Xəbər lenti
25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

24-04-2017, 14:10

20-04-2017, 16:14

20-04-2017, 09:42

20-04-2017, 09:32

20-04-2017, 09:28

20-04-2017, 09:27

20-04-2017, 09:26

19-04-2017, 09:46

15-04-2017, 21:45

15-04-2017, 21:40

13-04-2017, 12:56

13-04-2017, 12:53

13-04-2017, 12:41

28-11-2016, 13:37

11-11-2016, 14:09

11-11-2016, 14:06

7-11-2016, 11:52

4-05-2016, 23:51

Şəhid oğlu şəhid oldu-DƏFNDƏN FOTOLAR

Baxılıb: 1306     Tarix: 28-09-2014 22:23   
Şəhid oğlu şəhid oldu-DƏFNDƏN FOTOLAR
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş postunda şəhid olmuş leytenant Allahverdi Baxışlı bu gün Hacıqabul rayonunda dəfn edilib.

Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hacıqabul rayon İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən rayon ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş atası Əbülfəz Baxışlının adını daşıyan küçədə yerləşən mənzilin qarşısında, leytenant Allahverdi Baxışlının vida mərasimi təşkil edilib.

Mərasimində Müdafiə Nazirliyi Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışıb.

Sonra mərasimdə iştirak edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rayonun 90-dək şəhid verməsini xatırladıb. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ona minnətdarlıq ifadə edib.

Mərasimdə çıxış edən Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov torpaqlarımızın müdafiəsi zamanı şəhid olanlarla qürur duyduğunu, onların daim xatirələrdə yaşayacağını, tezliklə şəhidlərimizin intiqamının alınacağını və dövlətimizin dəstəyilə işğal altında olan tarixi torpaqlarımızın azad ediləcəyinə əmin olduğunu bildirib.
Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə Hacıqabul şəhərinin Şəhidlər Xiyabanına aparılıb.
Şəhid Allahverdi Baxışlı əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.
Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hacıqabul rayon İcra Hakimiyyəti adından əklil və gül dəstələri qoyulub.

Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün Şəhidin ailəsinə təqdim edilib.
Bayrağı qəbul edən şəhidin babası Baxış kişi ağır itki olmasına baxmayaraq, övladlarının - oğlunun və nəvəsinin, şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiklərini qeyd edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhid oğlu şəhid oldu-DƏFNDƏN FOTOLAR
Şəhid oğlu şəhid oldu-DƏFNDƏN FOTOLAR