Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

“Mehriban xanım deputat kimi fəal işləyir” – İlham Əliyev

Tarix: 15-09-2014 21:10   
“Mehriban xanım deputat kimi fəal işləyir” – İlham Əliyev
“Bu gözəl məktəb göz oxşayır, çox rahatdır, genişdir və burada oxumaq üçün bütün şərait, imkanlar var. Yadımdadır, iki il bundan əvvəl burada olarkən əvvəlki məktəblə tanış olmuşdum. Gördüm ki, artıq bu məktəbin gələcəyi yoxdur”.

Bu sözləri “Bilik Günü”ndə Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbin açılışında prezident İlham Əliyev deyib. İ. Əliyev bildirib ki, o zaman məktəb bərbad vəziyyətdə idi, uzun illər idi ki, təmirsiz qalmışdı və yeni məktəbin tikintisi ilə bağlı qərar verildi: “Burada 1500-dən artıq uşaq oxuyacaq: Rahat, geniş otaqlar, dəhlizlər. Müəllimlər üçün gözəl şərait yaradılıbdır. Əminəm ki, burada nəticələr də yaxşı olacaq, yüksək olacaq. Çünki son illərdə ölkə üzrə tikilən gözəl məktəblərdə təhsilin keyfiyyəti də artır. Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir, tikinti işləri ilə özüm şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir. Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz məktəb olmayacaqdır. Bu, çox önəmli məsələdir. Çünki uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs deməlidirlər. Müəllimlərin də iş şəraiti yaxşı olmalıdır. Belə məktəblərin tikintisi əlbəttə ki, dövlətimizin gücünü göstərir".

İlham Əliyev bildirib ki, bu gün inkişafda olan Azərbaycan təhsil sahəsinə çox böyük diqqət ayırır. Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin maddi-texniki bazası möhkəm olmalıdır: "Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi ölkələrdə böhran yaşanır, iqtisadi çətinliklər var. Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaqdır. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir. Bu gün bizim gözəl ölkəmizdə - sürətlə inkişaf edən ölkədə hər bir vətəndaş üçün bütün imkanlar var. Çünki ölkəmizin dinamik inkişafı, yeni iş yerlərinin, yeni istehsalat sahələrinin açılması əlbəttə ki, hər kəs üçün imkan yaradır. O insanlar ki, böyük biliklərə malikdirlər, onlar həyatda öz layiqli yerini tuta bilərlər. Ona görə, yaxşı oxumaq həm ölkənin gələcəyinə verilən töhfədir, eyni zamanda, hər bir insan üçün önəmlidir. Yaxşı bilikli insan həyatda yaxşı iş də tapa, yaxşı dolanışıq da qura bilər, həm də öz ölkəsinə, xalqına daha da böyük xidmət göstərmiş olar. Ona görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir. Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində formalaşır".

“Şağan qəsəbəsində vaxtilə Olimpiya Kompleksi tikilmişdi. İndi məktəb tikilib. İndi həm qəsəbə sakinləri, rayon sakinləri, həm xarici qonaqlar da gəlib görürlər ki, Bakının qəsəbəsində belə möhtəşəm məktəb tikilib. Həm Bakının mərkəzində, həm qəsəbələrdə, eyni zamanda, ölkəmizin digər şəhər və rayonlarında da belə məktəblər tikilir. Ona görə, heç bir fərq qoyulmur ki, böyük şəhərdə gözəl məktəb tikilməlidir, qəsəbədə, yaxud da ki, kənddə başqa cür. Yox! Hər yerdə şərait belə olmalıdır. Bundan yüksək səviyyə ola bilməz və yoxdur. İndi bəlkə də heç bir başqa ölkədə belə təşəbbüslər irəli sürülmür. Ancaq bizim bu gənc uşaqlarımız belə gözəl məktəbdə oxumalıdırlar, müəllimlər də yaxşı şəraitdə işləməlidirlər və yaxşı nəticə olmalıdır. Xəzər rayonunun da inkişafı gedir. Mehriban xanım da artıq neçə ildir ki, rayonun deputatı kimi fəal işləyir”.


{sape_links}{sape_article}