Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Artur Rəsizadə daha bir qərar verdi

Tarix: 12-12-2014 21:35   
Artur Rəsizadə daha bir qərar verdi
Baş nazir Artur Rasizadə "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar verib.
Gunpress.az-ın lent.az-a istinadən xəbərinə görə, qərarda qeyd olunur ki, QSC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qərara əsasən, Cəmiyyətin nizamnamə kapitalı 3 000 000 (üç milyon) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunacaq. Nizamnamə kapitalı nominal dəyəri 10 manat olan 300 000 (üç yüz min) ədəd adi səhmlərdən ibarətdir.

"Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin strukturuna "Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin aparatı, Cəmiyyətin idarə, nümayəndəlik və filialları, Cəmiyyətin törəmə cəmiyyətləri daxildir. "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin əsas məqsədi nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsindən, o cümlədən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə inkişaf etdirilməsindən və ondan istifadənin təmin olunmasından, nüvə elmləri və texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasından, elmi tədqiqatların genişləndirilməsindən və yüksək ixtisaslı kadr potensialının gücləndirilməsindən ibarətdir.

QSC bir neçə istiqamətdə fəaliyyət göstərəcək. Bura nüvə elmləri və texnologiyalarının gələcək inkişafı üçün, tədqiqat nüvə reaktoru da daxil olmaqla, lazımi texniki bazanın yaradılması və istismarının təşkil edilməsi, nüvə və neytron fizikası, neytron radioqrafiyası, neytron spektroskopiyası, nüvə çevrilmələri, neytron optikası, nüvə tibbi, materialşünaslıq və digər istiqamətlərdə fundamental və praktiki elmi tədqiqatların aparılmasının təşkil edilməsi, tədqiqat nüvə reaktorunun milli və beynəlxalq norma və standartlara uyğun təhlükəsiz iş rejiminin təmin edilməsi üzrə tədbirlərin görülməsi, nüvə, neytron, yüksək enerjili hissəcikləri və şüaları ayırd və qeyd edən materiallar və onların əsasında cihazların hazırlanması və tətbiqi, dinc məqsədlərlə Azərbaycan ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması, dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması, ölkədə istehsal edilən, idxal və ixrac olunan kənd təsərrüfatı, ərzaq məhsulları, tibbi və digər məmulatların radiasiya sterilizasiya texnologiyalarının yaradılması aiddir.

Qeyd edək ki, "Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və RYTN tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki sədr müavinindən ibarətdir.


{sape_links}{sape_article}