Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Şəmkirçay-Şəmkir magistral su kəmərinin tikintisi intensiv şəkildə davam etdirilir

Tarix: 21-04-2015 17:45   
Şəmkirçay-Şəmkir magistral su kəmərinin tikintisi intensiv şəkildə davam etdirilir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xəttinin tikintisinə başlanılmışdır.
Şəmkirçay-Şəmkir magistral su xətti Şəmkirçay su anbarının ehtiyatlarından istifadə etməklə Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə inşa edilir. Tikintisinə 2015-ci ilin mart ayında başlanılmış kəmərin 12 km-lik hissəsinin inşası yekunlaşmışdır. Magistral xəttin qısa müddətdə istismara verilməsi məqsədilə kəmərin marşrutu boyunca eyni vaxtda 4 nöqtədə tikinti işləri aparılır. Tikintinin may ayının ortalarında başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 16,5 km olan kəmərin 14,5 km-lik hissəsi 426mm və 530 mm diametrli polad, 2 km-lik hissəsi isə 630 mm diametrli polietilen borularla tikilir. Şəmkirçay-Şəmkir magistral kəmərinin tikintisi müasir standartlara uyğun olaraq həyata keçirilir. Belə ki, tikinti zamanı qaynaq tikişlərinin keyfiyyətinə xüsusi nəzarət olunur və hər bir qaynaq tikişi diaqnostik cihaz vasitəsilə yoxlanılır. Müvafiq rəy verildikdən sonra borular izolyasiya olunaraq xəndəyə endirilir.


Kəmərlə özüaxımlı rejimdə nəql olunacaq içməli su Şəmkir şəhərində yeni inşa edilmiş su anbarına ötürüləcək və buradan paylanacaqdır. Layihəyə uyğun olaraq kəmərlə Şəmkir şəhərinə saniyədə 180 litr su ötürüləcəkdir. Bu da imkan verəcək ki, Şəmkir şəhərinin sakinləri, həmçinin buradakı sənaye və turizm obyektlərinin içməli suya olan tələbatı tam ödənilsin.
Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.İcrasına 2011-ci ilin oktyabrında başlanmış layihəyə uyğun olaraq Şəmkir şəhərinin 2 mənbədən içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Birinci mənbə olaraq Cəyir çayının hövzəsində 2012-2013-cü illərdə yeni drenaj sistemi yaradılmış, 7 km uzunluğunda magistral, 5 km uzunluğunda anbarlararası su xətləri çəkilmişdir. 2013-cü ilin sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə bu mənbədən Şəmkir şəhərinə içməli suyun verilməsi təmin edilmişdir.
İçməli suyun şəhərə özüaxımlı rejimdə verilməsi üçün relyef baxımından yüksək nöqtələrdə ümumi həcmi 7000 kubmetr olan 4 ədəd su anbarı inşa edilmişdir. Layihə çərçivəsində yeni xlorator qurğusu və laboratoriya binası tikilmişdir. Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 240 km şəhərdaxili su şəbəkəsinin 165 km-lik hissəsinin tikintisi yekunlaşmış, 5700 abunəçi şəbəkəyə qoşulmuş, 5100 ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanılmış və artıq yeni şəbəkəyə qoşulan istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunur.
Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 203 km kanalizasiya şəbəkəsinin 138 km-lik hissəsində işlər başa çatmışdır. Eyni zamanda uzunluğu 20 km layihələndirilən kanalizasiya kollektorunun 2100 metrlik hissəsi tikilmişdir. Tullantı suları şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 25000 kubmetr olan çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.
Şəmkir şəhərinin su təchizatı sistemləri 1960-cı illərdə yaradılmışdır. Şəmkir şəhəri içməli su ilə Cəyir çayı yatağında yaradılmış drenaj sistemi, subartezian quyuları və kəhrizlər vasitəsilə təmin olunsa da, bu, mövcud tələbatı ödəmirdi. Ümumi uzunluğu 113 km olan magistral və paylayıcı su xətləri istismara yararsız vəziyyətə düşmüşdür. Yeni layihə icra olunana qədər Şəmkir şəhərinin əhalisinin cəmi 32 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdu və onlara içməli su 2-3 saatlıq qrafik əsasında verilirdi. Şəhərdə kanalizasiya şəbəkəsi mövcud olmamışdır.
Qeyd edək ki, 2014-cü ildə istismara verilmiş Şəmkirçay su anbarından Şəmkir şəhəri ilə yanaşı, Gəncə və Samux şəhərlərinə də içməli su veriləcəkdir. 27 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası yekunlaşmış və bu yay mövsümündən etibarən Gəncə sakinləri də bu mənbədən içməli su alacaqlar.


{sape_links}{sape_article}