Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Bakıda yalnız qadınları masaj edən kişilər var

Tarix: 23-10-2014 16:39   
 Bakıda yalnız qadınları masaj edən kişilər var
Müxtəlif adlar altında fəaliyyət göstərən masaj salonlarının sayı paytaxtımızda durmadan artır. Amma müalicəvi prosedur sayılan masaj, əksər hallarda tibbi personal tərəfindən deyil, adi insanlar tərəfindən aparılır. Halbuki, masaj - xəstə və yorğun bir orqanın yenidən əvvəlki durumuna qaytarılması üçün orqanizm üzərində tətbiq edilən fizioterapevtik müalicə üsuludur.

Üstəlik, son zamanlar fərdi xidmət göstərən masajçılar peyda olub ki, bunlar həm öz evlərində, həm də sifarişlə istənilən yerdə xidmət göstərirlər. Analitik.az bu xidmətin özəlliklərini araşdırıb, kifayət qədər heyrətamiz faktlar ortaya çıxardı.


“Gözəl və rahatladıcı masaj edirəm, yalnız qadınlara, pulsuz 24 saat... İslam.” Bu elana qəzet səhifəsində rast gələndə, xidmətin pulsuz və təkcə qadınlar üçün olması diqqətimizi çəkdi. Odur ki, əməkdaşımız dərhal masajçı İslama zəng edib, hansı məqsədlə pulsuz xidmət göstərdiyini soruşdu. Qarşı tərəfin cavabı belə oldu: “Pulsuz masaj etməkdə məqsədim xalqa xidmətdir. Pulsuz masaja daha çox ehtiyacı olanlar var.”

Ailəli olduğunu bildirən İslam heç bir masaj salonunda və yaxud SPA mərkəzində işləmir. Evində də masaj etmədiyini dedi: “Ailəliyəm, amma yoldaşımın bu məsələlərlə əlaqəsi yoxdur. Evdə masaj etmirəm. Xanımların evinə gedirəm. Gecə saat 2-də də olsa, hara lazım olsa gəlirəm. Siz necə istəyirsinizsə, elə də masaj edirəm. Super masaj edirəm, siz də həyat yaşayırsız. Gözəl bir gün keçirirsiz...”

Növbəti elanda yalnız qadınları, bir də qadınla kişini bir yerdə masaj etdiyini bildirən Fərid adlı şəxslə əlaqə saxladıq. Fərid ev şəraitində hər iki cinsin nümayəndəsinə xidmət göstərdiyini dedi: “Qadınlara, həmçinin kişilərə də xidmət göstərirəm. Sizin evinizə də gələ bilərəm.” Xidmətin qiymətini soruşduqda isə Fərid israrla ev telefonuna zəng etməyimizi istədi: “Siz ev telefonuna zəng vurun və bu barədə ətraflı danışaq.”


Biz də Fəridin ev nömrəsinə zəng vurduq. O, problemin nədən ibarət olduğunu soruşdu: “Sizdə nə problemlərdir? Açıq danışmaq olar sizinlə?” Ona müalicəvi masaja ehtiyac olduğunu deyirik, əvəzində xidmətlərini təklif edir: “İntim masajı da edirəm. Mən gəlməliyəm sizə? Subayam və günorta 2-yə qədər evdə masaj edirəm. Siz harada qalırsız? Bağda? Sizə axşam tərəfi lazımdır? Qoy gəlim baxım görüm nə masajdir, sonra qiymət deyərəm. ” Uzun-uzadı suallarından sonra nəhayət, qiymət məsələsinə belə ayınlıq gətirdi: “Belə standart masaj saatı 40 manatdır. Siz necə masaj istəyirsiniz? Ayaqdan başa qədər yoxsa, hərtərəfli istirahət? Hərtərəfli masajın 1 saatı 50 manatdır.”




Fərid onu da dedi ki, masaj zamanı istifadə etdiyi yağları burda satmırlar. “İrandan gətirirəm, otlardan, bitkilərdən düzəlmiş efir yağlarıdır. 28 gülün tərkibidir. Bu yağla masaj edəndən sonra sizə bir həftə bəs edir.” O, subay olduğunu və qadınları masaj etməyində heç bir problem olmadığını deyir: “Subayam, Moskvada yaşamışam. Mənim qadınları masaj etmək xoşuma gəlir. Qadın uzansın, mən onu həm masaj edim, həm də... Bağışlayın məni, bir var kişi özünü fikirləşir. Bir də var ayaq barmaqlarından başlamış... ”

O da masaj puluna daxildir, yoxsa ayrıca ödəniş olunmalıdırmı, sualına isə belə cavab verdi: “Hamısı bu pula daxildir. ” Ondan həkimdən sağlamlıq haqqında arayışınız varmı, yaxud masaj etməklə bağlı lisenziya almısınızmı, soruşanda cavabı belə oldu: “Arayışı neyniyirəm, tam sağlamam. Həm də Moskvada masaj dərsi keçmişəm. Burda kimnən lisenziya almalıyam? ”


Gün ərzində neçə müştəriyə xidmət etdiyini xəbər alanda dedi ki, olur da 1-2 nəfər masaj istəyənlər. "Əsasən gənc qızlar, subay xanımlar zəng vurur. Ailəli qadınlar az zəng edir. Ailəli qadınlar çağıranda gedib görürəm ki, kişi də ordadır. Elə kişi var deyir yanımda masaj elə, eləsi də var imkan vermir ki, onun qadınına “kayf”verim.”


Fərid masaj xidmətinə qrupla getdiklərini də dedi: “Mənim bir qadın tanışım var. Rusdur, onunla Moskvada bir yerdə işləmişəm. Ailəli qadınlar istəyəndə onunla gedirəm. Xanımın yoldaşı da onda bizdən razı qalır.” Bu xidmətə görə, qiymətlə maraqlananda dedi ki, “qızla danışmalıyam, sonra qiymət deyə bilərəm, açığı o qadınları xoşlayır, 19 yaşı var, lesbiyandır. Bundan başqa, qrupumuzda 19 yaşlı bir cavan oğlan da var. Məsələn, xanımı bəzən ikimiz masaj edirik. Əgər xanım ikimizi də istəyirsə, işimizi yüksək səviyyədə görürük.”


Bu da paytaxtımızda təkcə qadınlara göstərilən masaj “xidməti...” Hər iki şəxsin danışığından açıq-aydın hiss olunur ki, onların məqsədi “masaj” adı altında həm də intim xidmət təklif etməkdir. Aydındır ki, şəhərdəki masaj salonlarının əksəriyyətinin bu gün kişilərə xidmət etməsi, bəzilərində masajla yanaşı digər xidmətlər də göstərməsi az qala adi hal kimi qəbul olunur. Bu cür obyektlərdə əxlaqsızlıq yuvalarının saxlanması faktları da aşkarlanır. Nədənsə, müvafiq qurumlar belə hallara göz yumurlar. Məhz bunun məntiqi davamı olaraq, qəzet elanlarında masaj adı altında qadınlarımıza açıq-aşkar əxlaqsızlıq təklif edilir. Bəs görəsən, belə hallara nəzarət etməli olan orqanlar hara baxır? Pul qazanmaq lazımdır, amma bu qədər əxlaqsız fəaliyyətlə yox... Yalnız qadınlara "masaj xidməti" göstərən kişilərin fəaliyyəti o qədər "çiçəklənib" ki, artıq onlar qəzet səhifələrində, internetdə elan verməklə açıq-aşkar müştəri cəlb elləyirlər.
Analitik.az


{sape_links}{sape_article}