Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

“TuranBank” böhrandan çıxa bilməyib – Ziyanı qapada bilməyib, balans kapitalı azalıb

Tarix: 17-01-2019 22:53   
“TuranBank” böhrandan çıxa bilməyib – Ziyanı qapada bilməyib, balans kapitalı azalıb 

Devalvasiyalardan sonra çətin günlər yaşayan və ciddi zərərə uğrayan banklar sırasında "TuranBank” ASC də var.

GÜNpress.az xəbər verir ki, "AzPolitika.info”nun məlumatına görə, vətəndaşların kifayət qədər ciddi məbləğlərdə depozitləri olan "TuranBank”-ın 2018-ci ilin yekunlarına aid hesabatı göstərir ki, bu bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir.

Belə ki, bankın rəsmi hesabatına görə, 2017-ci ili 1 milyona yaxın, daha dəqiq desək, 725 min manat ziyanla başa vuran "TuranBank”, 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. Əlbəttə ki, kifayət qədər populyar bir bank üçün bu rəqəm olduqca simvolik, hətta ironik təsir bağışlayır. Eyni zamanda, bu göstərir ki, 2018-ci ildə manatın stabilliyini saxlaması və inflyasiya səviyyəsinin yüksək olmamasına rəğmən, bank bu mühitdən səmərəli istifadə edə bilməyib. Və 2017-ci ilin zərəri qarşısında çox cüzi miqdarda mənfəət əldə edə bilib.

Əhalinin onsuz da banklara güvəninin yüksək olmadığı bir dönəmdə "TuranBank”ın açıqladığı rəqəmlər əmanətçilləri daha ehtiyatlı olmağa vadar edir.

Hesabata görə, "TuranBank”ın 2018-ci il üçün faiz gəlirləri 30 milyon 931 min, faiz xərcləri 21 milyon 223 min, xalis faiz mənfəəti 9 milyon 708 min, qeyri-faiz gəlirləri 2 milyon 994 min, qeyri-faiz xərcləri isə 11 milyon 970 min manat olub.

Nəticədə, bank 2018-ci ili cəmi 70 min manat xalis mənfəətlə başa vurub.

"TuranBank”ın aktivlərində də azalma müşahidə olunub. Bankın 2018-ci ilin sonuna cəmi aktivləri 492, 606 manat, cəmi öhdəlikləri isə 433, 473 min manat təşkil etdiyi halda, ilin əvvəlində cəmi aktivləri 495 min 054 manat, cəmi öhdəlikləri isə 436 min 114 manat olub. Bankın aktivləri və öhdəliklərinin 313,08 milyon manatı müştərilərə verilmiş kreditlərdir.

"TuranBank”ın aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 662 min manat təşkil edib. Bankın öhdəliklərinin 253,785 milyon manatı müştərilərdən alınmış depozitlərdir.

Bankın balans kapitalında isə ilin yekununda cüzi dəyişiklik, dəqiq desək, 193 min manatlıq artım müşahidə olunub və bu göstərici ilin əvvəlində 58 mln 940 min manat olduğu halda, ilin sonunda 59 mln 133 min manata çatıb.

Ancaq bu göstərici eyni zamanda, ötən ilin 2-ci rübünün nəticələrilə müqayisədə bankın balans kapitalının az qala 1 milyon manata yaxın – 815 min manat azaldığını da ortaya qoyur. 2-ci rübün nəticələrinə görə "TuranBank”-ın balans kapitalı 59 milyon 948 min manat olduğu halda, üçüncü rübdə 58 milyon 995 min manata qədər enib. 4-cü rübdə balans kapitalı cəmi 138 min manat artsa da, 2-ci rübün göstəricisinə çata bilməyib.

2-ci rübün nəticələrinə görə Azərbaycandakı bankların sırasında 19-cu yerdə olan "TuranBank”, 3-cü rübdə 21-ci yerə enib.

Onu da xatırladaq ki, bir müddət öncə "Marja” "TuranBank”ın bağlanan bankların yolu ilə gedərək yüksək faizlə əmanət cəlb etdiyinə dair məlumat yaymışdı. "Bu bankda əmanət faizləri əsasən 16-18,5% intervalındadır ki, (hazırda bu rəqəm 12,5-12,9 faizə endirilib- red.) bu faiz dərəcələri ilə yerləşdirilən əmanətlər sığortalanmır. Bankın saytında yer alan məlumata görə, "TuranBank” "Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 6 növ əmanət təqdim edir… Bankın yüksək faizlə əmanət cəlb etməsi vəsaitə ehtiyacının olduğuna və risklərə işarə edir. Əgər "Turan Bank” "Kapital Bank” qədər dayanıqlı və etibarlıdırsa 8%-lə əmanət cəlb etsin. Maliyyə dünyasında qəbul olunmuş qaydaya görə, yüksək gəlirlilik faizi risklərə işarədir” – deyə məlumatda bildirilmişdi.

Rəsmi hesabatlar da bankın vəziyyətinin yaxşılığa doğru getmədiyini göstərir.




{sape_links}{sape_article}