Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
İlham İsmayıl
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 14:58

Dünən, 17:21

Dünən, 17:08

Dünən, 14:47

Dünən, 11:53

26-02-2020, 14:59

26-02-2020, 14:24

26-02-2020, 12:05

26-02-2020, 12:03

25-02-2020, 22:36

25-02-2020, 17:25

25-02-2020, 17:24

25-02-2020, 15:58

25-02-2020, 14:26

25-02-2020, 13:17

24-02-2020, 17:30

24-02-2020, 10:45

24-02-2020, 10:43

21-02-2020, 18:12

21-02-2020, 15:24

21-02-2020, 15:23

20-02-2020, 17:11

20-02-2020, 14:41

20-02-2020, 14:21

20-02-2020, 14:15

20-02-2020, 14:14

19-02-2020, 10:24

19-02-2020, 10:20

18-02-2020, 18:16

18-02-2020, 17:57

18-02-2020, 17:48

17-02-2020, 17:19

14-02-2020, 16:52

10-02-2020, 17:01

10-02-2020, 14:35

10-02-2020, 13:39

10-02-2020, 11:15

10-02-2020, 11:12

9-02-2020, 01:23

8-02-2020, 19:35

8-02-2020, 19:32

8-02-2020, 11:03

7-02-2020, 16:58

7-02-2020, 15:39

7-02-2020, 12:40

7-02-2020, 00:32

6-02-2020, 17:55

6-02-2020, 16:41

6-02-2020, 16:23

6-02-2020, 15:50

6-02-2020, 15:32

6-02-2020, 12:24

6-02-2020, 10:41

5-02-2020, 21:29

5-02-2020, 21:20

5-02-2020, 21:14

5-02-2020, 21:12

5-02-2020, 14:46

5-02-2020, 12:26

5-02-2020, 12:24

5-02-2020, 12:03

5-02-2020, 11:59

5-02-2020, 11:53

5-02-2020, 10:42

5-02-2020, 10:39

4-02-2020, 01:15

4-02-2020, 01:04

4-02-2020, 00:28

Zaur Məmmədov Sabirabad və Şirvanda köçkünlərlə görüşdü - Fotolar

Tarix: 05-02-2020 21:20   
Zaur Məmmədov Sabirabad və Şirvanda köçkünlərlə görüşdü
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Məmmədov Zaur Əhməd oğlu (Zaur Əhməd) seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.

GÜNpress.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə bölgələrdə məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Z. Məmmədov günün birinci yarısında Sabirabad rayonunda salınan Güdəcühür köçkün qəsəbəsində olub. Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşən namizəd öncə öz platformasından söz açıb, deputat seçiləcəyi təqdirdə görmək istədiyi işlərdən danışıb. Zaur Məmmədov bildirib ki, əgər ona etimad göstərib Milli Məclisə üzv seçərlərsə, beş il ərzində seçiciləri ilə birgə fəaliyyət göstərəcək.

Şəhid övladı olan deputatlığa namizəd daha sonra Qarabağ münqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüb:

“Qarabağdan, doğma yurd-yuvasında didərgin düşmüş əhali olaraq, bu problem bizi daha çox narahat edir. Mən, müharibədən zərər çəkmiş bir ailənin övladıyam. Bütün el-obam doğma yurdundan didərgin düşüb, atam bu savaşda Vətən uğrunda canını fəda edərək şəhid olub. Yəni, mən sizdən biri kimi Qarabağın yoxluğu, yaxud parçalanmış Qarabağı qəbul etmirəm. Bunun üçün həmrəy olmalıyıq”.

Görüşdə iştirak edən cəbrayıllı seçicilər namizədin çıxışından sonra öz fikirlərini bildiriblər. Mübariz Hüseynov, Bayram Əliyev, Əşrəf Alməmmədov çıxış edərək Zaur Məmmədova dəstək verəcəklərini deyib, qəsəbə sakinlərini də ona səs verməyə çağıracaqlarını bildiriblər.

Sonra namizədin seçki qərargahının üzvləri qəsəbə ərazisində gəzərək sakinlərlə fərdi qaydada görüşüblər.

Cəbrayıllı ağsaqqllarla görüşən Zaur Məmmədov onlardan xeyir-dua alıb. Onlar belə səmimi və gənc namizədə səs verəcəklərini bildiriblər. Ağsaqqallar deputatlığa namizədə “inanırıq ki, millət vəkili seçiləndən sonra da camaatın arasında olacaqsan”, - deyiblər.

Zaur Məmmədov şəhid Elşən Muradovun bacısı Natəvan Səfərovanın evində qonaq olub. Namizəd onların problemləri ilə maraqlanıb. Şəhid bacısı ailələrində heç kimin işləmədiyini bildirib. O deyib ki, icra hakimiyyəti və digər qurumlara müraciət etsələr də, ailəyə heç bir köməklik göstərilməyib.

Qəsəbədə məskunlaşan köçünlərlə söhbət zamanı müxtəlif poblemlərin olduğu bildirilib. Qeyd olunub ki, əsasən işsizlik problemi insanları narahat edir. Eyni zamanda, qəsəbədə tibbi xidmətin olmadığı, təcili tibbi yardımın çağırış yerinə ən yaxşı halda bir saata gəldiyi bildirilib. Şəhərcikdə dayanacaq yoxdur, mobil rabitə bərbad vəziyyətdir.

Z. Məmmədov görüş zamanı qaldırılan problemlərin ictimailəşdirilərək həllinə çalışacağını deyib.

Zaur Məmmədov günün ikinci yarısında Şirvan şəhərində məcburi köçkünlər üçün salınan yeni şəhərcikdə olub. O, Cəbrayıldan olan bir qrup seçici ilə görüşərək platforması barədə məlumat verib. Namizəd onların problemləri ilə maraqlanaraq qeydlər aparıb.
Zaur Məmmədov Sabirabad və Şirvanda köçkünlərlə görüşdü
Zaur Məmmədov Sabirabad və Şirvanda köçkünlərlə görüşdü
Zaur Məmmədov Sabirabad və Şirvanda köçkünlərlə görüşdü
Zaur Məmmədov Sabirabad və Şirvanda köçkünlərlə görüşdü