Xəbər lenti
9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

24-04-2017, 14:10

20-04-2017, 16:14

20-04-2017, 09:42

20-04-2017, 09:32

20-04-2017, 09:28

20-04-2017, 09:27

20-04-2017, 09:26

19-04-2017, 09:46

15-04-2017, 21:45

15-04-2017, 21:40

13-04-2017, 12:56

13-04-2017, 12:53

13-04-2017, 12:41

28-11-2016, 13:37

11-11-2016, 14:09

11-11-2016, 14:06

“Amrahbank” təkzib etdi

Baxılıb: 511     Tarix: 09-09-2014 19:00   
“Amrahbank” təkzib etdi
Amrahbank ASC son zamanlar bəzi kütləvi informasiya vasitələrində bankla bağlı yayımlanan həqiqətə uyğun olmayan məlumatları təkzib edib.


“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Amrahbank uğurlu fəaliyyətini davam etdirir:

“1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Ölkənin bank sektorunda zəngin ənənələrə malik olan Amrahbank ölkə bankçılığı tarixində özünəməxsus yeri vardır. Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı www.iib-bahrain.com 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Ölkənin bank sektorunda möhkəmlənərək, öz bazar payını artırmaq, innovativ xidmətlər təklif etməklə müştərilərinə fərdi yanaşma sayəsində onların artan tələbatlarını qarşılamaq hər zaman Bankın əsas hədəflərindən olmuşdur. Amrahbank hədəflərinə nail olmaq üçün qəbul etdiyi strateji planın reallaşdırılması istiqamətində son illərdə çox ciddi işlərə imza atmış və bu istiqamətdə böyük uğurlar qazanıb.

Beynəlxalq audit şirkəti PWC-nin 2013-cü il audit rəyində hesabat dövründən sonra baş vermiş hadisələr hissəsində, Amrahbank ASC-nin məcmu kapitalının artaraq Mərkəzi Bankın normaları səviyyəsində olduğu qeyd olunub. Belə ki, artıq fevral ayında bankın məcmu kapitalı 51.7 mln. AZN olmuşdursa, 01.09.2014 tarixinə olan statistik məlumatlara əsasən isə bankın məcmu kapitalı 55 milyon AZN-i keçib.

Son illər dinamik inkişaf edən Bankın digər maliyyə göstəricilərini də qənaətbəxş hesab etmək olar. Amrahbank 2012-ci ildə ölkənin bank sektorunda mənfəət dinamikliyinə görə lider olmuşdur. Belə ki, 2012-ci ildə Bankın mənfəəti 2011-ci illə müqayisədə təxminən 5 dəfə artaraq 2.6 mln. AZN təşkil edib. 2013-cü ildə Bankın mənfəəti 2012-ci illə müqayisədə 58% artaraq 4.1 mln. AZN olub. 2014-cü ilin 8 ayının nəticələrinə görə isə bankın mənfəəti 4.5 mln. AZN təşkil etmişdir. 2014-cü ilin sonunadək bankın mənfəətini 8 milyon AZN-dək çatdırılması hədəflənir. Bu isə keçən ilə müqayisədə ikiqat artım deməkdir.

Bu dövr ərzində Amrahbank hərtərəfli inkişaf etmişdir. Belə ki, bankın aktivləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 62% artaraq 173 milyon AZN, bankda əmanətlərin həcmi 63% artaraq 93 milyon AZN-ə çatıb.

Amrahbank ölkədə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində dövlət siyasətinin tərkib hissəsi olan bank sektorunun mühüm iştirakçılarından biri kimi də sahibkarlığın inkişafı yönündə kredit siyasətini uğurla davam etdirmişdir. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə kredit portfeli 30% artıb.

Ölkədə hər vətəndaşın bankı olmağı hədəfləyən bank bunun üçün filial şəbəkəsinin inkişafına xüsusi diqqət ayırmışdır. Belə ki, Amrahbank 2014-cü il ərzində əlavə olaraq 2 filialımı da yüksək səviyyədə açaraq müştərilərin xidmətinə təqdim etmiş, filial şəbəkəsinin sayını 24-ə çatdırıb.

Bank müxtəlif növ təcili pul köçürmələri ilə də müştərilərə xidmət edir. Təcili pul köçürmələri üzrə bankın orta aylıq dövriyyəsi 10 milyon AZN təşkil edir. Bu isə keçən illə müqayisədə iki dəfədən çoxdur.

Bu dövrdə bankın həyatında bəzi əlamətdar hadisələr baş verib. Belə ki, İngiltərədə fəaliyyət göstərən maliyyə məsələləri üzrə ixtisaslaşmış “Global Banking and Finans Review” nəşriyyat qrupu 2013-cü ildə “Amrahbank”ı “Mikro- Kiçik- Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı” nominasiyasına layiq görülüb". http://www.globalbankingandfinance.com/global-banking-finance-review-awards-2014/