Xəbər lenti
8-11-2018, 12:21

8-11-2018, 12:20

8-10-2018, 11:12

4-10-2018, 19:27

2-10-2018, 20:00

18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

“Rusiya Azərbaycanı qorxutmağa çalışır”-Politoloq

Baxılıb: 904     Tarix: 01-12-2014 00:19   
“Rusiya Azərbaycanı qorxutmağa çalışır”-Politoloq
Tatarıstanın paytaxtı Kazanda keçirilən “Avrasiya İqtisadi İnteqrasiya: nailiyyətlər və problemlər” ikinci ictimai forumun sessiyasında Avrasiya İttifaqı barədə videoçarx nümayiş olunub və yeni postsovet iqtisadi birliyinin xəritəsi göstərilib. Ümumilikdə 20 ölkədən 300 nəfər nümayəndənin iştiark etdiyi tədbirdə göstərilən video rolikdə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təqdim edilməyib.

Bunun bir təsadüf olub-olmadığına aydınlıq gətirmək üçün politoloq Xəqani Cəfərlinin fikirlərini öyrəndik. Politoloq hesab edir ki, Kremlin yeni layihəsi olan Avrasiya İqtisadi İttifaqının təbliğinə həsr olunmuş Formda Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərilməməsi təsadüfi ola bilməz. “Bu video rolik bir turizm şirkəti və ya QHT tərəfindən hazırlanmayıb ki, yanlışlıq haqqında danışmaq mümkün olsun. Bu roliki Rusiyanın rəsmi qurumları hazırlayıblar. Rusiyanın rəsmi qurumlarının regionun siyasi-coğrafi xəritəsi ilə bağlı dəqiq məlumat olmadığını düşünmək belə, mümkün deyil. Buna görə də bu hansısa bir təsadüfi yanlışlığın və ya erməni lobisinin təsiri kimi qəbul edilə bilməz. Formun həsr olunduğu mövzunu da nəzərə alandaa bu video rolikin əslində Azərbaycana mesaj olduğu aydın olar. Moskva bununla Azərbaycanı qorxutmağa çalışır ”. Rusiyanın son zamanlarda Gürcüstanın separtçı bölgələrindən biri, Abxaziya ilə strateji müttəfiqlik sazişi imzaladığını, digər biri Cənubi Osetiya ilə 2015-ci ilin əvvələrində eyni məzmunlu müqavilə imzalamağa hazırlaşdığını qeyd edən politoloq Kazanda keçirilən forumda göstərilən video roliki də bu müstəvidə qiymətləndirməyin tərəfdarıdır. “Rusiya keçmiş sovet respublikalarını özünün yeni yaratdığı Avrasiya İqtisadi İttifaqına qoşmaq üçün həmin respublikaların ərazisindəki separtçı qurumlardan təzyiq kimi istifadə edir. Abxaziya ilə müqavilə imzalamaqla Gürcüstana mesaj verən Rusiya Azərbaycana da bu video roliklə mesaj verir ”. Rusiyanın bundan əvvəl də buna oxşar addımlar atdığını xatırladan politoloq Xəqani Cəfərli hesab edir ki, bununla Moskva Azərbaycan xalqını qorxuda bilməz. “Azərbaycan xalqı Qarabağ münaqişəsinin ilk günündən bu məsələnin arxasında Rusiyanın dayandığını bilir və bu onu heç zaman öz torpaqları uğrunda mübarizə aparmaqdan çəkindərməyib, bundan sonra da çəkindirməyəcək”.