Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 17:20

Bu gün, 16:59

Bu gün, 16:09

Bu gün, 16:07

Bu gün, 13:04

Bu gün, 12:01

Bu gün, 11:57

Bu gün, 10:50

Dünən, 19:39

Dünən, 19:17

Dünən, 16:16

Dünən, 16:14

Dünən, 16:09

Dünən, 11:21

Dünən, 10:55

Dünən, 10:50

Dünən, 00:44

Dünən, 00:41

29-05-2020, 17:54

29-05-2020, 17:39

29-05-2020, 14:50

29-05-2020, 14:17

29-05-2020, 11:48

26-05-2020, 18:41

26-05-2020, 13:10

26-05-2020, 13:07

25-05-2020, 23:26

25-05-2020, 23:19

25-05-2020, 22:13

25-05-2020, 22:08

25-05-2020, 22:01

24-05-2020, 11:46

24-05-2020, 10:41

24-05-2020, 10:34

24-05-2020, 10:28

23-05-2020, 20:18

23-05-2020, 20:15

23-05-2020, 16:20

23-05-2020, 15:31

23-05-2020, 15:26

23-05-2020, 15:18

23-05-2020, 15:16

23-05-2020, 15:14

22-05-2020, 16:43

22-05-2020, 16:16

22-05-2020, 16:01

22-05-2020, 12:31

22-05-2020, 11:08

22-05-2020, 11:07

21-05-2020, 16:48

21-05-2020, 16:32

21-05-2020, 15:58

21-05-2020, 14:35

21-05-2020, 13:41

21-05-2020, 11:21

20-05-2020, 21:55

20-05-2020, 21:52

20-05-2020, 21:24

20-05-2020, 19:35

20-05-2020, 17:26

20-05-2020, 17:19

20-05-2020, 17:15

20-05-2020, 15:33

20-05-2020, 15:29

20-05-2020, 15:02

20-05-2020, 13:50

20-05-2020, 12:23

20-05-2020, 12:21

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri haqda şok iddialar

Tarix: 12-01-2015 13:23   
Ağdam Rayon Təhsil Şöbəsinin müdiri haqda şok iddialar
Ağdam Rayon Təhsil Şöbəsində ortalıq yenidən qarışıb. Təhsil şöbəsindəki mənbəmizin verdiyi məlumata görə, yazı dərc olunduqdan sonra, orada vəzifəsi qeyd olunan şəxslər yenidən Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri Elmira Şükürovanın caynağına keçiblər. Beləki, xanım Şükürova, məlumatları olduğu kimi mediaya ötürənlərin izini axtarır. O yenidən təcili iclas çağıraraq, Təhsil Şöbəsinin əməkdaşlarına hədə-qorxu gəlib. Biliridib ki, haqqında nə qədər məlumat yayılsa da, onu vəzifəsindən heç bir qüvvə uzaqlaşdıra bilməyəcək. Şükürova yayılan məlumatların doğru olmadığını sübut etmək üçün, məktəb direktorlarını yenidən təhsil şöbəsinə çağırıb. Direktorlardan pul almadığına dair imzalı kağız tələb edib.

Direktorlardan bir neçəsi Şükürovanın bu istəyinə qarşı çıxsa da, onları işdən azad etməklə təhdid edib.

Dekabrın 9-da Maliyyə Nazirliyindən Ağdam Rayon təhsilinin yoxlanılması üçün, rayona ezam edilmiş Mais Allahverdiyev və Ramiz Sarıyevə nazirlikdən göstəriş verilib. Təhsil şöbəsindəki korrupsiyanın araşdırılması üçün prosesin 1 ay uzadılması tələb edilib.

Məktəb direktoru özünü yandırdı

Yazını yazdığımız zaman təhsil şöbəsindəki mənbəmizdən şok xəbər aldıq. Beləki, Bərdənin Xanərəb Kəndində yerləşən Ağdam Köçkün Orta məktəbinin direktoru Qaratel Əliyeva bu gün saat 12 radələrində bir əlində benzin, bir əlində kibrit Rayon Təhsil Şöbəsinin Rəhbəri Elmira Şükürovanın otağına daxil olub. Ondan külli miqdarda pul aldığı halda nə üçün məktəbini bağlatdırdığını deyib. Tərəflər arasında dava düşüb, Qaratel Əliyeva gətirdiyi benzini həm öz üstünə, həm Elmira Şükürovanın, həm də katibəsi Gülnaz Qəhrəmanovanın üstünə töküb, od vurub. Otaqda yanğın çıxdığını görən Təhsil Şöbəsinin Təchizat rəhbəri Mədəd Hüseynov və E.Şükürovanın müavini Rahil Allahverdiyev gödəkcəsini Şükürovanın üstünə ataraq öncə onun yanan ayağını söndürüb və otaqdan çıxardıblar. Qaratel Əliyeva isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qaratel Əliyevanın bu üsula əl atmasına səbəb, E.Şükürovanın Şagird Şəbəkəsinin Təsdiqi OŞ-1 forması üçün ondan 8 000 manat aldığı halda məktəbini bağlaması olub. Halbuki, Şükürova Əliyevaya, məktəbinin fəaliyyətinin davam edəcəyinə söz verib. Şükürova noyabr ayında Maliyyə Nazirliyinin yoxlaması üçün bütün məktəb direktorları ilə yanaşı, Q.Əliyevadan yenidən 7 000 manat pul alıb. Bayram tətilindən qayıtdıqdan sonra isə Q.Əliyevayanın məktəbinin bağlayanması xəbərini alıb. Dəfələrlə Şükürovadan pulunu geri istəyib, lakin ala bilməyib. Çarəni özünü yandırmaqda görən Q. Əliyeva bu gün səhər bu addımı atıb.

Mənbə bildirir ki, buna bənzər hal dəfələrlə təkrarlanıb. Ağdamlılar Şükürovanın əlindən beziblər. Heç bir rayon təhsilində bu cür şıdırğı pul yığımı, qanunsuzluğa rast gəlinməyib. 18 ildir bu vəzifədə işləyən Şükürova artıq 3-cü İcra Başçısının dövründə işləyir. Bütün başçılara isə külli miqdarda pul verərək öz postunu qoruyub saxlayır.

Verilən məlumata görə, hazırda Ağdam Rayon Prokroru, İcra Hakimiyyətinin əməkdaşları hadisə yerindədirlər.

Məlumatı verən mənbə bildirir ki, Şükürova yığdığı pulları onu qoruması üçün Ağdam Rayon İcra Başçısı Raqub Məmmədova verib. Hazırda R.Məmmədov tətildə olduğu üçün, E.Şükürova çıxılmaz vəziyyətə düşüb!

Növbəti pul yığımı

E. Şükürova yanğın hadisəsi baş vermədən bir gün əvvəl, növbəti pul yığımına start verib. Beləki, 1993-cü ildən məcburi köçkün olan və iş tapıb işləyə bilməyən insanlara dövlət tərəfindən konpensasiya verilir. E.Şükürova burada da külli miqdarda saxtakarlığa və yeyintiyə yol verib. Diplomu olmayan, qohumu, tanışını bu pulu almaq üçün şərait yaradıb. Maliyyə Nazirliyinin əməkdaşları bu faktı aşkarlayıb. Məlum olub ki, diploma olmayan şəxslər buradan qanunsuz olaraq pul alıblar.
Vəziyyətdən çıxışı yenidən pul yığmaqda görən Şükürova, 500 manat tələb edib. Baş verənlərə baxmayaraq pul yığımı dayanmadan davam edir.

Qeyd edək ki, E.Şükürova noyabr ayında 143 məktəbin 140-nın direktorundan 7 000 manat pul yığıb. Bu 980.000 manat təşkil edib. Daha sonra Gülnaz Qəhrəmanova vasitəsi ilə dekabrın 29-da məktəb direktorlarından 500 manat yığılıb. Yığılan pul 67.500 manat olub.
Elmira Şükürova növbəti yığıma Züleyxa Haqverdiyevanı cəlb edib. Hər psixoloqdan 100 manatdan yığan Haqverdiyeva 1 günün içində 14 000 manatı Şükürovaya çatdırıb. Son olaraq yanvarın 5-də isə E. Şükürova Təhsil Şöbəsinin Məsləhətçi və Metodistləri təcili yığıb, iclas edib. İclasda bildirib ki, yoxlamalara verilən “hesab” tamamlanmayıb. Buna görə hər birindən 5000 manat pul tələb. Buna etiraz edən işçilərə isə bildirib ki, borc tapın, kredit götürün, qohumlarınızdan yığın amma pul təcili yığılsın.

Təhsil Şöbəsinin rəhbəri bu pulları yoxlamaya verib onları tezliklə rayondan göndərmək adı ilə yığır.

Mövzunu davam etdirəcəyik…

****
Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri Elmira Şükürovanın “şıdırığı pul yığımı” dayanmadan davam edir.

Maliyyə Nazirliyinin sözügedən rayon məktəblərində başladığı yoxlama hələ də başa çatmadığı üçün, pul yığımı da öz axarındadır. Təhsil Şöbəsindən verilən məlumata görə, nazirliyin yoxlamalarını rayondan göndərmək üçün Elmira Şükürova əlindən gələni edir. Hətta yoxlamalar, Şükürovanın onlara təklif etdiyi yüksək məbləğdən imtina ediblər.

Milyonların sovrulduğu rayon

E.Şükürova noyabr ayında 143 məktəbin 140-nın direktorundan 7 000 manat pul yığıb. Yığılan 980.000 manatdan sonra hamı dərindən nəfəs alıb.

Bayram ərəfəsində təhsil işçiləri növbəti “kabus”la üzləşiblər. Təhsil işçilərinin verdiyi məlumata görə, E.Şükürovanın katibəsi Gülnaz Qəhrəmanova dekabrın 29-da məktəb direktorlarına zəng edib və ayın 30-a qədər 500 azn gətirilməsini, əmrin xanım tərəfindən verildiyini bildirib! Mənbənin verdiyi məlumata görə 143 məktəbdən sadəcə 135-i bu pulu təhvil verib. Yığılan 67.500 manatdan sonra hamı yenidən dərin nəfəs alıb.

Çox keçməyib ki, Elmira Şükürova bu dəfə Təhsil Şöbəsində Psixoloqlara Rəhbərlik edən Züleyxa Haqverdiyevanı hərəkətə gətirib. Beləki, Z.Haqverdiyevaya tabeliyində olan psixoloqlardan təcili 100 manat yığılmasını tələb edib. Haqverdiyeva psixoloqlara bildirib ki, yoxlamalar var və ştatlarının ləğv olunmasını istəmirlərsə hər biri 100 azn verməlidir. 140 məktəbdən yığılan 14.000 manatı Züleyxa Haqverdiyeva Elmira Şükürovaya təhvil verib.

Təhsil işçiləri bildirib ki, bayram tətilində E.Şükürova da pul yığmağa ara verib. Tətildən qayıtdıqdan sonra, elə ilk iş günündə Şükürova yığıma yenidən start verib.

Beləki, yanvarın 5-də isə E. Şükürova Təhsil Şöbəsinin Məsləhətçi və Metodistləri təcili yığıb, iclas edib. İclasda bildirib ki, yoxlamalara verilən “hesab” tamamlanmayıb. Buna görə hər birindən 5000 manat pul tələb. Buna etiraz edən işçilərə isə bildirib ki, borc tapın, kredit götürün, qohumlarınızdan yığın amma pul təcili yığılsın.

Təhsil Şöbəsinin rəhbəri bu pulları yoxlamaya verib onları tezliklə rayondan göndərmək adı ilə yığır. Nöqsanlar çox olduğu üçün yoxlamalar pul götürmək riskini gözə almayır.

Növbəti saçyolma

Aylardır davam edən yoxlama prosesi hər gün bir biabırçılıqla yadda qalır.

Məlumat üçün bildirək ki, məktəb direktorlarından pul yığan Şükürova, hər bir direktoru əmin edib ki, pul verən məktəblərdən yoxlamanı yayındıracaq. Ancaq pula sahib çıxmayan yoxlamalar, istisnasız bütün məktəblərə baş çəkiblər. Pulu alınan direktorlardan biri də, Əhmədağalı Kənd Tam Orta məktəbinin direktoru Aygün Məhərova olub. Aygün Məhərova, Elmira Şükürovaya zəng edib, nə üçün pul aldığı təqdirdə onun məktəbinə yoxlama göndərdiyini soruşub. Elmira Şükürova müdaxilə edə bilmədiyini və eyni zamanda ona narahat olmamağı söyləyib. Məktəbdə xeyli nöqsanlar aşkarlanıb. A.Məhərova özündən çıxıb. Təhsil şöbəsinə yollanıb və Elmira xanımda 7 000 manatı geri istəyib. Şükürova ilə xeyli mübahisədən sonra iş saçyolmaya gəlib çatıb. Şükürovanı, Məhərovanın əlindən alıb, ikincini qovublar.

Qeyd edək ki, bu saçyolma hər iki xanım arasında artıq ikinci dəfədir baş verir. Beləki, 2009-cu ilin oktyabr ayında hər iki xanım arasında saçyolması baş vermişdi. Baxça Müdiri vəzifəsinə təyin olunmaq üçün Şükürova Məhərovadan 10 000 azn alıb, 8 ay sonra vəzifədən azad etmişdi. Məhərova verdiyi pulu geri istəyəndə, E.Şükürova etiraz etmiş və məsələ saçyolması ilə başa çatmışdı. Həmin vaxt bütün media bu saçyolmasını manşet vermişdi.

“Xəcalətinizdən çıxacam”

Mənbə bildirir ki, E.Şükürova yığılan pulları yoxlamaya vermək adı ilə Ağdam RH başçısı Raqub Məmmədova verib. Şükürova, başçıdan onu yoxlamaların əlindən qurtarsa, ona daha çox pul verəcəyini deyib.
Təhsil Şöbəsindən verilən məlumata görə, Şükürova onlara söz verib ki, yoxlamanı yola saldıqdan sonra onların xəcalətindən çıxacaq.

Milyonlar yeyən rayon təhsili

Ağdamda 30-dan çox məktəb yalnız kağız üzərində mövcuddur. Buna baxmayaraq, adı olub, özü mövcud olmayan məktəblərə büdcədən hər il yüz minlərlə manat pul ayrılır.

Hazırki, yoxlamalar hələ Misir Mərdanovun vaxtında da bu rayonda ciddi yoxlamalar aparmışdılar. Çünki həmin vaxt Təhsil Nazirliyinə gələn şikayət məktublarının böyük əksəriyyəti Elmira Şükürovadan idi. Lakin bu yoxlamalar da Elmira Şükürovanın xeyrinə həll olundu.

Həmin faktlara görə, rayonun təhsil şöbəsinin müdiri sənədləri saxtalaşdırmaqla, yalan məlumatlar daxil etməklə köçkün məktəblərinə ayrılan külli miqdarda büdcə vəsaitini mənimsəyib. Mənimsəmə və korrupsiya əməliyyatlarında şöbə müdirindən başqa bütöv bir şəbəkənin razılaşdırılmış fəaliyyət göstərdiyi də aydınlaşdırılıb. Maliyyə Nazirliyinin mütəxəssisləri 2010-cu ilin təkcə 1 ayı ərzində büdcədən Ağdamın təhsil şöbəsinə ayrılan pullardan 4 milyon 961 min 61 manat 80 qəpiyin mənimsənildiyini müəyyən ediblər. 43 və 141 saylı ibtidai məktəb jurnallarında adları qeyd edilmiş şagirdlərin faktiki olaraq digər məktəblərdə təhsil alması, fəaliyyəti dayandırılan məktəblərə 14 min 359 manat 98 qəpik ayrılaraq mənimsənilməsi məlum olub. Qanunsuzluqlar bununla bitməyib. Dördyol deyilən yaşayış massivindəki 82 saylı məktəbdə araşdırma aparılarkən həmin ərazidə fəaliyyət göstərən texniki fənlər təmayüllü məktəb-liseyin 1-8 sinif jurnallarına yazılmış və saxta məlumatlar əsasında ikinci məktəb açılmışdı. Bu fakt araşdırıldıqdan sonra da həmin məktəb bağlanmayıb və korrupsiya fəaliyyətinin davam etdirilməsinə şərait yaradılıb. Şagird sayı çox göstərilərək açılan Tərtərin Köçərli kəndində fəaliyyət göstərən 8 saylı orta məktəbdə Gəncə Yüngül Sənaye Texnikumunu bitirən Qəmbərova Ema Məmmədağa qızının ibtidai sinif, Azərbaycan Birlik Cəmiyyəti “Sənət” Tədris Kommersiya Mərkəzinin 6 aylıq kursunu dinləmiş Atakişiyeva Həvva Məcid qızının isə sinif müəlliməsi vəzifələrinə təyin edilməsi aydın olub. Digər sahələrin mütəxəssisləri olan 34 nəfər psixoloq vəzifəsinə təyin edilib və bu şəxslərə dövlət büdcəsindən 92 min 802 manat 70 qəpik əməkhaqqı ayrılaraq mənimsənilib.

Şagird kontingenti zəif olan orta məktəblərdə komplektləşdirmə qaydasından istifadə edilib və bu yolla 10 min 744 manat 80 qəpik vəsait silinib. Digər məktəbdən isə 73 min 744 manat 80 qəpik yeyinti aşkarlanıb. Yoxlama zamanı 14 nəfərin adına qanunsuz olaraq dərs yazılması və bu yolla 77 min manat mənimsənilməsi də üzə çıxıb.
Hətta araşdırma zamanı məlum olub ki, Elmira Şükürova hər ay Ağdamın 151 məktəbinin direktorunun hər birindən müxtəlif adlar altında 100 manat yığır. Təkcə bu əməliyyatdan E.Şükürova ayda 15 min 100 manat əldə edir.

Onuda qeyd edək ki, Elmira Şükürova Ağdam təhsil şöbəsinin nəzdində olan “adı olub özü olmayan” məktəblərin əli ilə hər dövlətin on minlərlə manat vəsaitini mənimsəyir.

Şöbə müdirinin hası məktəb direktorlarından nə qədər “hesab” alması və bu məktəblərə işləyən neçə nəfərin adından qazandığı pullar barədə yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Həmçinin hazırki yoxlamaların aşkarladıqları, mənimsənilən milyonlarla manatı qəpiyinə qədər yayımlayacağıq. (cia.az)

{sape_links}{sape_article}