Xəbər lenti
18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

Keçmiş döyüşçü icra başçısından prezidentə şikayət etdi

Baxılıb: 758     Tarix: 11-02-2015 21:32   
Keçmiş döyüşçü icra başçısından prezidentə şikayət etdi

Nizaməddin Quliyevin qardaşı rayonda bir neçə işdə çalışdığı halda, müharibə veteranı işlə təmin olunmur

Ölkəmizdə işsizliyin aradan qaldırılması məqsədilə hər il müxtəlif tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son illər ərzində bölgələrdə, həmçinin paytaxtda yüzlərlə yeni iş yerləri açılıb. Təbii ki, bu, işsizliyin səviyyəsinin aşağı salınmasında öz müsbət təsirini göstərir. Əfsus ki, bir sıra hallarda yerli icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin yol verdikləri qanun pozuntuları və nöqsanlar bölgələrdə vətəndaşların işlə təmin olunması məsələsində ciddi problemlər yaradır. Bu haqda dəfələrlə məlumat vermişik. Ancaq bəzi məmurlar özbaşına əməllərindən əl çəkmək istəmirlər. Xatırladaq ki, keçən ay "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev bəzi məmurların fəaliyyətini kəskin formada tənqid etdi: «Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğılarıilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlüaparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.
Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır.Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfəicra hakimiyyəti başçılarınıişə təyin edərkən mən onlara öz sözlərimi deyirəm:Gedin təmiz işləyin,xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın,dövlətə,müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim.Hər yerdə beləolmalıdır». Təəssüf ki, bəzi vəzifəli şəxslər cənab prezidentin söylədiyi tənqidlərdən hələ də nəticə çıxarmayıblar. Belə ki, əksər bölgələrimizdə məmur özbaşınalıqları davam etməkdədir. Ölkə başçısının qeyd etdiyi kimi, məmurlar hər zaman xalqla bir yerdə olmalı və onları narahat edən problemlərlə maraqlanmalıdır. Özləri yekəxana aparmamalıdır. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə rəhbərlik etdiyi rayonun sakinlərinin sosial problemləri ilə qətiyyən maraqlanmır. Xatırladaq ki, bu yaxınlarda Goranboy rayon Xanqərvənd kənd sakini, Qarabağ müharibəsi iştirakçısı,keçmiş batalyon komandiri Məmmədov Etibar Ramiz oğlu redaksiyamıza müraciət edərək yaşadığı şəraitdən bezdiyini və bu səbəbdən özünü öldürmək istədiyini bildirmişdi. Şikayətçi haqsız yerə işdən çıxarılmasına etiraz etmişdi. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan keçmiş döyüşçü icra başçısının biganə münasibətindən giley-güzar etdi. O bildirdi ki, işlə təmin olunması üçün dəfələrlə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevə müraciət edib, amma icra hakimi onun işlə təmin olunmasına imkan vermir: «Keçən dəfə demişdim, bir daha demək istəyirəm ki, mən o vaxtkı Sergey Mironoviç Kirov adına İdman İnstitutunu, indiki Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. 1986-cı ildən Bərdə rayonunda işləyirdim. Qarabağ müharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yollandım. Goranboy rayonunda könüllülərdən ibarət batalyonun komandiri olmuşam. Dörd il düşmənə qarşı döyüşmüşəm. Öz kəndimizdən və başqa kəndlərdən könüllüləri yığıb müharibəyə aparmışam. Şaumyan rayonunu 6 saat müddətinə boşaltmışdım. Azərbaycanda ilk dəfə qıratı mən atmışam. O vaxtdan Goranboy Rayon Uşaq Gənclər İdman Məktəbində işləyirdim. 27 il iş stajım var. Amma son üç ildir işsiz qalmışam. Bunu rayonun icra başçısı Nizaməddin Quliyev, həmçinin təhsil şöbəsinin rəhbərliyi də bilir. İxtisar adı altında məni işdən çıxarıblar. Məktəb rəhbərliyi qrupların azalmasını bəhanə gətirərək məni işdən kənarlaşdırdı. Halbuki, bu dəqiqə həmin məktəbdə texnikumu bitirən şəxs müəllim işləyir». Etibar Məmmədov deyir ki, qəzetdə şikayət edəndən sonra icra hakimiyyətinin bəzi rəsmiləri, o cümlədən başçının sabiq birinci müavini Baxış Abdullayev ona təzyiq göstərməyə başlayıb: «Mən heç kimdən və heç nədən çəkinmirəm. Axı düz olduğum halda niyə kiminsə qabağından geri çəkilməliyəm. Nəhayət ki, bir neçə gün əvvəl haqq-ədalət öz yerini tapdı. Baxış Abdullayev çox yuxarıdan gedirdi, hegemonluq edirdi. Amma bu gün kreslosuz qalıb. Eşitdiyimə görə, onu bir neçə dəfə Bakıya çağırıblar. Rayonda yayılan məlumatlara görə, keçmiş məmurun fəaliyyəti yaxın günlərdə yoxlana bilər. Məgər o bilmirdi ki, günahsız insanların başına müsibət açanda sonu belə olacaq? Bir vaxtlar deyirdi ki, icra başçısı ilə mənim aramdan su da keçmir. Bu gün isə rayon rəhbəri keçmiş müavini haqqında aidiyyəti dövlət orqanlarına lazım olan materialları verir». Qarabağ müharibəsi iştirakçısı Nizaməddin Quliyevin insanların əməyini düzgün qiymətləndirə bilmədiyini qeyd etdi: «O heç olmasa mənim Vətən yolunda etdiklərimi nəzərə alardı. Başçını qınamıram, axı o müharibə görməyib. Əgər döyüşdəki dəhşətləri görmüş olsaydı, mənə qarşı belə haqsızlıq etməzdi. Birinci Qarabağ savaşında ölümü gözə alıb müharibəyə getdim. Vətənin dar günündə bəziləri kimi qaçıb gizlənmədim, bunu özümə ar bildim. İcra başçısı nəyə görə bunu nəzərə almadı? 27 illik müəllim təcrübəmin olmasına baxmayaraq, hazırda işsiz qalmışam. Ailəmi dolandırmaq üçün məcburiyyət qarşısında heyvandarlıqla məşğul oluram. Çünki başqa qazanc yerim yoxdur. İcra başçısının, həmçinin rayonda əsas söz sahibi olan şəxslərin yaxın qohumları ən yaxşı işlərdə işləyirlər. Məktəbdə elə adamları saxlayıblar ki, onların iş təcrübəsi məndən qat-qat azdır. Və əksəriyyəti texnikum bitirib. Məktəbin rəhbərliyi açıq şəkildə mənə bildirdi ki, gətir filan qədər ver səni işdə saxlayaq. Onların istədiyini vermədiyim üçün məni və daha 21 nəfəri ixtisar adı altında işdən çıxardılar. Adını da qoydular ki, guya dərslər azalıb və qruplar ixtisara düşməlidir. Halbuki, bizi işdən çıxarandan sonra yerimizə nəyinsə qarşılığında işçi götürüblər. Ömrümün 27 ilini Goranboy Rayon Uşaq Gənclər İdman Məktəbinin inkişafına, gənclərin sağlam ruhda böyüməsinə həsr etmişəm. Lakin bunu nəzərə almadılar. Nizaməddin Quliyevin qardaşı həmin məktəbdə müəllim işləyir. Daha doğrusu, məktəbdə adı gedir, özü isə dərsə getmir. Buna baxmayaraq, hər ay kartını bankomata salıb maaşını alır. O bu məktəblə yanaşı, başqa yerlərdə də işləyir. Hərçənd ki, onun məktəbdə işləməyə ehtiyacı yoxdur. Mənim kimi insan isə hazırda əlacsız vəziyyətdə qalıb. Cənab prezident bu yaxınlarda məmurlarla görüşündə dedi ki, özünüzü xalqın xidmətçisi kimi aparın. Amma mən neçə vaxtdır ki, icra hakimininin qəbuluna düşə bilmirəm. O sakinlərdən qaçmağa üstünlük verir. Tək ümid və güvənc yerim cənab prezidentdir. Ondan başqa heç kimə güvənmirəm. Nizaməddin Quliyevdən nə mənə, nə də digər goranboylulara haray var. Qəzet vasitəsilə hörmətli prezidentimizdən xahiş edirəm ki, işlə təmin olunmağım üçün mənə köməklik göstərsin».
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.