Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
14-09-2019, 13:27

14-09-2019, 13:20

14-09-2019, 12:45

14-09-2019, 12:39

13-09-2019, 16:50

13-09-2019, 13:29

13-09-2019, 12:42

13-09-2019, 12:03

13-09-2019, 11:30

12-09-2019, 21:32

12-09-2019, 17:12

12-09-2019, 16:10

12-09-2019, 15:13

12-09-2019, 14:29

12-09-2019, 12:51

12-09-2019, 12:01

12-09-2019, 11:59

12-09-2019, 11:50

12-09-2019, 11:37

12-09-2019, 11:35

11-09-2019, 17:56

11-09-2019, 17:52

11-09-2019, 16:53

11-09-2019, 16:35

11-09-2019, 16:30

11-09-2019, 15:39

11-09-2019, 15:38

11-09-2019, 14:31

11-09-2019, 12:16

11-09-2019, 10:59

11-09-2019, 10:56

10-09-2019, 15:09

10-09-2019, 14:34

10-09-2019, 14:26

10-09-2019, 14:02

10-09-2019, 11:20

10-09-2019, 11:15

10-09-2019, 11:08

10-09-2019, 11:06

10-09-2019, 10:07

10-09-2019, 00:36

9-09-2019, 23:34

9-09-2019, 23:28

9-09-2019, 23:26

9-09-2019, 20:31

9-09-2019, 15:41

9-09-2019, 15:28

9-09-2019, 15:19

9-09-2019, 15:17

9-09-2019, 15:14

9-09-2019, 14:22

9-09-2019, 11:07

9-09-2019, 11:04

9-09-2019, 11:00

9-09-2019, 10:55

9-09-2019, 10:52

7-09-2019, 09:15

7-09-2019, 09:12

6-09-2019, 16:18

6-09-2019, 15:41

6-09-2019, 12:59

5-09-2019, 18:09

5-09-2019, 17:08

5-09-2019, 17:07

5-09-2019, 14:07

5-09-2019, 13:58

5-09-2019, 12:37

5-09-2019, 12:35

Şərəflə daşınılası ad

Tarix: 06-09-2019 12:59   
Şərəflə daşınılası ad
Dostlarım, əzizlərim... Bir məsələyə fikrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, şəhid, qazi, döyüşçü məsələsində hər zaman həssas olmuşam. Özüm də şəhid övladı olduğumdan, bu ailələrin hansı əziyyətləri çəkdiyini yaxşı bilirəm. Odur ki, bu ailələrlə bağlı hansısa problem yarandıqda ilk reaksiya verənlərdən, məsələni ictimailəşdirənlərdən, həllinə nail olana qədər geri çəkilməyənlərdən biriyəm. Bundan sonra da bu yoldan çəkilməyəcəyimə əsla şübhəniz olmasın.

Amma bir neçə məqamla bağlı narahatlığımı ifadə etmək istəyirəm.

Birincisi, bəzən hansısa şəhid ailəsi ilə bağlı problem ortaya çıxır. Sosial şəbəkələrdə hansısa şəkil paylaşılır və böyük müzakirəyə səbəb olur. Şəhid ailəsinə sahib çıxmaq, ona dəstək olmaq çox gözəl nümunədir və buna görə sevinirəm. Amma bir məsələ də var ki, bəzən kimlərsə bu kimi məqamlarda dövləti ittiham etmək üçün süni ajiotaj yaradırlar. Mən dövlətpərəst adamam, hakimiyyətpərəst yox ha...

Şəhid ailələrinin problemləri yoxdurmu? Əlbəttə var. Dövlət bu ailələrin hamısını kölgəsi altına ala bilibmi? Təəssüf ki, yox... Lakin bu istiqamətdə görülən xeyli işlər var.

Üzülərək qeyd edim ki, kimlərsə ortada olan problemi şişirdərək gündəm yaratmağa çalışırlar. Bəlkə də bir şəhid ailəsinin qapısını açmayan, bir şəhid məzarını ziyarət etməyənlər şəhid ailəsinin hüquqlarını qoruyan şəxs kimi çıxış edirlər. Təbii ki, bu fikirlərim hamıya aid deyil. Bir onu bilirəm ki, şəhid adını hər dəqiqəbaşı xırda məsələlərdə hallandırmaq şəhidlərimizin ruhunu incidir. Ətrafımdakılardan da tələbim bu olub ki, şəhid ailələrinə mərhəmətlə yanaşmayın. Bizim mərhəmətə ehtiyacımız yoxdur. Mənim fikrimcə, şəhid ailəsi olmaq Allahın bir lütfüdür. Ağır itkidir, amma bu adı şərəflə daşımaq lazımdır.

Bu günlərdə belə bir xəbər yayıldı ki, aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızdan birinin ailəsi Zərdabda ağır vəziyyətdə yaşayır. Hətta ailənin yaşadığı evin fotosunu da çəkərək sosial şəbəkələrdə paylaşıblar. Hamı da dövləti tənqid edir və s.

Təbii ki, dövlət şəhidinə, onun ailəsinə sahib çıxmalıdır. Amma, nə olar, şəhid adını hər xırda məsələyə görə hallandırmayın! Mən şəhid ailəsinin urvatsız hala salınmış obrazda göstərilməsini istəmirəm. Belə məqamlardan sui-istifadə hallarının olduğunu bilərək zərdablı şəhidimizin məsələsi ilə bağlı araşdırma apardım. Dedilər ki, məsələ nəzarətə götürülüb və səhv etmirəmsə, Heydər Əliyev Fondu tərəfindən həmin ailə üçün ev tikilir. İşlər hazırda yekunlaşmaqdadır. Nə gözəl. Əlbəttə, belə problemlərə dərhal reaksiya verilsəydi, daha gözəl olardı.

Digər bir məqam da şəhid ailəsinin üzvü kimi məni daha çox üzür. Heç kim məndən inciməsin. Şəhid adından hər addımbaşı istifadə edib nəsə istəməyi yanlış sayıram. Düzdür, dövlət elə etməlidir ki, şəhid ailəsi qapılara düşməsin, nəsə tələb etməsin. Amma hər şeyin də bir qaydası olmalıdır. Mən şəhid ailələri tanıyıram ki, çox ağır durumda yaşayırlar. Amma, təəssüflər olsun ki, bəzi ailələr şəhid ailəsi kimi şərəfli bir ada uyğun olmayan tələblər irəli sürürlər.

Şəxsən mənim üçün şəhid övladı adını daşımağımın heç bir maddi qarşılığı yoxdur, indiyə kimi də bu adla nəsə tələb etməmişəm. Ədalət tələb etmişəm, amma mərhəmət əsla...

Lütfən, şəhid adının nə qədər uca olduğunu unutmayaq!