Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Ölkəmizdə devalvasiya təhlükəsi artır - Dolların yenidən qalxması təhlükəsi yaranıb

Tarix: 03-09-2018 12:01   
Ölkəmizdə devalvasiya təhlükəsi artır - Dolların yenidən qalxması təhlükəsi yaranıb
Azərbaycanın iqtisadi-siyasi əlaqələri dərin olan ölkələrdə yerli valyutaların ucuzlaşması manata təzyiqləri artırır. Son günlər dolların digər valyutalara qarşı möhkəmlənməsi manatın da ucuzlaşacağı ilə bağlı narahatlıq yaradıb.

Ölkəmizdə növbəti devalvasiyanın baş verəcəyi ilə bağlı ehtimallar, onu yaradan səbəblər və nəticələrlə bağlı müzakirələr davam edir. Mərkəzi Bank rəhbərliyi, eləcə də hökumətin digər rəsmiləri manatın ucuzlaşması ilə bağlı narahatlığa əsas olmadığını bildirsələr də, cəmiyyətdə narahatlıq artıb.

Ölkəmizdə devalvasiya təhlükəsi artır

İqtisadçı-alim Teyyub Qənioğlu məsələylə bağlı "Reytinq”ə deyib ki, haqqında çox danışılan iqtisadi islahatların zəif, sistemsiz getdiyi Azərbaycanın iqtisadi vəziyyəti xam neftin dünya bazarlarındakı qiymətindən asılıdır. Onun sözlərinə görə, manatın devalvasiya riski də bu amillə əlaqəlidir:

"Milli valyutanın məzənnəsi ölkə iqtisadiyyatının vəziyyətindən asılıdır. İqtisadiyyatımızın inkişaf etdiyi deyilsə də, bu, reallıqda baş vermir. ÜDM-də cüzi artım neftin satış qiymətinin müəyyən qədər artması ilə bağlıdır. Əgər iqtisadi əsasları götürsək dolların məzənnəsinin artacağını söyləmək olar. Ancaq Mərkəzi Bank hələlik tənzimlənən üzən məzənnə siyasətini davam etdirir. Bir neçə gün əvvəl Mərkəzi Bank manatın real üzən məzənnə rejiminə keçirilməsi üçün hazırlıq işlərinin aparıldığını elan etmişdi. Bunun nə vaxt olacağı isə dəqiq bilinmir. Amma, hər halda dolların manata nisbətən məzənnəsinin cüzi faizlə, tədricən artacağı gözləniləndir”.

Bir məqamı da qeyd edək ki, artıq vətəndaşlar bəzi məmurların verdiyi bəyanatlara inanmırlar. Bu da iqtisadi təlatümlər qədər təhlükəlidir. T. Qənioğlu da bunu ciddi problem sayır: "Camaat neyləsin? Nə qədr yalan, reallığa uğun olmayan məlumatlar vermək, eyni məsələlər haqqında qısa zaman çərçivəsində bir-birini təkzib edən fikirlər söyləmək olar?

Bilirsiniz, idarəetmədə cavabdehlik prinsipi var. Bu prinsipə görə, hər kəs verdiyi qərarın, söylədiyi fikrin, etdiyi hərəkətin nəticələrinə cavab verməlidir. Azərbaycan məmurlarının mütləq əksəriyyətinin ya bu prinsipdən xəbəri yoxdur, ya da öz yanlış hərəkətləri üçün heç bir məsuliyyət daşımayacaqlarına əmindirlər. Təbii, bu, sonsuzluğa qədər davam edə bilməz. Xalqın dözümünün sonu olur - ya vəziyyət insanların istədiyi, gözlədiyi istiqamətlərdə "yuxarıdan" yaxşılığa doğru dəyişməyə başlayır, ya da insanlar bu vəziyyəti "aşağıdan" düzətməyə cəhd edirlər. Hesab edirəm ki, vəziyyətin "yuxarıdan" düzəldilməsi daha məqsədəuyğundur”.

Manatın vəziyyətinin daha çox xarici ticarətdən asılı oldugu iddia edilir. Müsahibimiz isə bu yanaşmanı yanlış sayır:

"Azərbaycanın ixracında neft və neft məhsulları üstünlük təşkil edir. Yəqin bunu əsas götürənlər qeyd etdiyiniz yanaşmanı bölüşürlər”.

Qarşıdakı dövrdə ölkənin bank-maliyyə sektorundakı vəziyyətə gəlincə, iqtisadçı-alim bunları deyib:

"Azərbaycanın bank sitemi yüksək vəzifəli məmurların nəzarətindədir. Onların əlavə "gəlir mənbələri" olduğundan bank sistemində islahatların aparılmasında maraqlı deyillər. Bu səbəbdən də problemli kreditlər artır və artmaqda davam edəcək”.

T. Qənioğlunun fikrincə, Mərkəzi Bankın kredit siyasəti - xüsusilə mərkəzləşdirilmiş uçot dərəcəsi ilə bağlı - ölkədəki mövcud duruma adekvat deyil. Ona görə də müştərilərin banklara inamı zəifləyib. Görünür, Mərkəzi Bank kredit siyasətini həyata keçirəndə ölkə iqtisadiyyatının yox, bank boslarının maraqlarını üstün tutur.

"Maliyyə Bazarlarına Nəzarət Palatası da ona olan ümidləri doğrultmadı. Əksinə, bank sistemində daha çox qarmaqarışıqlıq yaratdı. Qeyd edilənləri nəzərə alsaq, yaxın gələcəkdə bank-maliyyə sistemində hər hansı yaxşılaşmanı gözləməyə dəyməz”,- deyə iqtisadçı-alim fikrini tamamlayıb.

Ölkəmizdə devalvasiya təhlükəsi artır

İqtisadçı-ekspert Rövşən Ağayevisə bildirib ki, ölkədəki iqtisadi vəziyyəti, o cümlədən milli valyutanın dayanıqlığını və onun qarşıdakı perspektivini qiymətləndirmək, daha dəqiqi, devalvasiya riskinin olub-olmadığını proqnozlaşdırmaq üçün ən yaxşı informasiya mənbəyi tədiyyə balansıdır. Tədiyyə balansının ümumi saldosu mənfidirsə, deməli, devalvasiya qaçılmazdır: "Tədiyyə balansının cari hesablar balansı var, onun da göstəricilərinə baxmaqla ümumi tendensiyaları görmək olur. Ümumilikdə isə,əsas göstərici tədiyyə balansının ümumi saldosudur. Bizim Mərkəzi Bank tədiyyə balansını çox ləng açıqlayır. Baxın, ilin 8-ci ayı başa çatmaq üzrədir, amma AMB hələ 1-ci rübün tədiyyə balansını açıqlayıb. 2-ci rübün tədiyyə balansı isə təlimata görə, yalnız sentyabrın sonunda açıqlanacaq. Bunu ona görə deyirəm ki, belə gecikmələr səbəbindən tədiyyə balansındakı məlumatlar köhnəlir və dəqiq analiz etmək mümkün olmur. Amma qonşu Türkiyədə tədiyyə balansı hər ayın sonunda, özü də çox detallı şəkildə açıqlanır. Bu da imkan verir ki, nəinki Türkiyə iqtisadçıları, hətta bizim iqtisadçılar da həmin ölkənin iqtisadiyyatını təhlil edib, fikir yürütsünlər”.

R. Ağayev qeyd edib ki, Azərbaycanın tədiyyə balansında həlledici yeri ticarət balansı tutur: "Çünki bizim ölkəyə valyuta gəlirləri əsasən xarici ticarətdən gəlir. Başqa ölkələrdə bu məsələ fərqlidir. Məsələn, Estoniyada və ya qonşu Gürcüstanda xidmətlər balansı mühüm yer tutur. Çünki həmin ölkələrin valyuta gəlirləri əsasən xidmətlərdən daxil olur. Gürcüstanın ixracı az olsa da, turizm sektorunun hesabına xidmətdən pul qazanırlar. Eləcə də son illər bu ölkəyə investisiya axını var və s. Bizim ölkədə isəəsas valyuta gəlirləri məhz ticarətin, onu da içərisində məhz neftin hesabına formalaşır. Son illərdə bizim xaricə ixracımızın azı 90 faizi, bəzən 92-94 faizi neft və neft məhsullarıdır. Bu, özünü tədiyyə balansında da göstərir. Tədiyyə balansında 3 hissə var - kapital hesabı, cari hesablar balansı və maliyyə hesabı. Bu 3 hissəyə baxsanız görərsiniz ki, ölkəyə gələn pulun 60 faizi ticarət xətti ilə daxil olur”(fed.az).

Manatın vəziyyətinin daha çox xarici ticarətdən asılı olmasına gəlincə, ekspert deyib ki, bizdə manatın vəziyyəti, devalvasiya olub-olmayacağı ilə bağlı məsələlər ən çox, yəni həlledici dərəcədə xarici ticarət balansından asılıdır:

"İlk 6 ayın nətiələrinə baxanda görürük ki, xarici ticarətdə 6 milyard dollara yaxın müsbət saldo var. Bildiyiniz kimi, 2017-ci ildən başlayaraq Cənub Qaz Dəhlizi və digər layihələrlə bağlı ölkəyə kreditlər şəklində böyük investisiya axınları başlayıb. Bunun hesabına 2017 və 2018-ci ilin ilk rübündə bizim maliyyə hesabımızda müsbət saldo yaranıb.

Müqayisə üçün bildirim ki, bizdə devalvasiya olan 2015-ci ildə tədiyyə balansının ümumi saldosu mənfi idi – 11,3 milyard dollar. Ona görə, həmin il manat iki dəfədən çox dəyərdən düşdü. Halbuki bizdə 2003-cü illərdən sonra tədiyyə balansında mənfi saldo yaranmamışdı. Bu da manatın ən sabit olduğu illər idi. Çünki ölkəyə gələn valyuta çıxan valyutadan çox idi. 2015-də isə qəflətən bu nisbət dəyişdi və devalvasiya oldu. 2016-cı ildə də gərginlik yaşandı, həmin il tədiyyə balansında 1 milyard 190 milyon dollarlıq mənfi saldo vardı və nəticədə, xatırlayırsınızsa, manat sabitləşə bilmirdi. Yalnız 2017-ci ildə tədiyyə balansı sabitləşdi, 2,2 milyard dollarlıq müsbət saldo yarandı. Manat da aprel ayından etibarən sabitləşərək 1,7 manat ətrafında möhkəmləndi”.

Azərbaycanda devalvasiya riskinə gəlincə, R. Ağayev bildirib ki, bu risk Azərbaycandan kapital axınının baş verməsi zamanı gerçəkləşə bilər: "Mən bir siyasi risk gözləyirəm. Ümid edirəm ki, bu baş verməz, çünki xeyrimizə deyil. Rusiya və Türkiyə ilə bizim münasibətlərimiz həddən artıq siyasiləşib və sıx siyasi maraqlar üzərində qurulub. Bu mənada, məsələn, Türkiyə və ya Rusiya hökuməti bizim hökuməti dəvət edə bilər ki, gəlib bu ölkəyə iri sərmayə qoysunlar. Eyni zamanda bu ölkələrlə bizim biznesimiz də sıx dərəcədə çuğlaşıb. Bizim xeyli insanlarımız Rusiya və Türkiyədə biznes qurublar. Türkiyənin rəsmi statistikasından da görünür ki, Türkiyədə həm investisiya qoyuluşları, həm də alınan əmlakların sayına görə, Azərbayanlılar öndə gedirlər. Həm hökumətin, həm də biznesin Türkiyə və Rusiya ilə bu qədər yaxın olması ölkədən kapital axınına səbəb ola bilər”.




{sape_links}{sape_article}