Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Aqil ABBAS: SOĞAN YEMƏYƏNLƏRİN İÇİ NİYƏ GÖYNƏYİRDİ?!

Tarix: 20-12-2019 23:16   
Aqil ABBAS: SOĞAN YEMƏYƏNLƏRİN İÇİ NİYƏ GÖYNƏYİRDİ?!
Azadlıq radiosuna verdiyim müsahibələrin birində müxbirin kəndlərdə işsizlik olması ilə bağlı suala belə bir cavab vermişdim: «Kəndlərdə işsizlik ola bilməz, kəndlərin torpaq payı var, torpaq payı olan isə işsiz sayılmır. Getsin əksin, biçsin. Nə əkir-əksin, nə bilim soğan əksin».

Kiminsə tapşırığı ilə bəzi saytlar mənim fikrimi kontekstdən çıxararaq belə bir manşet atmışdılar: «Getsin soğan əksin». Və şərh yerlərini açıq buraxmışdılar. Sonra da yenə kiminsə tapşırığı ilə trollar məni top atəşinə tutaraq sosial şəbəkələrdə və həmin saytların şərh bölməsində ağızlarına gələni yazmışdılar.

Mən adətən belə şərhləri oxumuram, zəng edib dedilər ki, bəs səni çox pis təhqir ediblər. Birini açdım, təxminən dörd-beşini oxudum, məsələ məlum olduğu üçün qapatdım. Sonra şəkillərimi guya bazarda soğan satıram kimi kollaj elədilər və paylaşdılar. Hətta bir kanal bununla bağlı məndən müsahibə aldı, mən məsələni aydınlaşdırdım, amma çıxışımdan sonra kanal mənim bazarda soğan satdığımla bağlı kollajı efirə verdi. Sağ olsunlar.

Mənə hücumun hardan gəldiyini bilirdim. Qubada, İsmayıllıda, Cəbrayılda məlum hadisələr olmuşdu – kütləvi iğtişaşlar, yandırmalar və sair və ilaxır. Bunu həm xaricdən, həm də daxildən fitildəyən qüvvələr bu dəfə Ağcabədini seçmişdilər, rayondakı Laçın, Ağdam və Xocavənd qaçqınlarını ayağa qaldırmışdılar. Mən də dərhal Ağcabədiyə getdim. Öz camaatım idi, yanlarında bir millət vəkili kimi, bir yazıçı kimi, bir qarabağlı kimi az-çox hörmətim vardı, rayonların icra başçıları da hadisə yerində idi. Camaatla danışdıq, dərdləşdik , məsələnin həll yolunu tapdıq. Özlərini binanın 5-ci mərtəbəsindən atmaq istəyən gənclər də fikirlərindən vaz keçdilər .

Həm xaricdən, həm də daxildən Qubada, İsmayıllıda, Cəbrayılda iğtişaş törədənlərin Ağcabədidə belləri qırıldı. Ağcabədidən sonra bu zəncirvari reaksiya dayandı. Arzularına çatmayanlar bellərinin qırılmağında məni də əsas günahkarlardan biri saydılar.

Təbii ki, Ağcabədinin, Ağdamın, Laçının və Xocavəndin icra başçılarının bu iğtişaşın qarşısının alınmasında böyük rolları oldu. Və mənim də bu məsələdə az-çox, türklər demiş, qatqım oldu. Sonra da elə özüm qəsəbədə qalıb camaatla xeyli dərdləşdik, hətta zarafatlaşdıq, bir stəkan çaylarını içdim , həmin o gənclərlə, eləcə də camaatla səmimi söhbətdən sonra öpüşüb-görüşüb ayrıldıq. Və dərhal da Bakıya qayıtdım. Qəsəbədən ayrılan kimi Azadlıq radiosu telefon açdı, mən də hadisələrlə bağlı fikirlərimi bildirdim. Müxbir məsələni başqa səmtə yönləndirmək istəsə də, alınmadı. Azadlıq radiosu da sağ olsun, müsahibəmi təhrif etmədən efirə verdi.

Mən Bakıya çatmamış artıq «özfəaliyyət ansamblı» məni top-tüfənglə qarşıladı.

Tapsam həmin müsahibəni təkrar saytımızda və qəzetimizdə dərc edəcəm.

İndi gələk soğan məsələsinə. Niyə soğanın adını çəkmişəm? Bərdədə bir əmim uşağı yaşayır, fermer təsərrüfatı var. On-on beş gün öncə görüşəndə soruşdum ki, vəziyyət necədi, dedi , çox yaxşı. Bildirdi ki, bu il soğan əkib Gürcüstana satıb və 1 milyon 200 min manat təmiz gəlir götürüb. Həmin anda onun dediyi yadıma düşdü. Soğan söhbəti də belə oldu.

Yəqin ki hamınız Möhtərəm Prezidentimiz İlham Əliyevin yanında pambıqçılıqla əlaqədar müşavirəni izləmisiniz.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi müəllim çıxışında belə bir məlumat verdi ki, bərdəlilər bu il təkcə soğandan 13 milyon manat xalis gəlir əldə ediblər və Prezident də bu məsələ ilə bağlı ətraflı bilgi aldı.

13 milyon manat. Soğandan, bəli, bəli, sizlərin lağa qoyduğunuz soğandan.

Yenə paylaşın həmin kollajları, kef eləyin. Bilmirəm, indi belə bir göstəriş verən olacaq, yoxsa yox?!


{sape_links}{sape_article}