Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Bakıda evlərin qiyməti bahalaşacaq

Tarix: 25-09-2014 11:22   
Bakıda evlərin qiyməti bahalaşacaq
"Bu ilin əvvəlindən başlayaraq daşınmaz əmlak bazarında qiymətlər 20 faizdən çox bahalaşıb”. Gunpress.az-ın xəbərinə görə, bunu azvision.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, qiymət artımı bu ilin sonuna kimi davam edəcək: “İlin əvvəli ilə müqayisədə qismən stabilləşmə müşahidə olunur. Buna baxmayaraq, aktiv olan ərazilərdə qiymətlərin artımı davam edir. Bu ərazilər daha çox ictimai nəqliyyatla təmin olunan ərazilər sayılır. Artımlar daha çox Bakı şəhərinin ikinci və üçüncü zonasında, mərkəzdən nisbətən kənar olan ərazilərdə qeydə alınıb. Alıcıların çox hissəsi həmin ərazilərdən mənzil almağa üstünlük verirlər. Proqnozlar onu deməyə əsas verir ki, bu ilin sonuna qədər daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək”.

Ekspert bildirib ki, 2015-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin daha dinamik artımı ehtimal olunur: “Çünki söküntünün coğrafiyası genişlənir, müəyyən sosial və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində dövlət tərəfindən müvafiq qərarların qəbul olunması istiqamətində atılan addımların sayı artır. Söküntü işlərinin artması ilə yanaşı, daşınmaz əmlak bazarına tələbat genişlənir. Vətəndaşlara konpensasiya kimi ödənilən vəsaitlər yenidən daşınmaz əmlak bazarına qayıdır. Bu baxımdan həm torpaq sahələrinin, həm də mənzillərin qiymətində artımlar müşahidə olunur”.

Alıcılıq qabiliyyətinə gəlincə, R.Osmanlı bildirib ki, istehlakçılar daha çox köhnə tikililərdə mənzil almağa üstünlük verirlər: “Köhnə tikililərin sənədlərində hüquqi baxımdan ciddi qüsurlar mövcud deyil. Yeni tikilən binalara isə etimadsızlıq mühiti var. Həmçinin istehlakçıların aldadılması ilə bağlı olan məsələlər də buna təsir edir. Eyni zamanda yeni tikilən binalara qazın verilməsi və sənədləşmə ilə bağlı problemlər qalmaqdadır. Sadalanan problemlər yeni tikilən binalara marağın aşağı düşməsinə gətirib çıxarır”.


{sape_links}{sape_article}