Xəbər lenti
Dünən, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

"Vəhhabilərin həbsi problemin köklü həlli deyil" – MÜSAHİBƏ

Baxılıb: 633     Tarix: 20-11-2014 17:10   
"Vəhhabilərin həbsi problemin köklü həlli deyil" – MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, noyabr ayının 11-də Sumqayıtda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Qeyd edək ki, Zöhrab Şıxəliyev Sumqayıtda vəhhabilərin lideri kimi tanınırdı. Mövzu ilə əlaqədar Birlik.az saytı Sumqayıtda və ölkədə baş verən vəhhabi əməliyyatları bağlı politoloq Bəhruz Salmanovla müsahibəsini təqdim edir:

– Bəhruz müəllim, dövlətin təhlükəsizlik və mühafizə orqanlarının vəhhabi (sələfilərlə) bağlı keçirtdikləri əməliyyatları necə qiymətləndirirsiniz?
– Bilirsiniz, təhlükəsizlik orqanlarının bu cür reaksiyaları təbii və gərəklidir. Bu cür əməliyyatlar nəinki qeyri-ənənəvi məzhəblərlə bağlı ümumən xaricdən ixrac olunan və mənəvi dəyərlər pərdəsi altında xalqımıza, cəmiyyətimizə sırınan, həqiqətdə isə təzyiq mexanizmi (rıçaq) rolunu icra edən, dövlətçiliyimizə təhlükə yaradan hər bir ideologiyaya qarşı aparılmalıdır. Düzdür, həbslərin aparılması problemin qarşısını müvəqqəti də olsa, alır. Bir sözlə, mən bu cür mübarizəni problemin köklü həlli kimi qiymətləndirmirəm.
– Məsələnin köklü həllini nədə görürsünüz ?
– Biz kompüter, internet, sputnik əsrində yaşadığımızdan belə dağıdıcı ideologiyaların ölkəyə daxil olmasının qarşısını dövlət tamamilə ala bilməz. Mən heç bunun tərəfdarı da deyiləm. Ən effektiv addım əsrlər boyu dövlətçiliyimizi möhkəmləndirən milli-mənəvi dəyərlərin, ənənəvi məzhəblərin, vətənpərvərliyin institusional şəkildə təbliğatının gücləndirilməsidir. Buna kifayət qədər resurslarımız və imkanlarımız var.
– Bu problemin həllində hansı addımları təklif edirsiniz?
– Təklif edirəm (red.təbəssüm edir)... İlk növbədə dövlətçiliyimizi möhkəmləndirən milli-mənəvi dəyərlərimizə sadiq olan ekspertlər işə cəlb olunmalıdır. Bu məsələyə çevik reaksiya verilməlidir. Çünki strateji məsələdir və təcili effektverici tədbirlər görülməlidir. Bu təbliğat maşını bütün ictimai informasiya vasitələrində öz yerini tapmalıdır. Əsasən də, məktəblərdə. Çünki artıq tədris müəssilərində şagirdlər, tələbələr bu zəhərli düşüncələrə aludə olurlar. Hər bir tərbiyə-təhsil strukturunda tərbiyəçilər olmalıdır. Bir də ki, bütün sağlam düşüncəli insanlar, cəmiyyətlər İslam dininin kamil bir ideologiya olduğunu qəbul edərək kütləvi surətdə İslamı qəbul edirlər. Azərbaycan xalqı da İslam dinin varisi olan xalqlar sırasında olduğu halda, hansısa mənəvi “dəyəri ” neyləyir?!
– Azərbaycan insanına sözünüz?
– Çox pis vəziyyətdə qoyursunuz məni, çünki Azərbaycan xalqının ziyalılarının dediyi tövsiyələr qarşısında mən nə deyə bilərəm (təbəssüm edir). Təkid etdiyinizə görə, dövlətçiliyimizin qurulmasında xidmətləri olmuş bir dahinin sözləri ilə bitirirəm: “Bizə nə demokratiya, nə də sosializm lazımdır. Bizim milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizin möhkəmlənməyinə və sağlam cəmiyyətin qurulmasına kifayət edir ”
Söhbətləşdi: Toğrul Musayev
Birlik.az