cümlədən Müsavat Partiyası. Onsuz da indi Müsavat Partiyası dağılıb, orada bir qrup siyasi alverçilər qalıb. İndi onlar da alverlə məşğuldurlar. Onların da yiyələrinin bir hissəsi Avropadadır, bir hissəsi də qərbdədir. AXCP-də də 5-10 nəfər var və onlar da qərbdən gələn maliyyəni mənimsəyirlər.

Bunlar Azərbaycanın milli maraqları naminə, Azərbaycanda gedən prosesləri izləyib ortaya bir şey çıxarmaq naminə heç vaxt birləşməyiblər və birləşməyəcəklər də. Çünki xaricdəki ağaları imkan vermir, onların hərəsinin quyruğu xaricdəki kəşfiyyat orqanlarının birinin əlindədir. Lazım olan anda, əgər yiyələri göstəriş verərsə, bunlar bir arada olacaqlar.

Yəni milli müxalifətin başında duran Müasir Müsavat Partiyasının sədri kimi çalışıram ki, Azərbaycanda millətini sevən, dövlətçilik mövqeyində olan siyasi qüvvələrlə həmişə dialoq aparam, əməkdaşlıq edəm. Yoxsa ki, qərbin Azərbaycanda yaratdığı siyasi partiyalarla heç vaxt bir arada ola bilmərik. Onlar hər dəqiqə çalışırlar ki, mənimlə münasibətləri düzəltsinlər ki, mən onların üzərinə qəti şəkildə getməyim. Onları elə günə salmışam ki, bu gün nokaut vəziyyətindədirlər.


{sape_links}{sape_article}