Xəbər lenti
27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

24-04-2017, 14:10

20-04-2017, 16:14

20-04-2017, 09:42

20-04-2017, 09:32

20-04-2017, 09:28

20-04-2017, 09:27

20-04-2017, 09:26

19-04-2017, 09:46

15-04-2017, 21:45

15-04-2017, 21:40

13-04-2017, 12:56

13-04-2017, 12:53

13-04-2017, 12:41

28-11-2016, 13:37

11-11-2016, 14:09

11-11-2016, 14:06

7-11-2016, 11:52

4-05-2016, 23:51

4-05-2016, 23:44

4-05-2016, 16:49

4-05-2016, 16:46

26-04-2016, 22:56

25-04-2016, 10:58

24-04-2016, 23:14

24-04-2016, 22:45

21-04-2016, 14:51

Kredit faizləri xeyli düşə bilər

Baxılıb: 604     Tarix: 04-05-2015 13:08   
Kredit faizləri xeyli düşə bilər
Yaxın zamanlarda Azərbaycanda kredit dərəcələrini təxminən 2 faiz aşağı salına bilər.

ANS PRESS-in məlumatına görə, bu zaman inzibati yollarla bankların əsas resurs mənbəyinin - depozitlərin dərəcəsini aşağı salmağa da ehtiyac qalmayacaq. Yaxud Mərkəzi Bankdan uçot dərəcəsi ilə vəsait verilən bankların siyahısını tələb etməyə də ehtiyac qalmayacaq. Yəni hər şey əvvəlki kimi qalacaq.

Sadəcə, ölkənin ilk özəl kredit bürosu yaradılmasına qərar verilib. İlkin mərhələdə Azərbaycanın 5 maliyyə qurumunun kredit bürosunun səhmdarı olması gözlənilir. Daha sonra layihəyə beynəlxalq investorların da cəlb edilməsi düşünülür.

Əslində, Azərbaycan üçün yeni sayılan kredit büroları Avropada XIX əsrdən fəaliyyət göstərir. Bu bürolar banklara müştərilər barədə məlumat yığmaq və təqdim etməklə məşğul olublar. İnqilabdan əvvəl Rusiyada da bir neçə bu cür özəl kredit bürosu fəaliyyət göstərib. Hazırda Rusiya və Ukraynada yenidən kredit büroları açılıb.

Azərbaycanda özəl kredit bürosunun yaradılması üzrə müzakirələr artıq 5 ilə yaxındır davam edir, iki il qabaq hətta məsələ parlamentin İqtisadi siyasət komitəsində müzakirəyə çıxarılmışdı. O vaxt Azərbaycanın 9 maliyyə qurumu layihəyə qoşulmaq barədə düşünürdü, göründüyü kmii, keçən 2 il ərzində bu say iki dəfəyə qədər aşağı düşüb.

Məsələ bundadır ki, kredit bürosunun yaradılması maliyyə və vaxt tələb edən məsələdir. Beynəlxalq təcrübə göstərir ki, qərar veriləndən sonra kredit bürosunun qurulması üçün ən azı 24 ay vaxt lazımdır.

İlkin hesablamalara görə, Azərbaycanda kredit bürosunun yaradılması üçün 2,5 milyon dollar pul lazımdır. Bunun təxminən 1 milyon dolları lazımi proqram təminatlarına gedəcək. Kredit bürosunun təsisçiləri pullarını məhz banklara məlumat satmaqla çıxara biləcəklər.

Amma istənilən halda kredit bürolarının xidmətindən istifadə banklar üçün çox əlverişlidir və faiz dərəcələrini aşağı salmağa imkan yaradır.

Beynəlxalq qurumların açıqlamalarına görə, kredit büroları banklara kreditorlar haqqında verdikləri məlumat hesabına əməliyyat xərclərini 25 faiz aşağı sala bilirlər. Həmçinin Dünya Bankının apardığı sorğu əsasında məlum olub ki, postsovet məkanı ölkələri kimi dövlətlərin bank sistemində əməliyyat xərcləri kreditin dəyərinin 20-30%-ni əhatə edir.

Yəni Azərbaycanda əhalinin ən çox müraciət etdiyi kreditlərin orta illik dərəcəsinin 20 faiz ətrafında dəyişdiyi nəzərə alınarsa, bu, faizlərin təxminən 2 faiz düşməsi deməkdir.

İqtisadçı ekspert Samir Əliyev isə özəl kredit bürosunun işə düşməsindən sonra faiz dərəcələrinin daha artıq düşə biləcəyini ehtimal edir. “Burada məsələ etibardadır. Adətən banklar özlərini sığortalamaq üçün faiz dərəcələrini bəribaşdan yüksək təqdim edirlər. Amma kredit bürosu etibarlı müştəriləri təqdim etdiyinə görə, banklar real faiz dərəcələri ilə kredit verirlər. Bu da dərəcələri 2 faizdən də çox aşağı sala bilər”,- deyə iqtisadçı ekspert vurğulayıb.

S.Əliyevin sözlərinə görə, özəl kredit büroları Mərkəzi Kredit Reyestri (MKR) ilə müqayisədə daha etibarlı və əhatəli məlumat verə bilər: “MKR-də əsasən kreditlər barədə məlumat olur. Amma özəl kredit büroları müştərinin gəlirləri, vergi öhdəlikləri, hətta kommunal xərcləri necə ödəməsi barədə məlumatlar təqdim edir. Həm də MKR Mərkəzi Bankın nəzarəti altında olduğuna görə, məlumatları bəzən tərəfli ola bilər. Amma özəl kredit büroları tam obyektiv məlumat təqdim edirlər”,- deyə Samir Əliyev xüsusi qeyd edib.